Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə3/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89
DƏRSLİK

I FƏSİL 
 
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI 
FƏNNİNİN NƏZƏRİ ƏSASLARI 
 
1.1.  Təbiətdən  istifadənin  iqtisadiyyatı 
fənninin tarixi və mahiyyəti  
 
Azərbaycan  dövləti  daima  təbiətin  mühafizə-
sinə,  onun  sərvətlərinin  düzgün  istifadə  edilməsinə 
dövlət  əhəmiyyətli  bir  məsələ  kimi  yanaşır  və  ona 
qayğı  göstərir.  İstehsal  qüvvələrinin  inkişafının, 
müasir  miqyası  və  sürəti  (tempi),  ətraf  mühitin  mü-
hafizəsi  və  təbii  sərvətlərdən  düzgün  istifadə  olun-
ması  məsələlərinə  daha  ciddi  yanaşmağı  tələb  edir. 
Bu  məsələ  çox  böyük  iqtisadi  və  sosial  əhəmiyyət 
kəsb  edir.  Çünki,  söhbət,  insanların  sağlamlığının 
qorunmasından  və  müstəqil  ölkəmizin  milli  sərvət-
lərinin rasional istifadə olunmasından gedir. Bunlarla 
yanaşı,  bu  məsələ  insanlığın,  gələcək  nəslin  taleyini 
həll  edir.  Deməli,  bu  problemə  kompleks  surətdə, 
ümumdövlət mövqeyindən yanaşmaqla, ətraf mühitin 
vəziyyətini qətiyyətlə yaxşılaşdırmalı və bu işə nəza-
rət  gücləndirilməlidir.  Bu  məsələlərin  kəskinliyi  bir 
də  onunla  izah  edilir  ki,  indiyə  kimi  istehsalat 
sahəsində  təbiətdən  istifadə  prosesləri  idarəetmə 
sistemində müstəqil bir ünsür kimi çıxış etməmişdir. 
Bəzən  istehsalatın  inkşafı  məsələləri  həll  edilərkən, 


12 
 
onun ətraf mühitə göstərəcəyi mənfi təsir nəzərə alın-
mamış  və  nəticədə  təbiətin    tarazlığı  pozulmuşdur. 
Biosferin tədrici inkişafına (təkamülünə), antropogen  
mühitin  qorunmasının  səmərəlil  planlaşdırmanın, 
iqtisadi  və  texnoloji  proseslərin  idarəedilməsinin 
optimal prinsiplərinin yeni, daha müasir formalarının 
yaradılmasını tövsiyə etmişdir ki, bu da öz növbəsidə 
biosferin  yüksək  səviyyədə  saxlanmasını  və  təbiətin 
tarazlığının  (müvazinətinin)  pozulması  hallarına  im-
kan  verilməsinə  gətirib  çıxarmalıdır.  Nəticədə,  tor-
paqların, meşələrin, sərvətlərin eroziyaya uğramasına 
və  təbii  mühitin  çirklənməsinə  qarşı  mübarizə  təd-
birlərinin,  bitki  və  heyvanat  aləminin  saxlanması  və 
yenilərinin  inkişaf  etdirilməsi  məqsədilə  sistematik 
dövlət nəzarətinin təşkili nəzərdə tutulmuşdur. Təbiə-
tin  mühafizəsinin  sosial  iqtisadi  məsələlərinin  və 
təbii  sərvətlərin  səmərəli  istifadəsinin  və  yenidən 
yaradılmasının  müvəffəqiyyətli  həlli,  ətraf  mühitin 
mühafizəsi  ətrafında  elmi-  texniki  və  texnoloji 
məsələlərin həlli ilə birbaşa əlaqədardır. 
Ətraf mühitə atılan təcavüz (aqressiv) qarışıq-
ların  yol  verilə  bilən  həddinin  müəyyən  edilməsinin 
səmərəli  iqtisadi təsiri, xalq  təsərrüfat sahələrinin  və 
müəssisələrinin  gəlirlərindən  çıxılan  qazancla 
müəyyən edilir.  
Təbiətdən istifadənin iqtisadiyyatı, öz daxili və 
xarici  tərkibinə  görə  kompleks  və  çoxcəhətli  prob-
lemlə üzləşir. Ona görə də bu problem etaplarla həll 
olunmalıdır.  Çirkləndiricilərin  vurduğu  ziyanı  əv-


13 
 
vəlcə  onların  insanlara  gətirdiyi  xəstəliklərlə  yarat-
dıqları  sosisal  və  iqtisadi  çətinliklərlə  müəyyən  et-
mək  lazımdır.  İnsanlarda  xəstəliklərin  çoxalması  ilk 
növbədə  nəfəs  yollarının,  ciyərlərin,  ürək  xəstələn-
məsi və s. buna misal ola bilər. İnsanların iş və yaşa-
yış  yerlərinin  rahat  olmamasında  (səs  küylü,  qazlı, 
tüstülü, tozlu, və s.) müxtəlif xəstəliklərin artmasına 
gətirib çıxarır. 
Qeyd  etmək  lazımdır  ki,  müxtəlif  müəssisə-
lərdə  dəyən  ziyanlarıın  ləğv  edilməsinə  (təmizlənmə 
işləri və s.) xeyli vəsait cəlb etmək lazım gəlir. Buna 
görə də müəssisə rəhbərləri, hətta cərimə ödəməyi bu 
məsələnin  həllindən  daha  üstün  tuturlar.  Çünki,  bu 
işlərin  yerinə  yetirilməsi  maya  dəyərinin  yüksəlmə-
sinə səbəb     olar. Ona  görə  də  elə  iqtisadi  hədd tap-
maq lazımdır  ki, onun həyata keçirilməsi   müəssisə 
rəhbərlərinin də marağına səbəb olsun və onlar təbiə-
tin mühafizəsinə həvəslə girişsinlər.         
Təbiətdən  istifadənin  iqtisadiyyatı  elmi  "cə-
miyyət-təbiət"  sisteminin  dialektikası  əsasında  for-
malaşmış  və  inkişaf  etmişdir.  Ümumiyyətlə,  bu  sis-
temin  inkişafına  cəmiyyət  və  təbiətşünaslıq  ideyala-
rının  vəhdətinə  əsaslanan  ideya  mənbələrinin  təsiri 
nəticəsində təbiətdən istifadənin iqtisadiyyatı elminin 
mənbələri  yaranmışdır.  Təbiətdən  istifadə  genişlən-
dikcə  müxtəlif  tarixi  cəmiyyətlərdə  elmi  ideyalara 
əsaslanan  mütərəqqi  fıkirlər  yaranmağa  başlanır. 
Amerikalı alim Corc Marşın 1864-cü ildə  ―İnsan və 
təbiət‖ adlı kitabı dərc olundu. Bu əsərdə insanın tə-


14 
 
biətə  mənfı  təsiri  nəticəsində  təbiətdə  müvazinətin 
pozulması  qeyd  olunurdu.  1872-ci  ildə  dünyada  ilk 
dəfə  İello-Uston  milli  parkı  yaradıldı.  1910-cu  ildə 
təbii resurslardan istifadə zamanı təbiətin mühafizəsi 
ilə  əlaqəli  olaraq  Cenevrədə  Təbiəti  Mühafizə  Cə-
miyyəti  təsis  edilir.  Təbiətdən  səmərəli  istifadə 
etmək  məqsədilə 1918-ci  ildə  ―Ov  haqqında‖, 1919-
cu  ildə  ―Meşələr  haqqında‖,  1930-cu  ildə  ―Təbii 
sərvətlərin  mühafızəsi və inkişafı haqqında‖ qərarlar 
qəbul  olunur.  Həmin  elmi  ideyalar  yalnız  sadə  for-
mada  təbii  resurslardan  istifadə  etməklə  kifayətlən-
məyib, təbii resursların əmələ gəlməsi qanunauyğun-
luqlarını, ərazi üzrə yerləşməsi prinsiplərini müəyyə-
nəşdirməyə  və  təbiətin  mühafizəsinə  səy  göstərmiş-
dir.  Təbiətdən  istifadə  haqqında  müxtəlif  elm  adam-
ları  tərəfindən  müəyyən  fıkirlər  irəli  sürülmüşdür. 
K.Linney  təbiətə  qənaət  etmək  və  təbiətin  iqtisadiy-
yatı  ideyasını  irəli  sürmüşdür.  İsveç  alimi  K.Linney 
(1707-1778)  təbii  sərvətləri  3  qrupa  bölmüşdür:  mi-
nerallar, bitkilər və heyvanlar aləmi. Müasir elmi ba-
xımdan təbii ehtiyatlar real elementar (sadə), komp-
leks kimi qruplaşdırılırlar. 
Real  ehtiyatlar  cəmiyyətin  müəyyən  inkişaf 
mərhələsində  insanı  əmək  və  istehsal  proseslərinə 
cəlbedən  sərvətlərdir.  Məsələn,  qaz,  kömür,  neft, 
elektrik  enerjisi,vəhşi  heyvanlarm  ovu,  kosmosdan 
istifadə və s. daxildir.  
Elementar sərvətlər qrupuna isə tərkibi çox da 
mürəkkəb  olmayan,  oksigen,  azot,  günəş  enerjisi  və 


15 
 
s. daxildir. Kompleks  sərvətlərə isə  atmosfer havası, 
su, daş kömür, müxtəlif filizlər və s. daxil edilir.  
İqtisadçılar  təbii  resurslarla  əlaqədar  olaraq 
onları  hərəkətə  gətirən  və  maddi  nemətlər  istehsal 
edən işçi qüvvəsini və istehsal vasitələrini əsas götü-
rürlər.  Eyni  zamanda  tarixən  resurslardan  istifadə 
zamanı  insanlar  arasında  istehsal  münasibətlərinin 
xarakterini,  onların  əməyinin  məhsuldarlığını,  isteh-
salın maya dəyərini və onun tərkibini, bölgü münasi-
bətlərini  və  istehsal  prosesində  iqtisadi  münasibətlə-
rin yarandığı və s. xüsusiyyətləri müəyyənləşdirməyə 
çalışmışlar.  İqtisadçı  klassiklər  insan  fəaliyyəti  nəti-
cəsində yaranan bütün kateqoriyaları sərvət mənbələ-
ri hesab edirlər. Lakin təbiətdən istifadənin iqtisadiy-
yatı  baxımından  təbii  resurslar  mənbəyi  dedikdə 
istehsalın inkişafına təsir göstərən: torpaq, su, filiz və 
qeyri-filiz təbii sərvətləri və s. nəzərdə tutulur. Lakin 
iqtisadi  coğrafı  baxımdan  təbiətdən  istifadəyə  yana-
şan mütəxəssislərin fikrincə təbiətdən istifadə prose-
sində  təbii  resursların  mühitdən  asılı  olaraq  coğrafı 
yerləşməsi,  istehsalın  ərazi  üzrə  düzgün  yerləşməsi, 
hansı təbii şərait və təbii ehtiyatlardan istehsal məq-
sədləri  üçün  istifadə  edilə  bilməsi,  təbii  resurslardan 
istifadə məqsədilə insanların ərazi üzrə düzgün məs-
kunlaşması  və  onların  təsərrüfat  fəaliyyəti,  əməyin 
hansı  formada  məhsuldar  qüvvələrlə  əlaqələndiril-
məsi məsələlərini ön plana çəkirlər. A.A.Mints qeyd 
edir  ki,  təbii  ehtiyatların  maddi  tərkibi  tarixən  nisbi 
olmaqla cəmiyyətin nail olduğu istehsal vasitələrinin 


16 
 
inkişaf  səviyyəsindən  və  cəmiyətin  təbiət  haqqinda 
elmi biliyindən asılıdır. 
Onun fıkrincə, təbii resurslar istifadə baxımın-
dan iki qrupa ayrılır: 
1.  İnsanların  yaranması  üçün  labüd  olan  təbii 
varlıqlar;  
2.  Əmək vasitəsi olan təbii varlıqlar. 
Birinciyə su, hava, enerji, istehlak  materialları 
daxil  edilir.  İkinciyə  isə  istehsal  prosesi  üçün  lazım 
olan resurslar nəzərdə tutulur. Müasir mərhələdə təbii 
resurslardan istifadə üçün yeni texnologiyaların yara-
dılması cəmiyyətin tələbatına uyğun məhsullar isteh-
salının həyata keçirilməsinə əlverişli şərait yaratmış-
dır.   
Təbiətdən  istifadənin  iqtisadiyyatına  aid  məs-
lələri  öyrənərkən  respublikamızın  hörmətli  iqtisadçı-
ları  Ə.A.Mahmudov,  Z.Ə.Səmədzadə,  T.S.Vəliyev, 
A.G.Ələsgərov, 
N.Ə.Nəbiyev, 
Ş.Ə.Səmədzadə, 
Ə.Q.Əlirzayev, 
M.M.Sadıqov, 
M.C.Hüseynov, 
S.V.Salahov, 
M.X.Meybullayev, 
İ.V.Əhmədov, 
A.F.Abbasov, 
İ.A.Kərimov, 
K.A.Şahbazov, 
Z..S.Məmmədov,  Ş.Y.Göyçaylı,  T.Ə.İsmayılovun 
əsərlərinə müraciət edilmişdir 
  
 
 
 
 
 


17 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin