Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə6/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89
DƏRSLİK

 
 
1.4.  Təbiətdən istifadənin iqtisadiyyatı 
fənninin metodiki əsasları. 
 
Elm və texnikanın indiki inkişafı şəraitində tə-
biətdən  istifadə,  ekoloji  mühitin  mühafızəsi,  cəmiy-


24 
 
yətin  yaşaması  və  inkişafını  təmin  edən  etibarlı 
zəmindir.  Dünyada  elə  bir  iqtisadi,  siyasi,  idarəedici 
və tənzimedici qüvvə yoxdur ki, ölkənin ekoloji rifa-
hını, insanla təbiət arasındakı qarşılıqlı əlaqələri tam 
tənzim  etsin  və  ona  zəmanət  versm.  ETT  əsasən 
yeraltı xammala əsaslanan ağır sənayenin və s. sahə-
lərin  inkişafını  təmin  edir,  digər  tərəfdən  ekoloji 
mühitdə gərginlik yaradır. 
Müasir dövrdə Respublikanın qarşısında duran 
əsas  problemlərdən  biri  təbii  sərvətlərdən  xüsusilə 
faydalı qazıntılardan səmərəli istifadə etməklə iqtisa-
di böhrandan çıxmaq və bazar iqtisadiyyatına qoşul-
maqdır. 
Ekoloji  təhlükəsizlik  baxımından  təbiətə  təsir 
prosesində  qəzaların,  təbii  fəlakətlərin  zərərverici 
xaratekrini öyrənmək, bunlara qarşı mübarizə tədbir-
lərini  aparmaq  bəşəri  problemlərə  çevrilmişdir.  İqti-
sadi  inkişafda,  ekoloji  mühitdə  baş  verən  texnogen, 
antropogen  təsirlərə  qarşı  mübarizənin  ən  səmərəli 
yolu  cəmiyyətlə  təbiət  arasındakı  qarşılıqlı  əlaqələ-
rin, insan rifahı ilə müasir texnikanın potensialı xid-
mət üsullarının əlaqələndirilməsi, ekoloji-iqtisadi ba-
xımdan təbii sərvətlərdən səmərəli istifadə edilməsi-
dir.  Antropogen-insan  fəaliyyəti  ilə  yaranmış  sosial 
mühit,  texnogen-texnikanın  tətbiqi  ilə  əlaqədar  ya-
ranmış  sosial  mühitdir.  Təbiətqoruyucu  və  resursqo-
ruyucu fəaliyyətdə insanlar təbiətə təsir proseslərində 
hansı  səmərəli  yolları  seçsələr  də  bu  və  ya  digər 
ekoloji mühitdə də ideal saflığın saxlanılmasına nail 


25 
 
olmalıdırlar. Cəmiyyət elə bir müxtəsər, ideal qüvvə-
yə malik deyil ki, özünü antropogen, texnoloji neqa-
tiv təsirlərdən tam qoruya bilsin, yerin, səmanın təbii 
fəlakətlərindən özünü müdafiə etmək bacarığına ma-
lik olsun. Təbiətə təsirin, onun sərvətlərindən istifadə 
etməyin əsas məqsədi və son nəticəsi əhalinin maddi 
mənəvi  tələbatını  ödəmək  naminə  iqyisadiyyatın 
səmərəli inkişafına nail olmaqdır. 
Təbiətqoruyucu  və  resursqoruyucu  fəaliyyətin 
metodiki  əsasları  aşağdakı  sistem  üzrə  həyata  keçi-
rilir.  
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin