Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən


§3. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

§3. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT 
RƏMZLƏRİ 
   
Hələ  qədim zamanlardan bütün nüfuzlu dövlətlərin 
özünəməxsus fərqləndirici  əlamətləri-simvol və  rəmzləri olmuşdur. 
Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul  və s. ibarət 
olub.  Əsrlərdən bəri Azərbaycanda maddi, mənəvi və  bədii 
mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika 
və rəmzlər sistemi mövcud olmuşdur. Bunlara misal olaraq folklor və 
ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və  təsviri sənət 
abidələrində at, maral, qurd, əjdaha, qartal, şir, simurq və s. kimi 
heyvan və quş, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac 
və çiçək təsvirlərini  göstərə  bilərik.  Həndəsi  və nəbati  naxışlarla 
həkk olunmuş bu obrazlar simvolik məna kəsb etmiş, milli 
təfəkkürün, xalqımızın bədii zövqünü, estetik və  əxlaqi 
təsəvvürlərinin rəmzi mahiyyətini daşımışdır. Azərbaycan xalqının 
qəhrəmanlıq tarixi, azadlıq, istiqialiyyət naminə mübarizəsi, milli 
dövlətçilik meylləri qədim mifoloji təsəvvürlərdə, folklor 
qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, 
emblem və digər rəmzlərində ifadə olunmuşdur. Hətta kiçik dövlət 
qurumları sayılan   xanlıqların da özünəməxsus simvolları olmuşdur. 
Həm tarixi mənbələr, həm də maddi mədəniyyət və incəsənət 
abidəiəri göstərir ki, qədimdə Azərbaycan  ərazisində yerləşən 
dövlətlərin müxtəlif rəmzləri və emblemləri, ərəb hərfləri ilə yazılmış 
xəttatlıq nümunələri - “tuğra”ları olmuşdur. Məsələn, görkəmli 
dövlət xadimi və  sərkərdə, istedadlı  şair  Şah  İsmayıl Xətainin 
yaratdığı  Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi 
fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Bununla bərabər “Qırmızı 
taclı”, “qızılbaş  şahı”nın özünəməxsus gerbi də olmuş - “Simurq 
quşu ilə  əjdahanın döyüşünü təsvir edən “tuğra”sı dövlətin rəsmi 
rəmzi, bir növ emblemi xarakteri daşımışdır. 


 
87
Yuxarıda qeyd etdiyimiz kimi, hökmdarlara məxsus belə 
rəmzlər xanlıqlar dövründə də geniş yayılmışdır. 
XIX  əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı 
dövründə Bakı, Gəncə,  Şamaxı, Quba, Dərbənd,  İrəvan və digər 
Azərbaycan  şəhərlərinin gerbləri təsdiq olunmuş  və bunlar maddi 
mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşdur. 
Bakıda  İçərişəhərin qala divarlarında,  Şamaxı darvazası 
üzərində daş lövhəyə həkk olunmuş buğa kəlləsi ilə qoşa şirin təsviri 
də  Şirvanşahlar dövlətinin qüdrətindən xəbər verən monumental 
emblemdir. 
Azərbaycan Xalq Cümhuriyyəti qədim diyarımızda milli 
hüquqi dövlətçiliyimizin əsasını qoymuşdur. 
Yaxın Şərqdə, islam aləmində və türk xalqları arasında ilk dəfə 
bəşəri və milli əsaslara istinad edən müstəqil demokratik dövlətin 
qurulması xalqımızın milli azadlıq, milli istiqlal naminə apardığı 
mübarizəsinin misilsiz qələbəsidır. Qısa dövr ərzində Azərbaycan 
hökuməti tərəfindən ali dövlət orqanları yaradılmış, türk 
(Azərbaycan) dili rəsmi dövlət dili elan edilmiş, siyasi, iqtisadi, hərbi 
və mədəni quruculuq sahəsində bir sıra islahatlar aparılmışdır. 
Azərbaycan dövlətçiliyi bərpa olunan kimi onun yaradıcıları 
dövlətin milli əlamətlərini  əks etdirəcək özünəməxsus rəmzlərin 
təxirəsalınmadan yaradılması işinə başladılar. 
Milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın  ən ülvi 
arzularını lakonik, bədii obrazlı dildə ifadə edən mühüm amillər-
rəmzlər, bayraq, gerb və himndir. Bundan başqa dövlətin pulu, 
həmçinin təsis etdiyi orden və medallarda onun atributları hesab 
olunur. Biz isə burada hələlik dövlət rəmzlərindən bəhs edəcəyik. 


 
88
 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin