Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Ekoloji  xərclər  və  layihələrin  smeta  dəyə-



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə83/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   89
DƏRSLİK

Ekoloji  xərclər  və  layihələrin  smeta  dəyə-
rinin müəyyən edilməsi. Təbiətdən səmərəli istifadə 
tədbirlərinin  effektivliyi  dəqiq  ekoloji  xərclərin  uço-
tunun aparılmasını tələb edir. Təbiəti mühafizə xərc-


244 
 
ləri  –  insanların  yaşayış  mühitinin  keyfiyyətini 
saxlamaq  üçün  ictimai  zəruri  xərclərdir.  Təbiəti 
mühafizə xərclərinin tərkibində aşağıdakı elementləri 
ayırmaq olar: 
1)  Ətraf  mühitə  zərərli  maddələrin  atılmasını 
(axıdılmasını) azaldan tədbirlərə çəkilən xərc-
lər birbaşa olub çox-sahəlidir: qurğuların tikin-
tisi,  texnologiyaların  təkmilləşdirilməsi,  xam-
malın  kompleks  istifadəsi,  tullantıların  durul-
dulması, neytrallaşdırılması, basdırılması və s. 
2)  Təbii  ehtiyatlar  potensialını  saxlamaq  üçün 
xərclər  xüsusi  qorunan  təbiət  ərazilərinin 
yaradılmasına,  bərpa  olunan  təbii  ehtiyatların 
təkrar istehsalına və s. sərf edilir; 
3)  İctimai  inkişaf  xərcləri-insanların  rekreasiya, 
estetik va digər tələbatlarının təmin edilməsi. 
İqtisadi  nöqteyi-nəzərdən  insanın  ətraf  mühitə 
təsir fəaliyyəti aşağıdakı xərcləri tələb edir: 
-  təsirin qarşısının alınması xərclərini; 
-  iqtisadi ziyanlara sərf edilən xərcləri
-  bilavasitə  ziyanın  ləğvinə,  neytrallaşdırıl-
masına  və  kompensasiyasına  yönəldilmiş 
xərcləri. 
Göstərilən  xərclər  ən  effektiv  ekoloji  xərclər 
hesab  olunur.  Çünki  onlar  ziyanın  qarşısının  alın-
masına sərf edilir. Onlar əsasən mühafizə (preventiv) 
tədbirlərin  yerinə  yetirilməsinə  yönəldilir.  Onlara 
yeni  aztullantılı,  mütərəqqi  texnologiyaların  yaradıl-
ması, ekoloji təhsil, kadrlar hazırlığı, ƏMTQ, ekoloji 


245 
 
ekspertiza  (EE),  ekoloji  infrastruktur  obyektlərinin 
yaradılması, ekoloji sığorta və s. daxildir. 
Kompensasiya 
xərclərinin 
səviyyəsi 
isə 
aşağıdakılar ilə təyin edilə bilər: 
-  ətraf  mühiti  tam  bərpa  etmək  üçün  mak-
simal zəruri xərclərin həcmi; 
-  minimal  effektiv  xərclər  üzrə  aşağı  səviy-
yəsi, maliyyə xərcləri; 
-  prioritet  sayılan  sahələr  üzrə  həyata 
keçirilən xərclər; 
-  maliyyə cəhətdən məqbul xərclər. 
Təbiəti  mühafizəyə  vəsaitlərin  maksimum  və 
minimum  xərclərə  bölünməsi  məqsədəuyğun  deyil-
dir. 
Bəzən  yeni  texnologiyaların  (kompleks,  aztul-
lantılı)  tətbiqi  zamanı  təbiəti  mühafizə  xərclərinin 
hesablanması  məsələsi  ortaya  çıxır.  Burada  təbiəti 
mühafizəyə  çəkilən  xərci  hesablamaq  çətin  olur. 
Tullantıların  istifadəsi  əlavə  məhsul  verir  və  ətraf 
mühitə  mənfi  yükü  azaldır.  Ona  görə  də  istehsalat 
prosesini  iki  yerə  bölüb,  həm  istehsalata,  həm  də 
təbiəti mühafizəyə olan xərcləri təyin etmək çətindir. 
Lakin belə bölgü vergi güzəştlərini müəyyən edərkən 
lazım gəlir. 
Mikroiqtisadi  səviyyədə  təbiəti  mühafizə 
xərcləri aşağıdakı qaydada bölünür: 
1)  Ümumi,  yaxud  bütövlükdə  təbiəti  mühafızə 
tədbirlərinin realizə edilməsinə çəkilən xərclər; 


