Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə40/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   89
DƏRSLİK

Su  anbarları.  Çayların  axımını  tənzimləmək 
məqsədi  ilə  60-dan  artıq  su  anbarı  tikilmişdir.  Su 
anbarlarının  yaradılması  su  ehtiyatı  və  enerjisindən 
səmərəli  istifadə  üçün  görülən  əsas  tədbirlərdəndir. 
Böyük su anbarları («Mingəçevir», "Şəmkir", «Araz 
su qovşağı», «Sərsəng») kompleks əhəmiyyətə malik 
olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqa-
siya məqsədi ilə tikilmişdir. 
 
Cədvəl 8. 
Azərbaycanın böyük çaylarının əsas morfometrik 
göstəriciləri. 


106 
 
№  Çaylar 
H
ara
 t
ökü
lür 
(ha
ns
ı sa
hil
d
ən)
 
Uzunlu
ğu 
 
km
-l
ə 
Su
to
pla
yıcı 
sa
h
ə 
km
-l
ə 
H
ün

rl
üy
ü 
 
m
-l
ə 
(m
ənb
ə)
 
H
ün

rl
üy
ü 
 
m
-l
ə 
(m
əns
əb)
 
1  Kür 
Xəzər dənizi
 
1515  188000  2740 
-28 
2  Alazan 
Mingəçevir 
hovuzu 
413  16920  2560 
75 
3  İori 

389  4840 
2560 
51 
4  Əyriçay 
Alazan (sol)  134  1810 
3200 
135 
5  Türyançay 
Kür (sol) 
180  1840 
3680 
-4 
6  Göyçay 
Qarasu (sol)  115  1770 
1980 
-1 

Qarasu 
(Şirvan) 
Hacıqabul 
gölü 
134  8920 
-1 
-19 
8  Xrami 
Kür (sağ) 
220  8340 
2422 
255 
9  Ağstafaçay 
Kür (sağ) 
133  2586 
3000 
210 
10  Kürəkçay 
Kür (sağ) 
126  2080 
3100 
18 
11  Tərtər 
Kür (sağ) 
200  2150 
3120 

12  Xaçınçay 
Kürə (sağ) 
çatmır 
119  657 
2100 
10 
13  Qarqarçay 
Ağgöl 
115  1490 
2080 
-0,5 
14  Araz 
Kür (sağ) 
1072  101900  2990 
-11 
15  Şərqi 
Araz (sol) 
126  2630 
2985 
780 
16 
Arpaçay 
Əkərə 
Araz (sol) 
128  5540 
3080 
268 
17  Samur 
Xəzər dənizi  216  4430 
3600 
-28 
18  Qusarçay 
Xəzər dənizi  113  694 
3780 
-28 
19  Qudyalçay 
Xəzər dənizi  108  799 
3000 
-28 


107 
 
20  Sumqayıt 
Xəzər dənizi  198  1751 
2000 
-28 
21  Pirsaat 
Xəzər dənizi  199  2280 
2400 
-11 
22  Bolqarçay 
Mahmudçala 
gölü 
168  2170 
1710 
-17 
23  Viləşçay 
Xəzər dənizi  115  935 
1880 
-28 
 
Azərbaycanın  daxili  çayları.  Azərbaycanda 
8400-ə  yaxın  çay  var.  Uzunluğu  5  km-dən  artıq 
çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-
dən  çoxdur.  Yalnız  2  çayın  uzunluğu  500  km-dən 
çoxdur.  Çaylar  əsasən  dağlarda  formalaşır.  Düzən-
likdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud 
birbaşa  Xəzərə  tökülür.  Azərbaycanın  bütün  çayları 
qapalı  axarsız  hövzə  olan  Xəzərə  aiddir.  Çayların 
orta  illik  su  axımı  31  km
3
-a  yaxındır  ki,  bunun  da 
2/3-si  qonşu  ölkələrdə  yaranır.  İqlimin  quraqlığının 
artması  Böyük  və  Kiçik  Qafqazda  çay  şəbəkəsinin 
sıxlığının düzənliklərə  doğru  azalmasına  səbəb olur. 
Ən sıx çay şəbəkəsi orta dağlıqda, ən az isə düzənlik-
lərdə  müşahidə  edilir.  Çaylar  müxtəlif  xüsusiliyinə 
görə qruplaşdırılırlar. 
I.Uzunluğuna  görə:  Kür  -  1515  km,  Araz  - 
1072 km, Qanıx - 413 km, Qabırrı - 389 km, Samur - 
216 km, Tərtər - 200 km; 
II.Mənbəyinin hündürlüyünə görə: Türyançay - 
3680  m,  Samur  -  3600  m,  Qusarçay  -  3780  m, 
Əyriçay - 3200 m; 
III.Mənsəbinə görə


108 
 
1.  Mənsəbsiz  –  Ceyrankeçməz,  Sumqayıtçay, 
Pirsaat; 
2. Mənsəbli – qalan bütün çaylar;  
3.  Mənsəbi  okean  səviyyəsindən  aşağı  -  Kür, 
Araz  və  Xəzərə  birbaşa  tökülən  çaylar  -  Lənkəran-
çay, Vəlvələ, Qusarçay, Viləşçay, Qudyalçay və s.; 
IV.Relyef xüsusiyyətinə görə
1.  Üzərində  şəlalə  yaranan  –  Dəmiraparan 
(Mucux  şəlaləsi),  Tərtər,  Katexçay,  Vəlvələ, 
Kürmükçay və s.; 
2.  Dərəsində  kanyon  olan  çaylar  –  əhəngdaşı 
yumşaq  süxurları  kəsib  keçən  dağ  çaylarında 
Qudyalçay, Qusarçay, Qaraçay,Vəlvələçay və s. ; 
3. Enli «U» şəkilli çaylar- gilli süxurları kəsib 
keçən düzənlik çaylarında – Kür, Araz və s. ; 
V.Formalaşmasına görə
1. Kənardan (tranzit)  mənbə götürənlər – Kür, 
Araz, Arpaçay,Samur, Oxçu, Akstafaçay, Tovuzçay, 
Qanıx, Qabırrı; 
2.  Azərbaycanda  formalaşan  –  Tərtər,  Gir-
diman,  Qusar,  Xaçın,  Əyriçay,  Viləş,  Pirsaat,  Sum-
qayıt, Qudyalçay, Turyançay, Ceyrankeçməz; 
VI.Qidalanmasına görə 2 qrupa: 
1. Yayda quruyan – Sumqayıt, Ceyrankeçməz, 
Pirsaat; 


109 
 
2.  Daimi  axarlı  –  Azərbaycanın  yerdə  qalan 
çaylarının hamısı. 
Azərbaycanın  çaylarını  coğrafi  yerləşmə 
xüsusiyyətinə görə 4 əsas qrupa bölmək olar: 
1.  Böyük  Qafqazın  şimal-şərq  yamacının 
çayları. 
2. Abşeron-Qobustan sahəsinin çayları. 
3. Kür hövzəsinin çayları. 
4. Talış dağlarından axan çaylar. 
Kür hövzəsinin çaylarından başqa, digər qrup-
lara aid çaylar sərbəst olaraq Xəzər dənizinə tökülür. 
Azərbaycan  çayları  yağış,  qar,  buzlaq  və  yeraltı 
sularla  qidalanır.  Yüksək  dağlıqdan  başlayan  çaylar 
(Qusarçay, Dəmiraparan, Qudyalçay və s.) yazda və 
yayın  əvvəllərində  bol  sulu  olur.  Qar  və  buzlaqla 
qidalandıqlarından  mənbələri qar xəttindən  yuxarıda 
olur.  Orta  dağlıqdan  başlayan  çaylar  (Lənkərançay, 
Ataçay) yeraltı su, yağış və qismən qar suları ilə qi-
dalanır.  Alçaq  dağlıqdan  başlayan  çaylar  (Ceyran-
keçməz,  Incəçay)  ancaq  yağış suları ilə qidalanırlar. 
Azsulu olub yayda quruyurlar. 
VII.Coğrafi yerləşməsinə görə
1.  Böyük  Qafqazın  şimal-şərqindən  axan 
çaylar  –  Qusar,  Qudyal,  Vəlvələ,  Qaraçay,  Ataçay 
birbaşa  Xəzərə  tökülürlər.  Qar  və  buzlaqda  qidalan-


110 
 
dıqlarından  yazın  sonu,  yayın  əvvəlində  bol  sulu 
olurlar. 
2. Böyük Qafqazın cənub yamacının çayları – 
Katex,  Şin,  Kiş,  Balakən,  Talaçay,  Mazım,  Kürmük 
çayları  Qanıx  və  Əyriçaya,  daha  sonra  isə  Kürə  tö-
külərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar 
öz yataqları boyu iri gətirmə konusları yaradırlar. 
 3. Abşeron-Qobustanın çayları – Pirsaat, Cey-
rankeçməz,  Sumqayıtçay  yağış  suları  ilə  qidalandı-
ğıdan  yayda  quruyurlar.  Çünki  bu  əraziyə  yağıntı 
yalnız ilin soyuq dövründə düşür. Mənsəbsizdirlər. 
4.  Talış  dağlarının  çayları  –  Lənkərançay, 
Astaraçay, Viləşçay – əsasən yağış və yeraltı sularla 
qidalanır  və  birbaşa  Xəzərə  tökülürlər.  Talış  dağları 
qar xəttindən aşağıda yerləşdiyindən buradakı çaylar 
buzlaqla  qidalanmırlar.  Yayda  hava  quraq  keçdiyin-
dən bu çayların suyu azalır. 
5. Kiçik Qafqazın şimal-şərq yamacından axan 
Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, 
Gəncəçay  və  Kürəkçay  –  Kürə  qovuşaraq,  onun  sağ 
qollarını  əmələ  gətirir.  Əsasən  yağış  (70%)  qismən 
qar və yeraltı sularla qidalanır. 
6.  Kiçik  Qafqazın  cənub-şərq  yamacından 
axan Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay – Mil 
və  Qarabağ  düzlərinin  suvarılmasında istifadə  edilir. 
Bu çaylar püskürülmüş vulkanik süxurlarından ibarət 
Qarabağ  vulkanik  yaylasında  formalaşdıqlarından 


111 
 
əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş 
yayılması  ərazidə  çay  şəbəkəsinin  seyrək  olmasına 
səbəb olub. 
7.  Naxçıvanın  əsas  çayları  –  Arpaçay,  Nax-
çivançay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Bu 
çaylanın  hamısı  Araz  çayına  tökülür.  Əsasən qar  və 
yeraltı sularla qidalanırlar.  
Azərbaycanda  orta  illik  axım  rütubətli  iqlimə 
malik  Lənkəran  vilayəti  və  Böyük  Qafqazın  cənu-
bunda  maksimum,  Kür-Araz,  Abşeron-Qobustan  və 
Naxçıvanın Arazboyu düzənliklərində isə minimuma 
bərabərdir.  (səbəbi  rütubət  çatışmamazlığıdır).  Üzə-
rində su anbarı olan çaylara axımı tənzimlənən çaylar 
deyilir. Kür, Araz, Akstafaçay, Arpaçay, Tərtər belə 
çaylardandır.  Kür,  Araz,  Türyançay,  Arpaçay  və  s. 
düzən çaylarından suvarmada istifadə edilir. 
Azərbaycan çaylarının çoxu sellidir. Tərkibinə 
görə sellər aşağıdakı kimidir:  
a)palçıqlı  sellər  —  Naxçıvan,  Qobustan, 
Acınohur və Ceyrançölün çayları üçün  
b)  daşlı  və  daşlı-palcıqlı  sellər  isə  Böyük 
Qafqazın cənub yamacındakı Kiş, Şin, Dəmiraparan, 
Kürmük,  Mucux,  Tikanlı  çayları  üçün  səciyyəvidir 
Bunlar  təsərrüfata  ziyan  vurur.  Bu  cür  sellərlə  iki 
yolla mübarizə aparılır: 


112 
 
1.  Hidrotexniki  qurğular  tikməklə  (beton 
bəndlər); 
2.  Fitomeliorativ  (ağac,  kol,  ot  örtüyü 
əkməklə).  
       Yamacların  böyük  meylliyi,  gur  yağışların 
yağması  və  asanlıqla  aşınan  süxurların  üstünlük 
təşkil etməsi selin yaranmasının başlıca səbəbləridir. 
Kür  çayının  uzunluğu  1515  km  olub,  Tür-
kiyənin Qızılgədik dağından (2740 m) başlayıb, Gür-
cüsandan keçərək  Azərbaycana daxil olur.  Azərbay-
can daxilində Kürün uzunluğu 906 km olub, Neftçala 
rayonunda Xəzərə tökülür. Kür çayı əsasən qar suları 
(52%)  ilə  qidalandığından  yazın  sonu  və  yayın 
əvvəlində, yəni qarın intensiv əridiyi dövrdə bol sulu 
olur.  Çayda  suyun  maksimum  səviyyəsi  apreldə, 
minimum  səviyyəsi  isə  sentyabr  aylarında  olur. 
Kürün  sağ  qolları  əsasən  Kiçik  Qafqazdan  başlanan 
Şəmkir,  Gəncəçay,  Zəyəm,  Xaçın,  Tərtər  və  s.  sol 
qollar  isə  Böyük  Qafqazın  cənub  yamacından  başla-
yan  Qanıx,  Qabırrı,  Türyan,  Əlicançay  və  s.  çay-
larıdır.  Kür  üzərində  Mingəçevir,  Yenikənd,  Şəmkir 
və Varvara kimi su anbarları var. Bu su anbarlarının 
yaradılması  qrunt  sularının  səviyyəsinin  artmasına, 
tuqay  meşələri  və  torpaqların  xeyli  hissəsinin  su 
altında qalmasına səbəb olmuşdur. Kür Azərbaycanın 
yeganə  çay  gəmiçiliyi  yoludur.  Buradakı  gəmilər 
Kürün  mənsəbindən  Yevlax  şəhərinə  qədər  hərəkət 
edir.  Kür-Araz  ovalığı  ilə  çay  meandr  (əyri-üyrü) 


113 
 
döngələrlə  axdığından  gəmilərin  hərəkətini  asanlaş-
dırmaq üçün çayın yatağındakı bəzi döngələr kəsilib 
düzəldilmişdir. Bu meandrda Kürün «axmaz» gölləri 
Ağgöl, Hacıqabul, Sarısu və Mehman gölləri yaran-
mışdır.  Kür  Sabirabad  şəhərindən  mənsəbinə  qədər 
heç bir qol qəbul etmir. Kür çayından balıqçılıq, nəq-
liyyat,  suvarma  və  hidroenerji  məqsədi  ilə  istifadə 
olunur. 
Araz  çayı.  Türkiyənin  Bingöl  –  silsiləsindən 
(2990 m) başlayıb, Ermənistan və Iran sərhəddindən 
keçərək  Sabirabad  rayonunun  Suqovuşan  kəndində 
Kürə qovuşur. Uzunluğu 1072 km olan Araz çayının 
suyu  çox  bulanıqdır.  Kürdən  fərqli  olaraq  əsasən 
yeraltı  sularla  (46%)  qidalanır.  Suyunun  səviyyəsi 
mayda  maksimum,  avqustda  isə  minimum  həddə 
çatır.  Naxçıvandakı  Arpaçay,  Ordubadçay,  Naxçı-
vançay,  Gilançay  və  Əlincəçay;  Qarabağ  vulkanik 
yaylasındakı  Həkəri,  Oxçuçay  və  Bərgüşad  –  Araza 
tökülən əsas çaylardır. Araz çayı üzərində – Bəhram-
təpə, Mil-Muğan və Araz su qovşağı yaradılıb. Kür-
Araz  ovalığını  suvarmaq  üçün  Araz  çayından  Baş 
Muğan,  Baş  Mil  və  Əzizbəyov  adlı  kanallar  çəkil-
mişdir.  
Samur  çayı.  Azərbaycanın  şimal-şərqinin  ən 
böyük  çayı  olub  Dağıstanda  3600  m  yüksəklikdən 
başlayıb,  birbaşa  Xəzərə  tökülür.  Uzunluğu  216  km 
olan Samur çayından Samur-Abşeron su kanalı çəki-
lib. Əsasən yeraltı və buzlaq suları ilə qidalanır. 


114 
 
Kür,  Araz,  Oxçu,  Ağstafa,  Tovuz,  Qarqar 
çayları  Azərbaycanın  ən  çirklənmiş  çayları  sayılır. 
Samur,  Qanıx,  Araz,  Astara  və  Bolqarçay  Azərbay-
canın  sərhəd  çaylarıdır.  Azərbaycana  Ermənistan  və 
Gürcüstandan daxil olan Kür və Araz çayları, onların 
Oxçuçay,  Bazarçay,  Ağstafaçay,  Tovuzçay,  Bərgü-
şad və s. qolları çirklənməyə daha çox məruz qalıb. 
Ermanistanın Qafan rayonundakı dağ-mədən sənaye-
sinin  tullantıları  Oxçuçayı  «Ölü  suya»  çevirmişdir. 
Kür  Gürcüstanın  Tbilisi  və  Rustavi,  qismən  isə 
Azərbaycanın Kürboyu şəhərlərinin sənaye və məişət 
suları ilə çirklənmişdir. Daşkəsənin zərərli tullantıları 
Qoşqarçayla  Kürə,  Naxçıvandakı  Parağacay  mədən-
lərinin  tullantıları  isə  Araza  qarışır.  Azərbaycanın 
əkin  sahələrinə  verilən  10  min  tonlarla  gübrələr, 
zərərverici  maddələr  axar  sular  vasitəsilə  çaylara  və 
s. sututarlara tökülür və onları çirkləndirir.  
Sular təbii və süni yolla təmizlənir. Axar sular 
8-20  km  axdıqdan  sonra  təbii  yolla  özü-özünü 
təmizləyir.  Çirkab  sulardan  istifadə  etmək  üçün  onu 
xüsusi qurğularda təmizləyib, zərərsizləşdirirlər.  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin