AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT BAYRAĞI
Dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri dövlət
bayrağıdır və onun təsviri, əsasən konstitusiyada qanunvericiliklə
təsbit olunur. Dövlət bayrağı eyni zamanda, məxsus olduğu dövlətin
suverenlik rəmzidir.
Azərbaycan Respubiikasının Dövlət bayrağı 1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə
yaradılan milli dövlət atributlarındandır.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə
Azərbaycan
İstiqlal Bəyannaməsini qəbul edərək, onun
müstəqilliyini elan etdi. Bakı şəhəri bolşevik-daşnak qruplaşmalardan
ibarət Bakı Xalq Komissarları Sovetinin əlində olduğu üçün həmin il
iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti
və Milli Şurası Gəncədə yerləşdirilir. Qeyri-sabit siyasi vəziyyətlə
bağlı 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının yeddinci
iclasında onun buraxılması, bütün qanunverici və icra hakimiyyətinin
Azərbaycanın Müvəqqəti hökumətinə verilməsi haqda iki qərar qəbul
edilir.
Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti
Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ aypara
və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir.
Türkiyə ilə Antanta dövlətləri arasında Birinci Dünya
müharibəsinin sonuna yaxın 1918-ci il oktyabrın 30-da imzalanan
Mudros (Mondros) müqaviləsinə əsasən türk qoşunları Azərbaycanı
tərk etməli və müttəfiq qüvvələri tərəfindən Bakının tutulmasına
mane olmamalı idilər.
Azərbaycan ərazisi üzərində səlahiyyət mandatı almış ingilislər
isə ilk bəyanatlarında Azərbaycan hökumətini tanımadıqlarını
bildirdilər və bu hökuməti Türkiyənin intiri-
89
qasından yaranmış bir qrum kimi qiymətləndirdilər. Bunun qarşısını
almaq və milli hökumətin tanınmasına nail olmaq üçün Dövlət
bayrağının dəyişdirilməsi qərara alındı. 1918-ci il noyabrın 9-da Bakı
şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin
iclası oldu və burada onun milli bayraq haqqında məruzəsi dinlənildi.
Həmin iclasda dövlət bayrağı haqqında aşağıdakı qərar qəbul edildi:
“Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkiz guşəli
ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”.
Azərbaycan Respublikasının müstəqillik qazanmasından xeyli
əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş və 28
aprel rus işğalından sonra 1920-ci il mayın 3-də endirilmiş müqəddəs
bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan
diyarı Naxçıvanda XX əsrin böyük siyasət və dövlət xadimi prezident
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar
Respublikasının Dövlət bayrağı kimi qəbul edilərək, yüksəklərə
qaldırıldı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan
Respubükasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya qanunu ilə
üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət
bayrağı kimi təsdiq edildi və bu istiqlal rəmzimiz bütün Azərbaycan
üzərində dalğalanmağa başladı.
Bu gün milli tərbiyə və təhsilimizin, milli ideologiyamızın
qarşısında duran ən vacib məsələlərdən biri prezident H.Əliyevin
“Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin
gücləndirilməsi haqqında” sərəncamına uyğun olaraq milli
bayrağımızın tarixini, onun rəng palitrasının və üzərindəki
simvonların məna və funksiyalarını təbliğ etməkdən ibarətdir.
90
Azərbaycanın Dövlət bayrağı “Trikolor” (“üç rəngli bayraq”)
bayraqlar sırasına daxildir. Dünyada ilk trikolor XVI əsrdə
Holandiyada yaradılmış və qırmızı, ağ, mavi rəngli üç üfüqi zolaqdan
ibarət olmuşdur. Müasir dövrdə bir çox dövlətlərin də bayraqları
trikolordur. Lakin bizim milli bayrağımız dünyada mövcud olan
trikolorlardan rəng düzümü ilə bərabər, üzərində digər simvonların
olmasına görə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif
dövrlərə və dövlətlərə məxsus bayraqlardakı eyni rəng müxtəlif məna
və funksiya daşıya bilər.
Dövlət bayrağımızda üç rəngin ifadə etdiyi və XX əsrin
əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini
bildirən “türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi
görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Onun
fikrincə, TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin,
ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ
islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf
etdiriiməsi, AVROPALAŞMAQ isə Avropa elm və texnikasının
nailiyyətlərini öyrənib onun nəticələrini öz milli elm və
mədəniyyətinin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası
ənənələrindən istifadə etmək deməkdir.
Dövlət bayrağımızdakı qırmızı zolaq üzərindəki rəngli aypara
və ağ rəngü səkkizguşəli ulduz rəmzləri Azərbaycan Xalq
Cümhuriyyətinin 1918-ci il iyunun 21-də Gəncədə qəbul etdiyi
qırmızı rəngli və üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz
təsviri olan dövlət bayrağının üçrəngli milli bayrağımızda kiçildilmiş
formasından ibarətdir. Bu simvol Azərbaycan bayrağına əski
Osmanlı İmperatorluğunun bayrağından götürülməklə, özündə əsgi
türk mifalogiyalarından gəlmə türkün tanrı ilə bağlılığını ifadə edir.
Hələ Demokratik respublika dövründə görkəmli şairlərimiz
milli bayrağımıza ideya-məzmun və bədii sənətkarlıq cəhətdən
diqqəti cəlb edən şerlər həsr etmişlər.
91
1919-cu ilin aprel ayında Parlament binası üzərində dalğalanan
üçrəngli bayrağa həsr etdiyi “Azərbaycan bayrağına” adlı şerində
görkəmli şairimiz Əhməd Cavad yazmışdır:
Allahın yıldızı, o gözəl pəri,
Sıqınmış qoynunda Aya, bayrağım!
Cümhuriyyətin dövlət atributlarına, o cümlədən milli
bayrağımıza xalqın qəlbində məhəbbət hissi oyadaraq təsəvvürlərdə,
şüurlarda onların müqəddəsləşdirilməsi, daha doğrusu, bu
müqəddəsliyin milli varlığımıza hopmasına nail olunması cəhdi
dövrün ictimai-bədii fikrini düşündürən məsələlərdən idi.
Qəhrəmanlar oylağı, igidlər yatağı, məzlumlar pənahı olub, yeraltı və
yerüstü sərvətlərinin zənginliyi coğrafı mövqeyinin əiverişliliyi ilə
seçilən gözəl bir diyarın başı üzərində onun öz milli simvolu olan
bayrağın dalğalanması şair və yazıçılarımızın vətəndaş qəlblərini
fərəhlə doldurur və onlar bu bayrağı qəlbən vurulduqlan sevgililərinə
tay tuturlar. Bu hal Cəfər Cabbarlının şerlərində də diqqəti cəlb edir.
O, “Azərbaycan bayrağına” yazdığı “Sevdigim” şerində Dövlət
bayrağının çoxmənalı rənglərini belə təsvir edir:
...Can alıcı bir görkəmlə dağ başında durduqca
Oxşadıqca baharyeli açıq-dağınıq tellərin.
Nazlı yelin omuzunda saçlarına vurduqca
Birər-birər oxşayırsan bütün Turan ellərin.
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdigim.
Altaylardan, Altundağdan doğma səslər gəliyor,
Yaşıldonlu, mavigözlü, al duvaqlı sevdigim.
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdigim.
92
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda
müstəqillik uğrunda xalq hərəkatının gücləndiyi bir dövrdə - 1990-cı
il noyabrın 29-da respublika Prezidenti tərəfindən “Azərbaycan SSR-
in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman
verilmişdir. Həmin fərman 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikası Ali Sovetinin növbəti çağırışının ilk sessiyasında təsdiq
olunmuşdur.
Fərmana müvafiq olaraq “Azərbaycan Respublikasının Dövlət
bayrağı haqqında əsasnamə”də tərtib və təsdiq olundu.
Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında
Dostları ilə paylaş: |