§3. DİN VƏ MƏDƏNİYYƏT
Cəmiyyətdə mövcud olan hər hansı bir ideologiyanın, o
cümlədən dini ideologiyanın insanla əlaqədar mürəkkəb sosial-
iqtisadi, mədəni-tarixi və mənəvi kökləri vardır. Bizim üçün
əhəmiyyətlisi budur ki, o, insanların sosial-mənəvi ideyaları, adət-
ənənələri, məişəti, arzu və inamları ilə birləşir, onları özünəməxsus
halda ifadə edir. Ümumiyyətlə, məlumdur ki, bütün dinlər, o
cümlədən hazırda sitayiş etdiyimiz islam dini də yarandığı gündən
müasir dovrə kimi böyük təkamül yolu keçmişdir.
Bir neçə il öncə ali məktəblərdə tədris olunan “Dinşünaslıq”
fənni ibtidai dinlərdən başlayaraq dünya dinləri də daxil olmaqla
gənclərə din haqqında zəruri məlumatlan çatdırmaq, bu prosesdə
adət-ənənələrimizlə, dövlət bayrağında öz əksini tapmış
müsəlmançılığımızla bağlı bilgilər vermək baxımından əhəmiyyətli
idi. Lakin son illər bu fənnin tədris planmdan çıxarılmasını nəzərə
alaraq, “Mədəniyyətşünaslıq” fənnindən tərtib etdiyimiz proqramda
öz əksini tapmış “Mənəvi Mədəniyyət və Din” mövzusunu bir qədər
əhatəli şərh etməyi məqsədəuyğun bildik.
Mənəvi mədəniyyətin mühüm tərkib hissələrindən biri də
dindir. O, insan şüurunun müəyyən inkişaf səviyyəsi ilə əlaqədar
təbii və ictimai ehtiyac baxımından yaranan sosial tarixi və mənəvi
hadisə, tarixi kateqoriyadır. Din ictimai şüur formalarından biridir.
Dinin əsasında obyektiv gerçəkliyin insan şüurunda əksolunması
dayanır.
Məlumdur ki, ictimai şüur formaları olan elm, əxlaq, fəlsəfə,
siyasi ideologiya və s. hər biri gerçəkliyin müxtəlif xüsusiyyət və
tərəflərini insan şüurunda əks etdirirlər. Dinin fərqləndirici
xüsusiyyəti isə ondan ibarətdir ki, o, obyektiv reallığı fövqəltəbiiliyə
əsaslanmaqla şüurda əks etdirir. Din təbiət-cəmiyyət hadisələrinin
baş veməsini, inkişafını, bütün
155
dəyişiklikləri fövqəltəbii qüvvələrin təsiri ilə əlaqələndirir, onların
fəaliyyətinin nəticəsi kimi izah edir.
Ərəb dilindəki “dinun” sözündən yaranan “din” termininin
mənası “inam”, “etiqad” deməkdir. “Din” termini dilimizə
Azərbaycanda islamın yaranması ilə əlaqədar keçmişdir.
Dinin mənşəyi və qədim formaları haqqında müxtəlif
mənbələrdən məlumat almaq mümkündür:
l. Təbiət və ictimai elmlərin-xüsusilə, fiziologiya, tarix,
psixologiya və etnoqrafiya elmlərinin bu istiqamətdə qazandığı
uğurların elmi-fəlsəfi təhlili;
2. Arxeoloji tədqiqatlar nəticəsində üzə çıxarılmış müxtəlif
nümunələr;
3. Müasir dövrdə sivilizasiyadan kənar həyat tərzi yaşayan
qəbilə və tayfaların həyat tərzi. Məsələn, Avstraliya, Qərbi Afrika və
bəzi Şimal xalqlarının həyat tərzi.
4. Şifahi və yazılı abidələr; (Bu barədə “Orxon-Yenisey
abidələri” və “Kitabi-Dədə Qorqud” dastanlarında məlumat verilir).
5. Bu gün də yerinə yetirdiyimiz ayin və mərasimlər. Onlarda
ibtidai dini təsəvvürlərin izləri vardır. Məsələn, qurban kəsmək,
ehsan vermək, bəzi xalqların dəfn mərasimi və s.
Məlumdur ki, insanın yaranmasında və onun şüurunun
formalaşmasında əmək prosesi mühüm rol oynamışdır. Ehtiyac
üzündən fəaliyyətə başlayan insanın ilk əcdadı bu prosesdə müəyyən
vərdişlər qazanmış və getdikcə şüur, təfəkkür, nitq və s. də yavaş-
yavaş meydana çıxmışdır.
İctimai inkişafın aşağı səviyyədə olması, insanınm kortəbii
qüvvələr qarşısında acizliyindən irəli gələrək onun şüurunda allah,
axirət, ruh və s. kimi anlayışları yaratması ibtidai icmada müxtəlif
dini təsəvvürlərin meydana çıxmasına səbəb oldu.
156
Yuxarıda qeyd etdik ki, din tarixi-ictimai hadisədir. Qədim
maddi və mənəvi abidələr göstərir ki, dinin yaranması və
formalaşması milyon illərlə davam etmişdir. Bəşəriyyətdə dinsizlik
dövrü də mövcud olmuşdur. Bunu müasir etnoqrafiya elmi bir çox
faktlara əsaslanmaqla sübuta yetirir.
Müəyyən şüura malik insanın təqribən 2,5-3,5 milyon il
bundan əvvəl yaranmasını, yer üzərində ilk dini təsəvvürlərin
eramızdan 40 min il əvvəl, yuxarı paleolit dövründə meydana
çıxmasını elm artıq təsdiq etmişdir.
Dinin mənşəyi və mahiyyəti əsasında ictimai və mənəvi təlabat
dayanmış, ehtiyacdan din tarixi yaranmışdır. İnsanların şüurunda
obyektiv gerçəkliyin dini əksi nəticə etibarilə onların maddi istehsal
fəaliyyətinin məhdudluğu və bununla əlaqədar ictimai münasibətlərin
tarixi məhdudluğu ilə bağlıdır. Kortəbii qüvvələr insanlarda qorxulu,
sirli, anlaşılmaz hisslər yaradır. Onların şüurunda allahlar, hər şeyə
qadir ruhlar, fövqəltəbii qüvvələr haqqında təsəvvürlər yaradır.
Sonrakı mərhələlərdə ilkin ictimai-iqtisadi formasiyalarda isə
əməksevər kütlələrin ictimai zülm-kütləvi işsizlik, aclıq, xəstəlik və
s. fəlakətlər qarşısında acizliyi də onlarda dini təsəvvürləri daha da
gücləndirir. Lakin bütün bunlarla bərabər ibtidai insan ətrafında baş
verən, ona aydın olmayan hadisələrin, yaranan vəziyyətin səbəblərini
öyrənmək istəyi ilə, nə qədər ləng olsa da, inkişafa doğru irəliləyir.
Yer
üzündə mövcud olmuş və hal-hazırda da mövcud olan
dinlər tarixi-təkamül baxımından belə qruplaşdırılır:
l.
Sinifli
cəmiyyətdən əvvəl mövcud olan dinlər.
“İbtidai dinlər” adlandırılan bu ilkin din formalarına animizm,
totemizm, magiya, fetişizm, sehrbazlıq, əcdad kultu, atəşpərəstlik,
bütpərəstlik və s. daxildir.
2. Sinifli cəmiyyətdə mövcud olan dinlər.
Yayılma dairəsinə görə də onlar iki qrupa bölünür:
a) Milli dövlət dinləri.
157
Buraya iudaizm, induizm, sintoizm, çaynizm, konfusiqilik,
daosizm və s. daxildir. Müəyyən bir və ya bir neçə dövlətin
ərazisində yayılan bu dinlərə, əsasən bir və yaxuda da bir neçə millət
və xalq etiqad etmişdir.
b)Dünya dinləri.
Buraya buddizm, xristianlıq və islam daxildir. Onlar daha geniş
miqyasda bir çox millətlər və xalqlar arasında yayılmışdır. Sinifli
cəmiyyətdə mövcud olan dinlər müäsir dinlər də adlandırılır.
Xristianlıq, islam, iudaizm, buddizm, induizm və s. belə dinlərdəndir.
İbtidai icma qurluşunun sonlarında artıq ibtidai insanın
şüurunda əsaslı şəkildə dəyişikliklər oldu. Maddi həyat tərzində
yaranan köklü dəyişikliklər insanların dini təsəvvürlərində,
şüurlarında da dəyişikliklərin meydana çıxmasına səbəb oldu.
Dini şüur iki şəkildə özünü göstərir:
l) dini psixologiya əsasmda yaranan adi dini şüur;
2) həm ictimai mühitin, həm də dini idealogiyanın təsiri ilə
formalaşan, lakin dini təlimin mahiyyətinə bələd olmayan dindar
şəxsin şüuru.
Dinin məzmununa dini şüur, dini münasibətlər, dini fəaliyyət
və dini təsisatlar daxildir. Dini təşkilatlar, dini orqanlar, dini
cəmiyyətlər, bırliklər, dini icmalar, kilsə, məscid və s. dini
təsisatlardır. Onların aparıcı qüvvəsi ruhanilərdir. Dini təsisatlar
müəyyən etiqad, inam zəminində birləşən dindar insanların
fəaliyyətini təşkil edir, əlaqələndirir və istiqamətləndirir.
Din ilə əxlaq, fəlsəfə, elm və incəsənət arasında da əlaqə
mövcuddur. Əxlaq insanların bir-birinə və cəmiyyətə olan
münasibətlərini tənzimləyən davranış normaları və qaydaları toplusu
olmaqla dindən xeyli əvvəl meydana çıxmışdır. Din öz mövqeyini
möhkəmləndirmək, əhatə dairəsini genişləndirmək məqsədilə ən sadə
əxlaq normalarından belə yetərincə faydalanmışdır.
158
Dinlə incəsənət arasında da sıx əlaqə vardır. Belə ki, əsl
incəsənət spesifik formada, bədii obrazlar vasitəsilə gerçəkliyin
düzgün inikasını verir və dünyanı dərk etməkdə insanlara kömək
edir. Buna görə də din həmişə insanlara dini-tərbiyəvi təsir
göstərmək məqsədilə incəsənətdən istifadə etməyə, estetik təsir
vasitələrindən dini etiqadın möhkəmləndirilməsi və yayılması üçün
onun ideya-estetik təsir gücündən faydalanmağa çahşmışdır.
Qabaqcıl incəsənət həmişə ictimai tərəqqiyə, insanların estetik-əxlaqi
tərbiyəsinə xidmət etmişdir. İncəsənət insanın mənəvi təkamülündə
milli-dini mənəvi sərvətlərə yiyələnməsində, bütövlükdə mənəvi-
estetik tərbiyəsində çox mühüm vasitədir. İbadətgahlarda, məscid və
kilsələrdə incəsənətin müxtəlif növlərindən, rəssamlıqdan,
heykəltəraşlıqdan, memarlıqdan və s. istifadə edən din insanlara
güclü emosional təsir etməyə nail olmuşdur. İnsanların şüurunda
yaranan inam onların yaratdıqları dastanlarda, nağıllarda və digər
ədəbi-bədii nümunələrdə öz əksini tapmışdır.
Belə ədəbi nümunələrdən biri də Orxon yazılı abidələridir. Bu
abidələr qəbirüstü kitabə olması baxımından Yenisey abidələri ilə
birləşir. Lakin Orxon kitabələri həcminə, yazılış tərzinə və
məzmununa görə Yenisey abidələrindən fərqlənir. Belə ki, burada bir
qayda olaraq türk tarixi, türk xalqlarının formalaşma və
məskunlaşma dövründə apardıqları müharibələr, qarşılıqlı tayfa
münasibətlərinin formalaşması və s. məsələlər barədə dərin ideya-
fəlsəfi tutuma malik məlumatlar verilir. Bütün bunlarla bərabər
türklərin qəhrəmanlıq ənənələri, tanrı ilə türkün ruhi bağlılığına,
“qohumluq əlaqələrinə”, dövlətçilik və məişət məsələlərinə aid fikir
və düşüncələr də öz əksini tapmışdır.
Qeyd etdiyimiz kimi, türklər özlərininin tanrı ilə möhkəm,
qırılmaz “qohumluq münasibətlərinə” dərin inam bəsləyirdilər. Bunu
“Gültigin” kitabələrindən gətirdiyimiz nümunələr də təsdiq edir:
159
“Tanrıtək göylərdə doğulmuş türk müdrik xaqanı bu vaxt taxta
oturdum”
1
.
“Türk xalqanın adı, şöhrəti yox olmasın deyə, atam xaqanı,
anam xatunu yüksəltmiş tanrı, türk xalqının adı, şöhrəti yox olmasın
deyə, özümü tanrı xaqan oturtdu".
2
Gördüyümüz kimi, bu nümunələrdə türkün tanrı övladı olması
inamı və türk etnosunun tanrı himayəsində yaşaması etiqadı özünün
bədii əksini tapmışdır.
Türk etnosunun tanrı tərəfindən qorunması inamı əsrlərlə
türk xalqlarının şüurunda möhkəmlənmişdir. Təsadüfi deyil ki, türk
etnosunun yer üzündən silinib yox edilməsinə razı olmayan tanrının
daima çətin anlarda bu etnosun qayğısına qalaraq onu hifz etməsi
"Gültəkin" abidələrində belə əks olunmuşdur:
“Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İltəris
xaqanı, anam İlbikə xatunu tanrı təpəsində tutub yuxarı qaldırmış”.
Türkün tanrı himayəsində olması qənaəti ona alplıq, ərənlik,
qəhrəmanlıq keyfiyyətləri də qazandırır. Türk xalqları daima dörd
tərəfdən əhatə edilmiş yağılarla gərgin mübarizə, ağır döyüş
şəraitində artmış, möhkəmlənmiş və formalaşmışdır. Bu xarakterik
xüsusiyyətlərin türklərdə formalaşmasına səbəb olan amillərdən biri
də onların özlərini yer üzünün ən qədim, ilkin sakini hesab
etmələridir.
Türk xalqlarında tanrı yazısına, taleyə inam da onların
tanrıçılıq düşüncələri və inamları ilə bağlıdır. Ümumiyyətlə, türk
epik ədəbi nümunələrində insanların tanrı tərəfindən yaradılması və
onun ölümsüzlüyü (cismən vəfat etsə də ruhən yaşaması) inamı da öz
bədii əksini tapmışdır. Orxon ədəbi abidələrində də ruhların
varlığına, kainatın ruhu
1
Rəcəbov Ə.Məmmədov Y.Orxon-Yenisey abidələri. Bakı, Yazıçı 1993,səh. 77.
2
Yenə orada, səh. 80.
160
olduğuna və bu ruhun əbədiləşməsinə bəslədikləri inam, onların
səmaya meylli, tanrıya yaxın olmaları, özlərini digər xalqlardan
fərqləndirmələri müqəddəsliklərinə bəslədikləri dərin inam və bu
təsəvvürlərdən irəli gələn türk etnosunu qorumaq üçün xalqın ruhuna
təsir edib, onu riqqətə gətirərək fəaliyyətə sövq etmək cəhdi öz əksini
tapmışdır.
Qədim türklər yerin, göyün, suyun, türk ruhunun əbədi
təminatçısı olması inamı ilə həmişə bol suyu, zəngin təbiəti olan
yerlərə meylli olmuşlar. Onu da qeyd edək ki, Orxon ədəbi
abidəbrinin konkret olaraq yazılma tarixi və müəllifi (Yolluq tikin)
məlumdur. Ümumiyyətb, həm Gültəkin, həm Bilgə xaqan, həm
Tonyukuk, həm də digər Orxon-Yenisey abidəbrindən türk epik
təfəkkürünün və ideya-bədii dünyadüyümünün estetik ifadə notları
müasir ədəbi ictimai düşüncəmizə qədər öz izlərini və etnokulturoloji
təsir gücünü qoruyub saxlamışdır. Biz bunu ayrı-ayrı adət-
ənənələrdə, mərasimlərdə görür, həm də eyni zamanda ayrı-ayrı bədii
nümunələrdə, folklor abidələrində də qədim türk epik təfəkkürünün,
ideya - mövzu və estetik təsir gücü özünü göstərir.
(Y.V.Çəmənzəminlii “Qıziar bulağı”, Ç.Aytmatov. “Çingiz xanın ağ
buludu”, “Əlvida Gülsara”, “Hörmüz və Əhriman” və s.).
Müsəlmanların müqəddəs dini olan “İslamın öhdəsindən gələ
bildiyi xalqların qarşısındakı böyük mədəni xidməti onun
qanunlarınn və ehkamlarının sadəliyi və aydın olmasıdır”.
1
Məlumdur ki, islamın formalaşması Məkkədə olan Qüreyş
əyanları ilə qeyri-bərabər mübarizə şəraitində getmişdir. Onun banisi
Məhəmməd monoteist dinin təbliğinə ərəbləri birləşdirən bir vasitə
kimi baxmış, kütlələrin şüuruna dini vasitələrlə təsir göstərərək
onların əməli fəaliyyətini islamın izlədiyi əsas istiqamətə
yönəltmişdir.
1
Veliçko V.L. Qafqaz. Bakı, "Azərbaycan" nəşriyyatı, 1995, səh. 131.
161
İslam dininin bir üstün cəhəti ondan ibarətdir ki, o, insanın
mənəvi kamilliyini, əxlaqi saflığını ön plana gətirməklə mühüm
əxlaqi-tərbiyəvi məzmun kəsb edir.
Oğuz türklərinin tarixini özündə əks etdirən monumental epik
abidəbrdən olan “Kitabi-Dədə Qorqud”da da islami görüşlər öz
ifadəsini tapmışdır.
Dastanı nəzərdən keçirərkən oğuzlarda islami fikir və
düşüncələrin dərin kökləri, bu köklərin qədimliyi, bəşəriliyi, təbiiliyi,
türklərin genetik düşüncələri ilə qaynayıb qarışdığı aydın görünür.
Dastanın Müqəddiməsi “Rəsuləleyhissəlam zamanına yaxın Bayat
boyundan Qorqud ata derlər bir ər qopdu”cümləsi ilə başlayır.
Bildiyimiz kimi türklər islam dinini qəbul edənə qədər
şamançılıqla bərabər bütpərəstlik, zərdüştilik, manilik, xristianlıq və
hətta yəhudiliyə etiqad etmişlər. Ərəbistana gedənə qədər oğuzlar
adına “Oğuznamələr” qoşan şaman-ozan Qorqud Ata İslam dinini
qəbul etdikdən sonra şaman-ozan Fdeyil, türk tayfaları-oğuzlar
arasında İslamın yayılmasında dərviş-ozan olaraq fəaliyyət göstərir.
Eyni zamanda abidədən məlum olur ki, oğuz yurdlarındaä başqa
qəbilə, tayfa, sonrakı dövrlərdə formalaşan xalq və millət
olmamışdır. Bu ərazidə yaşayanlar müsəlman dinini qəbul edən və
etməyən oğuzlar olmuşlar. Dastanda yağı düşmən sözündən daha çox
asi, kafir kimi təqdim olunan oğuz düşmənləri onların çox ciddi tarixi
rəqibləri olan qıpçaqlardır. Asi deyimi itaət etməyənlərə, kafir isə
islam dininə inanmayanlara aiddir. Həqiqətən də Qıpçaqlar
oğuzlardan çox sonra, XII əsrin II yarısından etibarən islamı qəbul
etmişlər.
“Kitabi-Dədə Qorqud” mübarizə, döyüş səhnələrini əks
etdirən qəhrəmanlıq eposudur. Oğuz sərhədlərində və yaxud onlarla
bir ərazidə yaşayan kafirlərlə cəng eposun ümumi süjetində aparıcılıq
təşkil edir. Buradakı 12 boyun səkkizində oğuz bəylərinin
qarşılaşdıqları, mübarizə apardıqları kafirlərdir. Bu səkkiz boyun
hamısında Oğuzlar bir
162
olan tanrının himayəsinə sığınmaqla, ondan yardım diləməklə
düşmənlərə qalib gəlirlər. Oğuz qəhrəmanlarının uzaq səfər, yaxud
ağır döyüş qabağı qıldıqları namazlar, söylədikləri dualar islami
inamdan irəli gəlir. Dastanın IX boyu olan “Bəkil oğlu Əmran
boyunda da Əmran kafirlərlə qarşılaşanda “ucalardan uca tanrı”ya üz
tutub ondan kömək diləyir. Kafir isə “Oğlan alındınsa tanrınamı
yalvarırsan? Sənin tanrın varsa, mənim 72 bütxanam var, - deyə
lovğalanır. Əmran isə “Sən bütlərə yalvararkən mən aləmləri yoxdan
var edən tanrıma sığındım”, - cavabını verir. Burada qeyd olunan “bir
tanrı” məsələsi ümumtürk inamında başlıca səciyyə daşıyır.
Mənbələrdən məlumdur ki, Məhəmməd peyğəmbərin islam
dinini qəbul etmiş bir türk ordusu olmuşdur. O, tanrıya müraciətlə
“Ulu tanrım mənim bir ordum var. Ona Türk adını verdim, Şərqdə
yerləşdirdim. Bir qövmə qızarsam o qövm üzərinə salar, müsəllat
edərəm,” - deyir. Sonra isə öz” dindaşlarına “Türk dilini öyrənin.
Zira onların uzun sürəcək hakimiyyətləri vardır”, tövsiyəsini edir.
Dastanın VII boyunda “Qazılıq oğlu Yeynəyin boyu”nda isə
Allahın vəsfinə həsr olunmuş belə bir poetik parça var:
Ucalardan ucasan, uca tanrı!
Kimsə bilməz necəsən, görklü tanrı!
Sən anadan doğmadın,
Sən atadan olmadın,
Kimsə rizqin yemədin,
Kimsəyə güc etmədin,
Qamu yerdə əhədsən,
Allahü-Səmədsən.
Bu şer tamamilə “Quran”ın 112-ci “Əl-İxlas” surəsindəki
dördüncü ayə ilə həmahəngdir. Yəni “Qulhuvəllahü əhəd,
Allahüssəməd. - O allah birdir, heç bir şəriki yoxdur.
163
Allah heç kəsə, heç nəyə möhtac deyildir! Hamı ona möhtacdır. O
əzəli və əbədidir.
“Kitabi-Dədə Qorqud”da bilavasitə Məhəmməd peyğəmbərin
adı ilə bağlı olan iki müqəddəs şəhərin də adı çəkilir. “Tanrı evi”-
Məkkənin adı ilə abidədə iki dəfə Mədinə , şəhərinin adı ilə bir dəfə
qarşılaşırıq. Dastanın II boyunda kafirlər Uruzu dardan asmaq
istədikdə o, asılacağı ağacı tərifləyərək ona Məkkə və Mədinənin
qapısı ağac” - deyə müraciət edir. Dastanda islam dininin mühüm bir
ənənəsindən, imkanı olan hər bir müsəlman üçün icrası vacib olan
həcc ziyarətindən danışılır və bunun Məkkə şəhəri ilə bağlılığı bu
şəkildə nəzərə çatdırılır:
Alçaq
yerdə yapılıbdır tanrı evi Məkkə görklü,
O
Məkkəyə sağ varsa, əslən gəlsə sidqi, bütün hacı görklü.
Məlum olduğu kimi, tanrı bütün peyğəmbərlərə onların öz adı
ilə müraciət etdiyi halda həzrəti Məhəmmədə Həbibim-deyə xitab
edir. “Kitabi-Dədə Qorqud”dakı Oğuz elləri də islamı qəbul edib
peyğəmbərə inam gətirdikləri üçündür ki, bütün əməllərində allahdan
sonra məhz bu müqəddəs şəxsə arxalanırlar. Abidənin 12 boyundan
11-nin sonunda dualar “Günahınızı adı görklü Məhəmməd Mustafa
üzü suyuna bağışlasın”, sözlərilə bitir.
Bildiyimiz kimi, islam dininin bünövrəsi, dayağı, bir
kimsənin müsəlmanlığını sübuta yetirən “Kəlmeyi-şəhadətdir.
İslamın beş fəqərə sütunlarından-şərtlərindən ilki plan Kəlmeyi
şəhadət Allahın tək, Məhəmməd peyğəmbərin onun rəsulu-elçisi
olmasından, Həzrəti Əli əleyhissəlamdan bəhs edir. “Kitabi-Dədə
Qorqud”da da bu cəhətə xüsusi diqqət yetirilir, kafirlərin islam dinini
qəbul etmələrinə, müsəlman olmalarına xüsusi səy göstərilir.
Əvvəldə adını çəkdiyimiz “Bəkil oğlu Əmranın boyun”da da ölüm
təhlükəsi qarşısında qalan Əmran Kəlmeyi şəhadəti dilinə gətirərkən
ona ilahidən qeyri-adi güc verilir və o, kafirə qalib
164
gəlir. Bunu görən kafir heyrətlənir və deyir: “Yigit aman! Sizin dinə
nə derlər. Dininə girdim Barmaq götürüb, şəhadət gətirib müsəlman
oldum.” Din tarixindən o da məlumdur ki, islami qayda-qanuna görə,
aman diləyən, kəlmeyi-şəhadəti dilinə gətirən kəs bağışlanır. Bu, elə
əslində islamın əsas ideoloji silahlarındandır.
“Kitabi-Dədə Qorqud”da islamla bağlı məqamlarla tez-tez
qarşılaşmağımıza baxmayaraq, boyların heç birində islamın əsas
təriqətlərinin və cərəyanlarının izlərinə təsadüf olunmur. Bundan belə
nəticəyə gəlmək olar ki, bu möhtəşəm abidə həqiqətən də islama
qədər və islamın yarandığı ilk dövrlərin məhsuludur. Burada buyruğu
qəbul edilən, sözü tutulub tamam edilən pir, övliya ucalığına
yüksələn Dədə Qorqud insanları mənəvi birliyə, yüksəlişə səsləyir.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev də dinin
mənəviyyatla bağlı məzmununa böyük diqqət yetirir, adamları dinin
mənəvi dəyərlərindən faydalanmağa çağırır və göstərir ki, “Müstəqil
Azərbaycan Respublikasının ağır, çətin keşməkeşli günündə hər bir
azərbaycanlı, hər bir müsəlman ilk növbədə islam dininin
tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir.
Mənəviyyatımız nə qədər yüksək olarsa, biz insanlarda, hər bir
azərbaycanlıda, müsəlmanda Vətənə, öz amallarına sədaqət, mənəvi
saflıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran
dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır.”
Ümumiyyətlə, “islam millətlərinin hamısının-ərəblərin,
türklərin, farsların və başqalarının birlikdə yaratdıqları böyük islam
mədəniyyətinin digər millətlərin mədəniyyətinin inkişafında əvəzsiz
xidmətləri olmuşdur. Belə ki, “Beş əsr boyunca islam elmləri, yüksək
mədəniyyəti və qüvvəti ilə cahana hökm etdi. Yunan fəlsəfəsi və elm
xəzinələrinin varisi olmaq etibarilə müsəlmanlar bu xəzinələri islami
fikirlərlə zənginləşdirdikdən sonra Qərbi Avropaya nəql etdilər.
165
Bu surətlə Orta çağda islamiyyət, Avropanın mədəni üfiqlərini
genişlədib insanların fikir və həyatında dərin bir təsir buraxdı".
1
İslam mədəniyyətinin yəhudilərə də böyük təsiri olmuşdur.
“Orta çağdakı bütün yəhudi ədəbi sənəti islam mədəniyyətinin bir
in”ikasından ibarətdir. Gerçəkdən yəhudi ədəbi sənəti xristian
mədəniyyətindən daha çox müsəlmanların dualarına çox yaxındır".
2
Həqiqətən də müsəlmanların müqəddəs kitabı olan Quranda
bəşəri, humanist çağrışlı çoxlu ayələr, sünnə və hədislər, rəsmi şəriət
normaları vardır. Bütün bunlar insanın mənəvi təkamülündə, daxilən
saflaşmasında, onun həyat məqsədi və mənəvi idealının
formalaşmasında, yaxşını pisdən seçməsində, ədalətli və xeyirxah
mövqe tutmasında böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, insan
haqqında islam nəzəriyyəsində insanı faydalı əməyə çağırmaq, fiziki
və əqli cəhətdən inkişaf etdirmək, dindarları milli istiqlaliyyət
uğrunda mübarizəyə ruhlandırmaq, bütövlükdə cəmiyyətdə olan
qayda-qanunları sosial təlabatı araşdırmaq və digər xüsusiyyətlər
mühüm yer tutur. İslam dini insanları, bəzilərinin başa düşdüyü kimi,
kortəbii ibadətlə, haqsızlıqla razılaşmağa deyil, ictimai qaydalara
əməl etməyə səsləyir. “İslam dininin insan haqqında konsepsiyasında
onun insanlar arasındakı adət-ənənələrin, ailənin hifz edilməsi
sahəsindəki rolu da müəyyən yer tutur. İslam dini, xüsusilə onun
ayinçilik sistemi bütün milli məişət ənənələri, mütərəqqi bayram və
mərasimlər, milli münasibətlərlə çulğalaşaraq, milli-mütərəqqi ənənə,
bayram və mərasimlərin də yaşadılıb nəsildən-nəsilə verilməsində
təsirli vasitə olmuşdur”.
1
Bammat H. Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu. Bakı, Azərnəşr, 1994,
səh.15.
2
Yenə orada. səh.23.
166
İslam dinində onun insanın zehni fəaliyyətilə, yaradıcılığına,
elmi idrakına münasibət məsələləri də öz əksini tapmışdır.
Məhəmməd Peyğəmbərin hədislərindən birində qeyd olunur ki, elm
uğrunda cəhd etmək müsəlmanın əsas vəzifələrindən biridir. “İnsan
anadan olandan qəbir evinə qədər bilik arxasınca getməlidir. Bu
yolda heç bir çətinlikdən qorxmamalıdır. Elm hətta ən uzaq
ölkələrdə, Çində belə olsa da, onun arxasınca getməlidir”.
Qurani-Kərimdə və hədislərdə əlilm istilahı altında daha çox
iman, təqva və salehlik nəzərdə tutulsa da, bu istilah dünyəvi bilik
mənalarını da qoruyub saxlayır. İslamın bu mənbələri elə bir
psixoloji, mənəvi və intellektual ab-hava təlqin edir ki, burada həm
dini, həm də dünyəvi elmlərə təhrik vardır. İslamda yalnız fərd və
cəmiyyət baxımından faydalı olan elmlər təqdir edilir.
1
Şərq alimləri uzun əsrlər islam dininin elmə olan müsbət
münasibətinə dair öz əsərlərində də bəhs etmişlər. İslam
cəmiyyətində ziyalı şəxs insanlar tərəfindən məhəbbətlə qarşılanmış,
hörmət edilmişdir. Məhəmməd Peyğəmbərə aid hədislərdən birində
deyilir ki, Peyğəmbər dindarlarla söhbət edərkən demişdir: “Elm
öyrənmək yolunda atılmış hər bir addım, Bədr vuruşması vaxtı həlak
olmuş müsəlmanların şəhidliyi qədər müqəddəsdir. Alim və abidin
nisbəti müqayi-səsizdir; alim günəşdirsə, abid ulduzdur".
Məlumdur ki, mənəvi mədəniyyətin mühüm tərkib
hissələrindən biri də adət-ənənələrdir. Din və adət-ənənələr tarixi
inkişaf prosesində bir-biri ilə elə qarşılıqlı münasibətlərdə olmuşlar
ki, onların hər birində olan müəyyən xüsusiyyətlər birləşərək
nəsildən-nəsilə ötürülmüşdür. Müsəlmanlar tərəfindən islam
ayinlərinin icra olunması, şəriət normalarına əməl edilməsi, qadağa
və haramlardan qaçıl-
1
Hacı Sabir Həsənli. İslam mədəniyyətində elm. Bakı, "Elm və həyat" nəşriyyatı
1998, səh.5.
167
ması nəticəsində dindarlıq özü də milli xüsusiyyət əxz etmiş,
sabitləşərək bir nəsildən digərinə verilmişdir. Bu zaman ayrı-ayrı
xalq və millətlərə məxsus adət-ənənələr, mərasim və normalar da
islam dini, xüsusilə onun ayinçilik sistemi ilə birləşərək milli-dini
məzmun kəsb etmişdir. Onlara əməl edilməsi isə həm etnik-milli
adət, həm də dini borc kimi qəbul olunmuşdur. Məhz bu milli dini
xüsusiyyət yəni adət-ənənələr və din bir-birinə təsir göstərərək onları
yaşatmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi dini adət-ənənələrin emosional
tərəfi dini hissin yaranmasında mühüm rol oynayır. Ümumiyyətlə,
dini hissin, dini həyəcanın adi hisslə bir çox oxşarlığı vardır. Belə ki,
dini hiss özü də emosiya, əhval-ruhiyyə, mənəvi həyəcan və sairlə
bağlıdır. Məsələn, din xadimləri dini hiss yaratmaq üçün emosional
təsir gücünə malik olan bədii obrazlı sözlərdən istifadə edirlər. Eyni
zamanda bu məqsədlə müəyyən vaxtlarda “kilsə özü... incəsənətdən
qüdrətli bir silah kimi istifadə edirdi, ən gözəl arxitekturanı inkişaf
etdirirdi, təntənəli surətdə nəğmə oxumağı, gözəl adətləri həyata
keçirirdi, o, həm də rəssamlığı və heykəltəraşlığı özünə tabe etməyə
müvəffəq olurdu, bir sözlə sanki, bütün incəsənət kilsəyə xidmət
edirdi. Kilsə bununla da insan ürəyini çox yaxşı fəth etməyi
bacarırdı.
1
Dini ənənələr də, milli ənənələr də hiss yaratmaq qabiliyyətinə
malikdir. Lakin bu hisslərin məzmunu müxtəlifdir. Eyni zamanda,
dini və milli ənənələr mənşəcə də bir-birindən fərqlənirlər. Çünki,
milli adət-ənənələr mənsub olduğu millətin qədim tarixi, onun arzu
və istəkləri zəminində formalaşaraq onun inkişafı ilə
zənginləşmişdir. Tarix onu yaradan xalqı yaşadır. Bu baxımdan
xalqımızın yaddaşına həkk olunmuş, yüzillər ərzində qorunub
saxlanmış Novruz bay-
1
Лунарски А.В. Религийя и просвешение. М., 1954, стр. 6-7.
168
ramı mütərəqqi milli ənənəmizdir. Yəni, mütərəqqi adət-ənənələrin
ən yaxşı xüsusiyyətlərini özündə əks etdirən xalq mərasimlərindən
biridir. Belə mərasimlər xalqın, millətin yaratdığı maddi və mənəvi
sərvətləri özündə birləşdirərək gələcək nəsillərə çatdırır. Tarixin
müxtəlif mərhələlərində bu bayram fərqli münasibətlərlə qarşılansa
da, xalq öz adətinə dönük çıxmamış, Novruz bayramını ulu
əcdadlarının ruhuna hörmət əlaməti kimi yaşatmışdır. Axı, Novruz
bütövlükdə orta Şərq, o sıradan türk təfəkkür tərzinin, mənəviyyat və
psixologiyasının tarix boyunca qorunub yaşadılan, bu günə çatdırılan
böyük bir yadigarıdır.
İslam ayinlərinin isə yaranma və formalaşma tarixi məlumdur.
Bu ayinlər VII əsrdə bütövlükdə ərəb cəmiyyəti üzvlərinin həyat
tərzi, həyat ukladı əsasında yaranmış, sonradan müxtəlif xalqların
islamı qəbul etməsi ilə həmin xalq və millətlər içərisində də
yayılmışdır. Müsəlman ayinləri milli ənənələrlə vəhdətdə isiam dini
etiqadının möhkəmlənməsi məqsədinə xidmət etmiş, xalqın mənəvi
paklığında və dindarlığında təsirli vasitə olmuşdur.
Müstəqil Azərbaycan Respublikasının dinə münasibəti Milli
Məclisin 1992-ci il avqustun 21-də qəbul etdiyi “Dini stiqad azadlığı
haqqında” Qanunda öz əksini tapmışdır. Bu, respublikamızın
tarixində dinə münasibətdə ali qanunvericilik səviyyəsində qəbul
olunmuş ən demokratik və humanist bir sənəddir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında
əhalinin dini etiqad, mənəviyyat və vicdan azadlığlına tam təminat
verən əsas prinsiplər belə ifadə olunmuşdur:
“Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar
respublikadır" (maddə 7,1). Yəni, respublikamızda Din dövlətdən
ayrıdır" (maddə 18;1). Yəni, hakimiyyət dinə və yaxud hər hansı bir
dini təşkilata deyil, xalqa məxsusdur. Dini təsisatlar dövlətdən
ayrıdır. Nə dövlət dinin, nə də din dövlətin daxili işlərinə qarışmır.
Dini təşkilat və onların
169
rəhbərləri ancaq dini-mənəvi tərbiyə fəaliyyəti ilə, dini ayinçilik
məsələləri ilə məşğul olmalı, dini təhsili həyata keçirməlidir. Din
cəmiyyətin sosial-mədəni, mənəvi tərəqqisinə, cəmiyyət üzvlərinin
bəşəri dəyərlər və hümanizm ruhunda tərbiyələnməsinə, xeyriyyə
tədbirlərinin təşkilinə kömək etməli, Vətənin ərazi bütövlüyü və
suverenliyinin qorunub saxlanlmasında fəal iştirak etməlidir.
Azərbaycanda “dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”
(Maddə 18;111). Yəni, dini təhsil, dini məktəblərin fəaliyyəti
dövlətdən ayrıdır. Dövlət dini təhsil üçün maddi yardım etsə də, dini
təhsil məsələlərinə qarışmır.
“Din və dövlət” adlı 18-ci maddəyə görə “Bütün dini etiqadlar
qanun qarşısında bərabərdir”. Bütün dinlər, məscid və kilsələr
bərabərhüquqludur.
Konstitusiya üzrə vətəndaşlar dini əqidəsinə heysiyyatına görə
toxunulmazdır. “Heç bir halda heç kəs din, vicdan. fikir və əqidəsini
açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə
bilməz. (Maddə 71; IV).
Konstitusiya dini ayinlərin və mərasimlərin azad şəkildə
icrasına təminat verərək, göstərir ki, “dini mərasimlərin yerinə
yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd
deyildirsə, sərbəstdir”. (Maddə 48, III).
Bütün bu deyilənlərdən aydın olur ki, siyasi müstəqilliyini
qazandıqdan sonra demokratik, hüquqi və dünyəvi dövlətini qurmaq
əzmində olan Azərbaycan xalqının öz mədəni irsinə, dininə,
əsrlərdən bəri faydalandığı mənəvi dəyərlərinə qayıtması təbiidir.
Müstəqillik milli-mədəni və dini ənənələrin dirçəldilməsi üçün şərait
yaradır. Ona görə də bu gün cəmiyyətimizin yaşadığı keçid dövrü,
onun mürəkkəb xarakteri din və mənəvi dəyərlər məsələsinə
münasibət də dəqiq, aydın və perspektivli bir proqramın işlənib
hazırlanmasını aktuallaşdırır. Belə bir proqrama olan ictimai tələbat
öz növbəsində xalqın əsrlər boyu bu sahədə topladığı təcrübəyə,
ənənələrə münasibət məsələsinin əhəmiyyətini bir
170
qədər də artırır, keçmişin mədəni və mənəvi irsinin bütün mənfi və
müsbət cəhətləri ilə təhlilini, obyektiv və zamanm mhuna uyğun
şəkildə qiymətləndirilməsini zəruriləşdirir. Bu, ona görə vacibdir ki,
irsdən, keçmişdə artıq müəyyən nəsillərə xidmət etmiş dəyərlərdən
müasir nəsillər üçün yeni cəmiyyət quruculuğunda labüd təməl kimi
istifadə olunsun. “Çünki, cəmiyyətin topladığı təcrübənin
mənimsənilməsi bu cəmiyyətin tarixinə yeni daxil olan hər bir nəslin
təfəkkür və davramş mədəniyyətinin təşəkkül prosesidir.
Dostları ilə paylaş: |