Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


  Təbiətdən  istifadənin  iqtisadiyyatı



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə4/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89
DƏRSLİK

1.2.  Təbiətdən  istifadənin  iqtisadiyyatı 
fənninin 
predmeti, 
məqsəd 
və 
vəzifələri. 
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  elmi  təbiət 
və  cəmiyyət  sistemlərinin  ümumi  qanunauyğunluq-
larını öyrənir. Bu səbəbdən də bu elmin tədqiqat ob-
yekti "təbiət-cəmiyyət" sistemində baş verən ictimai, 
iqtisadi və ekoloji qanunauyğunluqların vəhdətidir. 
Təbətdən  istifadənin  iqtisadiyyatı  fənninin 
predmeti  insanların  təsərrüfat  fəaliyyətində  mühüm 
əhəmiyyət  kəsb  edən  təbii  resursların  hasilatı,  emalı 
və  istehsal  prosesində  yaranan  iqtisadi  münasibət-
lərin məcmusudur. 
Təbiət  təbii-tarixi  proseslər  və  qanunauyğun-
luqlar əsasında yaranmış və inkişaf etmişdir. Təbiətin 
özündən kənar heç bir ilkin yaradıcısı yoxdur. O öz-
özünə yaranmış, inkişaf etmişdir. 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  fənninin 
əsas  məqsədi  təbii  sərvətlərdən  səmərəli  istifadə 
olunmaqla  ictimai  istehalın  dinamik  inkişafına  nail 
olmaqdır. Bu məqsədə çatmaq üçün məhsuldar qüv-
vələrin  təbii  sərvət  mənbələrinə  yaxınlaşdırılması; 
istehsalın ərazi üzrə təşkilində təbii resursların poten-
sial  imkanlarının  nəzərə  alınması;  təbii  resursların 
istehsalında  elmi  proqnozlara  əsaslanmaq;  təbii  sər-
vətlərdən  istifadədə  ərazinin  təbii-iqtisadi  şəraitinin 
nəzərə alınması; təbii resursların istifadəsində müasir 
texnologiyalardan  istifadə  olunması  əsas  şərtlərdən 


18 
 
hesab olunur. 
Bu  elmin  əsas  vəzifəsi  təbiətdən  səmərəli 
istifadə  etməklə  cəmiyyətin  maddi  resurslara  olan 
tələbatını ödəməklə yanaşı, təbiətlə cəmiyyətin qarşı-
lıqlı  əlaqəsini  təmin  etməkdən  ibarətdir.  Həmçinin 
o,təbii  resursların  kəmiyyət  və  keyfiyyət  göstəricilə-
rindən  asılı  olaraq  iqtisadi  cəhətdən  qiymətləndiril-
məsini  müəyyənləşdirir.  Təbiətin  elmi  əhəmiyyətinə 
gəldikdə  qeyd  olunmalıdır  ki,  həyatın  inkişaf  qanu-
nauyğunluqları  müxtəlif  proseslərin  və  təbii  ha-
disələrin  dərk  olunması,  təbii  obyektlərin  müşahidə-
si; öyrənilməsi, təhlili və sintezi nəticəsində mümkün 
olur. 
İnsanla  təbiətin  qarşılıqlı  əlaqəsinin  təhlili 
ictimai elm sahələrinin ilk növbədə fəlsəfə elmlərinin 
inkişafını sürətləndirir. İnsanın təbiətə münasibətinin 
obyektiv  qiymətləndirilməsinin  elmi  əsasını  təbiətin 
dialektikası təşkil edir. 
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. 
İnsan öz şüuru ilə təbiəti öyrənərkən obyektiv qanun-
ları kəşf edir və bu qanunlara əsasən təbii qüvvələri 
və prosesləri cəmiyyətin istifadəsinə verir.  
Təbiətdən  istifadənin  əsas  vəzifələrindən  biri 
istehsal  vasitələrini  təkmilləşdirməklə  təbii  resursla-
rın istifadə xüsusiyyətləri, istifadə dərəcəsi və effek-
tivliyini  müəyyənləşdirməkdir.  İkinci  tərəf  isə  təbii 
resurslardan istifadə zamanı məhsuldarlığı artırmaqla 
yanaşı  insanın  yaşadığı  mühitin  mühafizəsinə  riayət 


19 
 
olunmasıdır. Hazırda bu məsələ təbiətdən istifadənin 
mühüm qlobal məsələləri kimi qiymətləndirilir. 
 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin