§6. MƏDƏNİYYƏTİN YAYILMA VASİTƏLƏRİ
Cəmiyyətin mədəni inkişaf səviyyəsi onun yaratmış olduğu
mənəvi sərvətlərin həcmi isə, yayılma miqyası və mənimsənilməsi ilə
ölçülür. Mənəvi sərvətlərin yaranması, yayılması və istifadə
olunması üsulları isə cəmiyyətin sosial-mədəni təşkilindən asılıdır.
Mənəvi istehsalın dəyişməsi və inkişafı özünü ilk növbədə mədəni
sərvətlərin yaradılması, mübadilə edilməsi bölgüsü və istifadə
olunması üsullarının dəyişməsi və inkişafı kimi göstərir.
Cəmiyyətin mədəni inkişaf tempi, vüsəti və səmərəliliyi ona
cəlb olunmuş insanların yaradıcı fəallığının dərəcəsindən, onların
əhatə dairəsinin miqyasından asılıdır. Müasir dövrdə mədəni həyat
insanların mənəvi sərvətləri fəal mənimsəməsini və ondan
intellektual səviyyədə istifadə edilməsini, mədəni inkişafda kütlələrin
geniş iştirakını nəzərdə tutur.
Mədəni tərəqqi özünü iki şəkildə əks etdirir:
l)İnsanın mənəvi cəhətdən dolğun həyatını, onun intellektual
və emosional qüvvələrinin inkişafını təmin edən real şəraitdə;
2)Şəxsiyyətin mənəvi aləminin özündə, onun mənəvi
təlabatının genişliyində və müxtəlifliyində, yaradıcılıq potensialında
və istedadında.
182
Müasir dövrdə mədəni tərəqqinin mühüm səciyyəvi əlaməti
onun kompleksliyidir. Bu kompleksliyə aşağıdakılar daxildir:
Maddi və mənəvi mədəniyyətin bütün sahələrinin tam qarşılıqlı
inkişafı, cəmiyyətin mənəvi həyatının bütün sahələrinin daim
keyfiyyətcə
təkmilləşməsi, mənəvi mədəniyyətin fəaliyyət
göstərməsi, onun daha da zənginləşməsi və inkişafı xalqın mədəni
səviyyəsinin daim yüksəlməsi, onun mənəvi təlabatının, mədəni
ehtiyaclarının mənəvi sərvətlərin bölgüsündə bərabərliyinin təmin
edilməsi.
Mənəvi sərvətlərin yayılma və təbliği aşağıdakı şəkildə həyata
keçirilir:
l)Təhsil sistemi:
2)Kütləvi-informasiya vasitələri;
3) Mədəniyyət müəssisələri vasitəsi ilə.
Təhsil sisteminin üç mərhələsi cəmiyyətin həyatında əsas rol
oynayır.
1 )Məktəbəqədər uşaq müəssisələri. Bu müəssisələrdə kiçik yaş
qruplarında biliklərin əsası həm oyun, həm də məşq vasitəsilə
qoyulur. Məsələn, rəsm, musiqi və s. Orta hazırlıq qruplarında isə
oxumaq, yazmaq, hesab və sairlə.
Təhsil sisteminin II mərhələsi isə müxtəlif tipli orta
ümumtəhsil müəssisələrində həyata keçirilir. (kimya, riyaziyyat,
təmayüllü məktəblər). Orta təhsildə peşə məktəblərinin də müstəsna
yeri vardır. Bu tipli tədris müəssisələrində eyni zamanda həm təhsil,
həm də müəyyən sənət verilir.
Təhsil sisteminin III mərhələsi isə orta ixtisas və ali
məktəblərdə elmi biliklərin yüksəldilməsi, informasiyaların
artırılması şəklində həyata keçrilir.
Mənəvi sərvətlərin yayılmasında kütləvi informasiya və
kommunikasiya vasitələrinin də xüsusi rolu vardır. Bu vasitələrdən
biri radio-informasiyanın müəyyən məsafəyə elektromaqnit dalğaları
vasitəsilə verilməsi üsuludur.
183
Müstəqil bir dövlət kimi artıq XXI əsrə qədəm qoyan
Azərbaycan Respublikası istiqlalını qorumaq, demokratik dövlət
qurmaq, azad bazar iqtisadiyyatlı bir vətəndaş cəmiyyəti yaratmaq
uğrunda irəliləyir. Bu yolda ən çevik informasiya kanalları olan radio
və televiziyanın da özünəməxsus yeri var. Geniş auditoriya və güclü
emosional təsirə malik olan radio və televiziya həm əhaliyə operativ
informasiya çatdırmaq, həm də güclü ictimai rəy formalaşdıraraq
insanları qlobal vəzifələrin həyata keçirilməsi uğrunda, mübarizəyə
səfərbər etməkdə cəmiyyətin həyatında mühüm rol oynayır.
1895-ci
ildə A.S.Ponov tərəfindən ixtira edilən, əvvəlcə rabitə
məqsədilə, sonra isə hərbi işlərdə istifadə olunan radionun
praktiki əhəmiyyəti 1900-cü ilin qışında Finlandiyada
Livensaari gölündə fəlakətlə qarşılaşan balıqçıların xilasında
bir daha dünyaya aydın oldu. Getdikcə radiosiqnalların əhatə
dairəsi genişləndirilərək əvvəlcə ölkələri, sonra isə qitələri
yaxınlaşdırdı. Beləliklə, radio güclü kommunikasiya vasitəsi
olmaqla cəmiyyətin həyatına daxil oldu. Efirdə səslənən rəngarəng
verilişlər sübut etdi ki, radio həm kütləvi informasiya vasitəsi, həm
də mədəniyyətin yorulmaz təbliğatçısıdır. O, bəşər
münasibətlərinə, mədəniyyət normalarına, həyat və
fəaliyyətin hər bir sahəsinə mahiyyət etibarilə o qədər yenilik
bəxş etdi ki, bu ilk zamanlarda həqiqətən də real möcüzə idi.
İlk dəfə Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da
Respublika Elmlər Akademiyasının indiki İstiqlal küçəsində yerləşən
binasından efirə çıxmışdır. “Danışır Bakı!” sözləri ilə ödkəmizdə
radio verilişlərinin təməli qoyulmuşdur. 1927-ci ilin fevralında isə
Bakıda radio verilişlərinə həsr olunmuş xüsusi müşavirə keçirilmiş,
1928-ci ilin aprelində respublikanın böyuk şəhər və rayonlarının
radiolaşdırılması planı təsdiqlənmişdi. 1929-cu ilin axırlarından
Bakıda yeni
184
RV-8 marşı (M.Maqomayev) radionun musiqi rəmzı olmuşdur.
Yarandığı ilk dövrdə gün ərzində yalnız yarım saat musiqi və
xəbərlər verən Azərbaycan radiosu bu gün Azərbaycan, ingilis,
alman, fransız, rus, ərəb, türk, fars, kürd, ləzgi, talış və gürcü
dillərində gün ərzində 50 saata yaxın veriliş hazırlayır. Bu verilişlərin
18 saatını birinci proqram, 19 saatını “Araz” proqramı, 8 saatını isə
xarici dillərdə verilişlər studiyası hazırlayır.
Azərbaycan radiosu ilk dəfə beynəlxalq efirə 1941-ci ilin
avqustunda çıxmışdır. Almaniyanın SSRİ-yə qarşı başladığı işğalçı
müharibə Moskvadan həm ölkə daxilində, həm də həmsərhəd olduğu
qonşu dövlətlərdə ideoloji təbliğat işini qüvvətləndirməyi tələb
edirdi. Buna görə də Avropa ödkələrinin verilişlərinin ümumi
həcmini artıran ümumittifaq radiosu ölkənin cənub hissəsində bu
vəzifəni Azərbaycan radiosuna həvalə etdi.
1941-ci ilin iyulunda Türkiyəyə və İrana sınaq verilişləri
verildi. Avqust ayıdan isə beynədxalq dalğalarda “Bakının səsi”
eşidildi. Avqustun 25-də iki ölkə arasında bağlanmış müqavilənin
altıncı bəndinə əsasən sovet qoşunları İran ərazisinə daxil olmuşdu.
SSRİ zahirən İrandan arxayın olsa da, Türkiyədən ehtiyat edirdi. Elə
buna görə də Türkiyə və İrana yayımlanan verilişlərdə faşizmin
bütün dünya, o cümlədən region üçün bir bəla olduğundan bəhs
edilirdi. Eyni zamanda, “Bakının səsi”ndə sovet məlumat bürosunun
xəbərləri, cəbhə xəbərləri səslənir və sovet xarici siyasəti təbliğ
edilirdi. Müharibədən sonra isə bu radio uzun müddət dörd dildə
Azərbaycan, türk, fars və ərəb dillərində verilişlər hazırlayaraq sovet
həyat tərzini təbliğ etmişdir.
Azərbaycan müstəqillik qazandığı gündən Beynəlxalq
Azərbaycan radiosunun da ideoloji məzmunu dəyişdi.
185
Bu, Azərbaycanı dünyaya tanıtmaq, xalqımızın zəngin tarixini,
qədim mədəniyyətini, müstəqilik dövrünün nailiyyətlərini yaymaq,
dünyaya bəyan etmək zərurətindən irəli gəlirdi. Bu radio dalğalarında
xalqımızın istiqlal mübarizəsi tarixindən, dövlət quruculuğumuzun
uğurlarından, cəmiyyətimizdəki demokratik dəyişikliklərdən, qədim
tariximzdən və incəsənətimizdən bəhs edən verilişlər üstünlük təşkil
edir. Eyni zamanda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana
təcavüzünü ifşa edən siyasi şərhlər də “Azərbaycanın səsi”
radiosunun daimi mövzularındandır. Qeyd etdiyimiz bu vəzifələri
yerinə yetirən radio iki istiqamətdə iş aparır:
1. Şərq ölkələrinə yayımlanan verilişlər (ərəb, fars, türk və
Azərbaycan dillərində).
2. Qərb ölkələrinə yayımlanan verilişlər (ingilis, alman fransız və rus
dillərində).
Təqdirəlayiq haldır ki, “Beynəlxalq Azərbaycan radiosu”nun
nəzdində Güney Azərbaycan göstərir. Hələ 50-ci illərdən Azərbaycan
Dövlət Radio Verilişləri Komitəsində fəaliyyətə başlayan “Cənubi
Azərbaycana verilişlər” redaksiyası konkret prinsiplər əsasında
fəaliyyət göstərib. Rusiya və İranın strateji maraqları üst-üstə
düşdüyü üçün Qüzey Azərbaycanı tərəfindən Cənubi Azərbaycana
yayımlanan verilişlər həmin maraqları ifadə edirdi. Beiə ki, sovet
vətəndaşlarının real həyat tərzi şişirdilmiş bir şəkildə cənublu
soydaşlarımıza çatdırıldı. Axı, belə verilişlərin məzmununu
Moskvadan rus dilində göndərilən təlimatlar təşkil edirdi. Bunun əsas
səbəblərindən biri Sovet-İran maraqlarını əks etdirən nizamlı siyasət
yeritmək, tarixin amansız hökmü ilə ayrı düşmüş Qüzey və Cənub
Azərbaycanının yaxınlaşması, vahid mədəni məkan yaratmaq
problemini unutdurmaq idi. Belə ideoloji proqramlar əsasında
hazırlanan verilişlərdə cənubda yaşayan soydaşlarımızın sosial həyat
şəraitindən,
186
vətəndaşlıq hüquqlarının toxunulmaziığından, öz ana dillərində təhsil
müəssisələrinin olmamasından, qəzet, jurnal və kitabların
Azərbaycan dilində nəşr edilməməsindən bir qayda olaraq sükutla
keçilirdi. Lakin buna baxmayaraq mütərəqqi ruhlu cənublu
ziyalılarımız bu hərəkətin hansı vəziyyətdən irəli gəldiyini yaxşı
anlayır və gələcəyə ümidlə baxırdılar.
1986-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsi “Güney Azərbaycanına verilişlər” redaksiyasının
verilişlərinin saat həcmini artırmaq məqsədilə SSRİ Dövlət
Televiziya və Radio Komitəsinə xüsusi məktubla müraciətdən sonra
həmin ilin sentyabr ayının 30-da efir vaxtının artırılmasına icazə
verilir. l987-ci ilin martın 1-dən bu verilişlərin saat həcmi iki saata
çatdırılır. Buna, İrana farsca ünvanlanan verilişlərin efir vaxtının bir
saat azaldılması hesabına nail olundu. l993-cü ildən sonra haqqında
danışdığımız verilişin efir müddəti 2 saat 45 dəqiqəyə çatdırılır. Eyni
zamanda “Güney Azərbaycanına verilişlər” redaksiyası ayrıca qurum
kimi fəaliyyət göstərir. Redaksiyada aparılan struktur dəyişiklikləri
nəticəsində iki şöbə-ictimai-siyasi və mədəniyyət şöbələri
yaradılmışdır. İctimayi-siyasi şöbə hər gün 45 dəqiqə, mədəniyyət
şöbəsi isə 2 saat həcmində verilişlər hazırlayaraq efirə verir.
Güney Azərbaycanına verilişlərin geniş dinləyici auditoriyası
vardır. Belə ki, güneyli soydaşlarımızın müəyyən hissəsi dünyanın
müxtəlif ölkələrinə yayılmışlar. Belə verilişlər onların həm
Azərbaycanda gedən proseslərdən, burada baş verən ictimai-siyasi və
mədəniyyət yeniliklərindən xəbərdar olmalarına, həm də Azərbaycan
mədəniyyətinin, azərbaycançılıq ruhunun bütün dünyada yayılmasına
səbəb olur. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların sayının
dünya ensklopediyalarında öz əksini tapması da sevindirici haldır.
Aşağıdakı rəqəmlərə
187
diqqət yetirin: “Avstraliya-8000, Avstriya-19000, Albaniya-12000,
Əlcəzair-260000, Argentina-12000, Əfqanıstan-424600, Banqladeş-
170440, Belçika-13000, Birma-76000, Bolqarıstan-64400, Braziliya-
74000, Butan-1480, Böyük Britaniya-17000, Macarıstan-26000,
Yunanıstan-12400. Danimarka-56000, Misir-844790, İsrail-12000,
Hindistan-301146, İndoneziya-410940, İordaniya-44600, İraq-
844000, İrlandiya-4000, İspaniya-14000, İtaliya-30000, Yəmən Ərəb
Respublikası-32000, Kanada-174000, Çin Xalq Respublikası-30000,
Küveyt-18000, Malta-2500, Meksika-26000, Monqolustan-4800,
Yəmən Xalq Demokratik Respublikası-56000, Birləşmiş Ərəb
Əmirliyi-55000, Norveç-50000, Oman-19000, Pakistan-654092,
Polşa-10098, Portuqaliya-8000, Rumıniya-44000, Suriya-9240,
Sudan-17050, ABŞ-2409000, Türkiyə-2460000, Finlandiya-11640,
Fransa-65000, Almaniya-300000, Yuqoslaviya-5900 və Yaponiyada
-10000 nəfər”
1
Dünya azərbaycanlılarının ilk həmrəylik konfransı ilk dəfə
1947-ci ildə ABŞ-ın Los-Anjeles şəhərində, ikinci dəfə 1998-ci ildə
Vaşinqtonda, üçüncü dəfə isə 1999-cu ilin oktyabrında AFR-in Köln
şəhərində keçirilmişdir. Dördüncü konfransın isə Azərbaycanın
paytaxtı Bakı şəhərində keçirilmisi planlaşdırılmışdır. Belə
məclislərin keçirilməsində məqsəd dünya azərbaycanlılarının monolit
birliyini yaratmaq, diaspora formalaşdırmaq və onların fəaliyyəti ilə
Azərbaycanın mövcud problemlərinin kəskin şəkildə dünya
ictimaiyyətinin nəzərinə çatdırılmasından ibarətdir.
Hazırda respublikamızda iki dövlət kanalından (birinci kanal
və “Araz”) əlavə bir neçə özəl radio da fəaliyyət göstərir. Radio
dalğalarında “Azad Azərbaycan”, ANS-İM-də səslənir. İndi hər bir
vətəndaşımız
1
Nizami Xudiyev. Radio, televiziya və ədəbi dil. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,
2001, səh.88
188
əvvəllər Münhendən, indi isə Praqadan yayımlanan “Azadlıq” (1953-
cü ildən), Londondan “Bi-Bi-Si” (1994) və Vaşinqtondan
“Amerikanın səsi”nin (1982) Azərbaycanca verilişlərini maneəsiz
dinləyə bilirlər. Bu isə o deməkdir ki, dünyanın müxtəlif düşüncə
mədəniyyətinə malik olan radiolar Azərbaycan dilinin intelektual,
informativ, emosional ifadə zənginliyini, çevikliyini, dinamizmini
təmin edir.
Mədəniyyətin yayılma vasitələrindən biri də televiziyadır.
Kütləvi informasiya vasitələri içərisində dilin informasiya, estetik,
ideoloji funksiyaları daha çox televiziyada nəzərə çarpır.
Televiziyada sosial, mədəni və təbliğati vəzifələr bir tərəfdən onun
cəmiyyətin həyatındakı rolunu, ictimai statusunu,digər tərəfdən isə
kütləvi informasiya vasitələrinin çox janrlığını müəyyənləşdirir.
Radionun kəşfi elektron dalğalarının uzaq məsafayə
ötürülməsi, danışanın təsvirinin verilməsi və alınması sahəsində də
eksperimentlər aparılması üçün zəmin yaratdı. Peterburq
Texnologiya İnstitutunun professoru Rozinqin 1910-cu ildə icad
etdiyi elektron - şüa aparatı bu sahədə ilk addım oldu. Oktyabr
inqilabından sonra bu proses Rusiyada daha da sürətləndi və
televiziyanın kəşfi ilə nəticələndi.
Azərbaycanda televiziya ilk dəfə 1956-cı ilin fevralında
fəaliyyətə başlamış və ilk vaxtlar efirə həftədə bir saata yaxın
verilişlər vermişdir. 1957-çi ildə həftədə beş gün iki saat beş dəqiqə
həcmində verilişlər verən Azərbaycan televiziyası bu gün iki kanalla
həftədə 100 saatdan çox veriliş hazırlayır. Gün ərzində ekrana
çıxarılan orijinal verilişlərin həcmi 15 saatdan çoxdur. Eyni zamanda
bu verilişlər rəngli təsvirlərlə verilir.
Televiziya vasitəsilə yayımlanan rəngarəng verilişlər içərisində
maarifçilik verilişlərini xüsusi qeyd etməyi lazım bilirik. Çünki, belə
verilişlərin ən mühüm cəhəti odur ki, onlar tamaşaçıya hər hansı
konkret sahədə bilik verməklə
189
bərabər, onların ümumi dünyagörüşünün artmasına, bu və ya digər
problemə münasibətində onun tərəddüdlərinin aradan qalxmasına
kömək edir. Bu istiqamətdə televiziyanm “Elmi-kütləvi və tədris
proqramları” redaksiyası əhəmiyyətli rol oynayır. Burada səhiyyə
sistemindən başlamış dil öyrədilməsinə, müxtəlif elm sahələrinin
problemlərinə aydınlıq gətirilir. Eyni zamanda hər bir məsələ
maarifləndirici xarakter daşıyır. Xalqın milli-mənəvi dəyəri onun elm
xəzinəsidir. Bu sərvət mühavizə olunmaqla araşdırılmalı və nəsildən-
nəsilə ötürülməlidir. Bu məsələlər televiziyan “Əxlaq və
mənəviyyat” şöbəsinin hazırladığı verilişlərdə geniş şəkildə öz əksini
tapır.
Cəmiyyətin həyatının elə bir sahəsini göstərmək olmaz ki,
televiziya oraya nüfuz etməsin. Bu mədəniyyətin yayılma vasitələri
arasında radio və televiziyanın yerini və əhəmiyyətini bir daha aydın
göstərir.
Məlumdur ki, radio 1895-ci ildə A.S.Popov tərəfindən ixtira
edilmişdir. Radio verlişləri geniş dinləyici kütləsi üçün operativ
informasiya və kütləvi təbliğat vasitələrindən biridir. Hazırda
kommunikasiya vasitələri estetik səryətləri yaymaqda daha fəal və
dinamik olub, cəmiyyətin mədəni həyatında böyük rol oynayır. Bu
sahədə Azərbaycan radiosunun da xidmətləri böyükdür. Hazırda
respublika radiosu efirə Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərdə
hazırlanmış verlişlərlə çıxır.
Televiziya artıq cəmiyyətimizin mənəvi həyatının ayrılmaz
hissəsi olmuşdur. Azərbaycan respublikasında televiziya verlişlərinə
1956-cı ildən başlanmışdır. Ayrı-ayrı tarixi dövrlərə, milli
məktəblərə mənsub olan təsviri sənət və heykəltaraşlıq əsərləri
televiziya vasitəsilə geniş kütlələrə, eləcə də ucqar bölgələrdə
yaşayan adamlara çatdırılır.
Müxtəlif sənət əsərlərinin teleekranda böyük zövq və məharətlə
canlandırılması, şərh edilməsi, müxtəlif tarixi
190
faktların şəxsiyyətlərin yada salınması və s. müyonlarla tamaşaçının
estetik mədəniyyətinin inkişafına imkan yaradır.
Mədəniyyətin yayılmasında mətbuat da təsirli vasitələrdən
biridir.
XIX əsrdə Azərbaycan dilində ilk mətbuat orqanlarının
meydana gəlməsi xalqın mədəni inkişafında, milli jurnalistikanın və
milli fikrin inkişaf tarixində mühüm əhəmiyyət kəsb etmişdir.
Bakı quberniya mətbəəsində general-qubernator Dmitri
Semyonoviç Staroselskinin razılığı ilə nəşrə başlayan “Əkinçi”
(1875-1877) qəzeti ilə Həsən bəy Zərdabi milli mətbuatımızın əsasını
qoydu. Daha sonra “Ziya” (Ziyayi-Qafqasiyyə) (1879-1884),
“Kəşkül” (1881-1891), XX əsrdə isə “Şərqi-Rus” (1903-1905),
“Həyat” (1905-1906), “İrşad” (1906-1907), “Tərəqqi” (1908-1909),
“Molla Nəsrəd-din” (1906-1925), “Zənbur” (1909-1910), “Tazə
həyat” (1907-1908), “İttifaq” (1908-1910), “Açıq söz” (1915-1920)
və s. qəzet və jurnallar cəmiyyətdə mədəniyyətin, ictimai-mədəni
səviyyənin inkişafında və milli mənlik şüurunun formalaşmasında
müstəsna rol oynadı.
Mətbuatın yaranması ilə bərabər, XIX əsrdə kitab nəşri
sahəsində meydana çıxan yeniliklər getdikcə təkmilləşərək inkişaf
edir. “Ziya” və “Kəşkül” mətbəələrinin kitab nəşri sahəsindəki işini
XX əsrdə Tiflisdə “Qeyrət” mətbəəsi, Bakıda Orucov qardaşlarının
və Haşım bəy Vəzirovun “Səda” mətbəələri davam və inkişaf
etdirirlər. Qeyd edək ki, kitab mədəni irsin, xalqın mənəvi sərvətinin
qiymətli bir hissəsi, siyasi-ideoloji mübarizənin qüdrətli vasitəsidir.
Kitablar bizim müdrik babalarımızın yadigarı, tarixin canlı
şahidləridir. Kitablar yazı və dilin, ədəbiyyat və incəsənətin, elm və
texnikanın inkişafında əvəzsiz rol oynayır. Unutmaq olmaz ki, kitab
çapı əlyazma, daş, ağac, gil üzərində yazı və s. olmaqla tarixən
qədimdir.
191
Sonralar respublikamızda dövri mətbuatın nəşri genişlənmiş,
tiraj vahidi xeyli yüksəlmişdir. Məsələn 1950-ci ildə cəmi 8 adda
jurnal 323 min tirajla buraxılırdısa, 1980-ci il-də bu inkişaf 31 adda
14 milyon 427 min nüsxə olmuşdur. 1950-ci ildə 94 adda, 1980-ci
ildə, 132 adda, 1990-cı ildə 211 adda qəzet çap olunmuşdur.
Mədəniyyətin inkişafında mədəniyyət müəssisələrinin də
özgün yeri vardır. Bədii-tamaşa təşkilatları və mədəni - maarif
ocaqları belə müəssisələrdəndir.
Bədii tamaşa təşkilatlarının aşağıdakı tipləri vardır: teatrlar,
konsert qostrol birlikləri, sirk.
Bu təşkilatların vəzifəsi peşəkar sənət əsərlərini hazırlayaraq
yaymaqdan ibarətdir.
Mədəni-maarif müəssisələrinə isə klublar, muzeylər,
kitabxanalar daxildir. Bunlar isə aşağıdakı funksiyaları yerinə yetirir:
1) Mədəni-maarif işi vasitəsilə mənəvi sərvətləri yaymaq;
2) İnsanları müxtəlif formalarda yaradıcılığa cəlb etmək.
Mədəniyyətin belə mürəkkəb, çoxplanlı və müxtəlif səviyyəli
strukturu ona cəmiyyətdə bir sıra sosial funksiyaları həyata
keçirməyə imkan verir,
l. Dərketmə funksiyası. Mədəniyyət vəhdətdə götürülmüş
bütün ictimai şüur formalarını əhatə edərək dünyanın dərk olunması
və mənimsənilməsinin tam mənzərəsini yaradır. Cəmiyyət, sinif,
millət özünü bütövlükdə mədəniyyətdə, onun bütün növlərində
mədəniyyət vasitəsilə dərk edir.
2. Tarixi varislik, sosial təcrübənin ötürülməsi funksiyası. Bu,
çox vaxt informasiya funksiyası da adlanır. Mədəniyyətin sayəsində
sosial təcrübə həm bir nəsildən digər nəslə, həm də bir nəslin həyatı
dövründə ölkələr və xalqlar arasında ötürülür.
192
3. Mədəniyyətin informasiya funksiyası onun kommunikativ
funksiyası ilə bağlıdır. İnsan maddi və mənəvi mədəniyyət
abidələrində həkk olunmuş informasiyanı dərk etməklə bu abidələri
yaratmış insanlarla dolayı və ya vasitəli ünsiyyətə girir. Söz
insanların ideoloji və mədəni fəaliyyətinin bütün proseslərini
müşayət edir. Dil, ilk növbədə ədəbi dil bu və ya digər milli
mədəniyyətə yiyələnmək vasitəsidir.
4. Mədəniyyət həm də cəmiyyətin müəyyən sinfinin normalar
sistemi və adamların fəaliyyətinin bütün sahələrinə tələblər sistemi
kimi çıxış edərək normativ funksiya yerinə yetirir.
5. Mədəniyyətin sosial mənasını əks etdirən əsas sistemyaradıcı
cəhəti onun humanist funksiyasıdır. Bütün yuxarıda qeyd etdiyimiz
funksiyalar bu funksiyaya tabedir. Mədəniyyətin vəzifəsi bu və ya
digər sinfın, cəmiyyətin mənafeyinə və tələblərinə uyğun şəxsiyyət
tipi formalaşdırmaqdır.
Mədəniyyət tarixi hadisədir və onun tarixi xarakteri tərəqqidə
inkişafın aşağıdan yuxarıya doğru olmasındadır. Bu, bəşər
mədəniyyətinin çoxəsrlik inkişaf mərhələlərində də görünür.
Mədəniyyətin tarixi xarakteri yeni mədəniyyətin keçmişin
nailiyyətləri ilə sıx əlaqəsində təzahür edir. Mədəniyyətdə belə
varislik həmişə mövcud olan maddi istehsalın inkişaf varisliyinə
əsaslanır. Eyni zamanda, mənəvi mədəniyyətin bütün formalarının
tərəqqisində bu varisliyin mühüm əhəmiyyəti vardır.
Mənəvi mədəniyyətin unikal sərvətinin hamının malı olması
üçün onu qoruyub saxlamaq vacibdir. Bununla arxivlər, muzeylər,
kitabxanalar kimi mədəniyyət obyektləri məşğul olur. Mədəniyyətin
inkişafı ilə bu müəssisələrin əməkdaşlarının yaradıcılıq işi, elmi iş
elementləri: tarixi mədəniyyət abidələrinin tədqiq olunması,
müəllifliyin müəyyən edilməsi, bərpaçılıq və s. getdikcə daha da
çoxalır. Ha-
193
zırda mənəvi sərvətlərin qorunub saxlanılmasında texniki
vasitələrdən istifadə olunur (çap, üzün çıxarılması).
Mənəvi sərvətlərin qorunub saxlanması yalnız onun fiziki
cəhətdən korlanmasının unudulmasının qarşısını almaq məqsədi
daşımır. Hər bir xalq, hər bir nəsil öz mədəniyyətini boş bir səhrada,
heç nədən yaratmır. Hər bir mədəniyyət özündən əvvəlki
mədəniyyətin əsasında yaradılır. Mədəni sərvətlər ilk növbədə xalq
maarifinin ictimai sistemi vasitəsilə bölüşdürülür və yayılır. Ölkənin,
cəmiyyətin mənəvi həyatının səviyyəsi tədris müəssisələrinin
sayından, tədrisin keyfiyyətindən, müəllimlərin ixtisasından, geniş
xalq kütlələrinin bütün təhsil növlərinə yiyələnmək imkanlarından
asılıdır.
Maddi nemətlər kimi, mənəvi istehsal məhsulları, mədəni
sərvətlər də insanların istifadəsi üçündür. Lakin mənəvi nemətlər
istehlakı maddi nemətlər istehlakından xeyli fərqlənir. Belə ki, maddi
nemətlər istehlakı prosesində məhsul aradan çıxır (Qida yeyilir,
paltar köhnəlir). Ancaq mənəvi sərvətlərdən daha çox adam
faydalanır. Çünki o, öz təbiətinə görə fərdi yiyələnmə obyekti deyil.
Mənəvi sərvətlər istehlakı şəxsiyyətin, sosial qrupun mənəvi
təlabatının xarakteri ilə şərtlənir. Bu təlabat isə istehsalın inkişaf
səviyyəsindən, ictimai-siyasi qurluşdan, şəxsiyyətin mənsub olduğu
sinfin ideologiyasından, mühitdən (sosial-mədəni), həmçinin adamın
özünün fərdi xüsusiyyətindən, onun zövqündən və vərdişlərindən
asılıdır. Mənəvi təlabat adamları mövcud mənəvi sərvətləri
mənimsəməyə və yenilərini yaratmağa sövq edir.
Mənəvi sərvətlərin istehsalı, qorunması, yayılması və istehlakı
üçün cəmiyyətdə sosial təsisatlar müxtəlif mədəniyyət müəssisələri
və təşkilatları yaradılır ki, onları funksional əlamətinə görə ayırmaq
mümkündür. Bir sıra təsisatlar, yəni nəşriyyat, kinostudiya,
yaradıcılıq birlikləri, dərnəklər və s. mənəvi istehsal üçün yaradılır.
Digər təsisatlardan,
194
yəni kinoteatr, lektoriyalar, konsert birlikləri mədəniyyəti yaymaq
üçün istifadə edilir.
Mədəniyyət, həmçinin insanın evristik məqsədlərinin yerinə
yetməsinə: onun yeniliyi dərk etməyin daha məhsuldar formalarının
axtarılmasına, yaşadığı həyatın yeni yonlarının və metodlarının
tapılmasına, insanın təbiətin kortəbii qüvvələri üzərində
hökmranlığının güclənməsinə kömək edir. Mədəni tərəqqi obyektiv
tarixi qanunauyğunluğun mədəniyyət varisliyinin təsiri səbəbindən
baş verir. O, ictimai-iqtisadi formasiyalar dəyişən zaman keçmiş
dövrlərin mədəni nailiyyətlərinin qorunub saxlanmasını, yaradıcılıqla
mənimsənilməsini və bunun da əsasında yeni ictimai tələblərə uyğun
mədəniyyətin yaranmasını təmin edir.
Adamlarda keçmişin mədəni sərvətini bütünlüklə və hərtərəfli
mənimsənilməsini tərbiyə etmək vacibdir. Mədəni irsin
mənimsənilməsinin müasir mərhələsinin mühüm əlaməti ənənəçiliyin
aradan qaldırılması, keçmişin mədəni sərvətiərinə obyektiv və yeni
münasibət yaranmasıdır. Belə münasibət göstərilərkən keçmişin
mədəni sərvətləri cansız, toxunulmaz xəzinə kimi qalmır. Qədim
mədəniyyət formalarını olduğu kimi qorumaq, təzə formalara qarşı
qoymaq niyyətində olunmur.
Ümumiyyətlə, mədəni irsə həmişə və hər yerdə müxtəlif
şəkildə münasibət göstərilir. Mədəni irsin təhlili ilə məşğul olan hər
bir şəxs (sənətşünas, rejissor, ifaçı və s.) bir tərəfdən keçmişin bu və
ya digər mədəni hadisəsinin əvvəlki görkəmini və konkret tarixi
koloritini maksimum saxlamağa, digər tərəfdən isə onu nisbətən
müasirləşdirməyə çalışır. (Yəni müasir tamaşaçıya xoş gəlsin).
Mədəni irsin mənimsənilməsində tarixi həqiqətdən uzaqlaşmaq
olmaz. Varislik o demək deyildir ki, keçmişdən bizə qalanları
kortəbii surətdə götürüb istifadə edək. Varisliyin tənqidi təhlilə,
keçmiş mədəni irsdən istifadədə yaradıcı dəyişikliyə ehtiyacı vardır.
195
Mədəniyyətin inkişafı təhlil olunarkən varisliyin xüsusiyyətləri,
forma və xarakteri nəzərə alınmalıdır. Məsələn, varislik daimi və
vaxtaşırı xarakterli, məzmunca yaxud formaca mütərəqqi və mürtəce
ola bilər. Tarixi varislik mədəniyyətin inkişafında obyektiv
qanunauyğunluq, onun tərəqqisinin əsas şərtlərindəndir.
Cəmiyyətimizin mədəni inkişaf vəzifələrinə uyğun gələn
mədəniyyətin varislik üslubunun özünü həm ümumsosial səviyyədə,
həm də şəxsi səviyyədə göstərməsi mədəniyyəti mənimsəmə
prosesində hamının dünyanı dərketməsinin, bütün dərinliyi və
zənginliyi ilə əks etdirilməsi, onun daha vacib hesab etdiyi mədəni
sərvətlər cəminin mənimsənilməsinə ardıcıl, məqsədyönlü və tam
münasibət bəsləmə dərəcəsinin izahı vacibdir. Keçmişin mədəni
irsinə varisliyin yetkin üslubunu Azərbaycanın Q.Qarayev,
F.Əmirov, A.Məlikov kimi bəstəkarlarının yaradıcılığında aydın
görmək olar. Bu bəstəkarlar keçmişimizin musiqi mədəniyyətinin
fundamental ideya-bədii ənənələrini inkişaf etdirərək, müasir
dinləyiciyə Azərbaycan və dünya klassiklərinin əsərlərinin dərin
vətəndaşlıq pafosunu və obrazlı kökünü musiqi vasitəsi ilə
çatdırmışlar.
Forma baxımından müasir insanın keçmiş epoxaların
mədəniyyətinə münasibətində əlamətdar hadisə mədəniyyət
hadisələrinə qiymət verilməsində demokratizm və çeviklikdir.
Əgər varislik prosesinin inkişaf tempindən danışılırsa, onun
genlilik əlamətləri göz önündədir.
Müasir insanın mədəni irsə münasibətinin təkmilləşdirilməsi
mədəni sərvətlərin həm şüurlu surətdə, həm də kortəbii
mənimsənilməsinin mahiyyətini və xüsusiyyətlərini dərk etmək
tələblərini irəli sürür.
Mədəniyyətə kortəbii varislik neqativ nəticələr verir. Bu bir
tərəfdən keçmişlə çoxcəhətli əlaqələrin pozulmasma, bir sıra mədəni
hadisələr haqqında yaddaşlarda olanların it-
196
məsinə gətirib çıxarır, digər tərəfdən keçmişin mədəni potensialı ilə
kortəbii ünsiyyət adamlarda mədəni irsə münasibətdə fetişizm ruhu
doğurur. Bu vaxt mədəniyyətin həqiqi dəyərindən asılı olmayaraq, o
səcdəyə, sitayiş əşyasına çevrilir.
Mədəni varisliyin idarə olunmasının sərhədlərini
genişləndirmək, onu kortəbiilik dairəsindən çıxarmaq, maddi
bazasını möhkəmləndirmək, mütəxəssislər hazırlayan müvafiq
müəssisələr şəbəkəsi yaratmaq, mədəni sərvətləri və ənənələri
qorumaqda ictimaiyyətin rolunu artırmaq hələ də kifayət səviyyədə
deyildir.
Bəşəriyyətin indiyə qədər topladığı mədəni irs o qədər böyük
və müxtəlifdir ki, onun geniş kütlələr tərəfindən dərk edilməsi üçün
mədəni sərvətlərin tiraclanması və yayılmasının yeni forma və
metodlarını tapmaq lazımdır.
Mədəni sərvətləri qorumaq, onu bərpa etmək sahəsində
tərəqqipərvər qüvvələrin birgə fəaliyyəti, beynəlxalq mədəni
mübadilə göstərir ki, mədəni varislikdə insanlar tarixi və etnik
xüsusiyyəti nəzərə almalıdırlar.
|