246 
 
2)  Orta və ya xüsusi - 1 ton tullantının (axıntının) 
təmizlənməsinə çəkilən xərclər; 
3)  Həddi  (normativ)  xərclər  -  hər  bir  əlavə 
tullantının  (axıntının)  1  tonunu  təmizləmək 
üçün  əlavə  xərclər.  Bundan  başqa,  təbiəti 
mühafizə xərcləri iki dərəcəyə (növə) bölünür: 
cari və əsaslı xərclər. 
Kapital  (əsaslı)  xərcləri  ekoloji  məqsədlər 
üçün həyata keçilən, materiallaşdırılan (maddiləşdiri-
lən)  xərclərdir.  Bəzən  kapital  qoyuluşu  təbiəti 
mühafızə  fondlarında  əhəmiyyətli  dərəcədə  böyük 
ola bilər (bəzi sahələr üzrə 30-40%). 
Ətraf mühiti mühafızə məqsədi daşıyan kapital 
qoyuluşuna bir dəfəlik xərclər aid edilir: 
-  təbiəti  mühafizə  obyektlərinin  rekonstruk-
siyası və yeni obyektlərin yaradılması; 
-  ətraf  mühitə  mənfi  təsiri  azaltmaq  məqsə-
dilə  istehsalat  texnologiyalarının  modern-
ləşdirilməsi; 
-  istehsalat  texnologiyasının  ətraf  mühiti 
mühafizə məqsədilə müəyyənləşdirilməsi. 
Kapital  qoyuluşları  əsasən  su  obyektlərinin, 
hava  hövzəsinin  və  torpaqların  mühafızəsinə  istiqa-
mətləndirilir.  Adətən  kapital  qoyuluşlarının  ən  çox 
payı (faizi) su obyektlərinin mühafizəsinə yönəldilir. 
Su obyektlərinin mühafizəsi üçün əsas kapital qoyu-
luşları  tikinti  üçün  birdəfəlik  aşağıdakı  xərclərdən 
ibarət olur: 


247 
 
-  istehsalat  və  kommunal  tullantı  sularının 
təmizlənməsi  üçün  stansiyalar  (təmizləyici 
qurğular),  habelə  tullantı  sularının  ilkin 
təmizlənməsi  (lokal  təmizləyici  qurğular) 
və  təmizlənmiş  sulardan  istifadə  üçün 
yenidən təmizləmə stansiyaları; 
-  su  mühafizə  zonalarının  kompleks  tədbir-
lərlə  əlaqələndirilməsi  (texnoloji,  meşə 
meliorativ,  aqrotexniki,  hidrotexniki,  sani-
tar və s.); 
-  neftin, mazutun toplanması qurğuları, habe-
lə  su  akvatoriyalardan  zibili  və  digər 
tullantıları toplama qurğuları; 
-  su obyektlərini çirkləndirən sənaye tullantı-
larını  zərərsizləşdirmək  üçün  poliqon  və 
qurğuların tikilməsi; 
-  gəmilərdən  təsərrüfat  sularının  qəbul  edil-
məsi  üçün  sahil  qurğularının  tikilməsi, 
habelə  zibillərin  utilləşdirilməsi,  anbarlaş-
dırılması və təmizlənməsi; 
-  şəhərlərin və yaşayış məntəqələrinin kanali-
zasiya sistemlərinin tikintisi və s. 
Hava  hövzəsinin  mühafizəsi  üçün  xərclər 
birdəfəlik aşağıdakı tikinti işlərinə yönəldilir: 
-  texnoloji xətlərdən, digər çirklənmə mənbə-
lərindən  ayrılan  maddə və  qazların tutulma 
və  zərərsizləşdirilməsi  üçün  qurğuların 
tikintisi; 


248 
 
-  nəzarəttənzimləyici 
punktların  tikintisi 
(əsasən toksik avtomobil qazların miqdarını 
müəyyən etmək üçün); 
-  tüstü  boruları,  qaz  buxarların,  aspirasiya 
sistemlərinin tikintisi; 
-  sanitar-mühafizə 
zonalarının  salınması 
(müəssisələr ətrafı, yol boyunca və s.), 
Torpaqların  mühafızəsinə  yönəldilən  əsaslı 
vəsaitlərə daxildir: 
-  eroziyaya,  selə,  sürüşməyə  qarşı  hidrotex-
niki qurğuların tikilməsi; 
-  dik yamacların terraslaşdırılması; 
-  qoruyucu  meşə  zolaqlarının,  o  cümlədən 
tarla qoruyucu və eroziyaya qarşı meşələrin 
salınması; 
-  torpaqların  bərpası  (rekultivasiyası,  reabli-
tasiyası); 
-  zibil  emalı  və  zibil  yandıran  zavodların 
tikintisi. 
Cari istismar xərclərinə daxildir: təbiəti müha-
fizə  istiqamətli  əsas  fondların  saxlanması  və  qulluq 
edilməsi,  təbiəti  mühafizə  ilə  əlaqədar  xidmətlərin 
ödənilməsi,  cari  təbiəti  mühafızə  xərclərinin  ümumi 
istehsal xərclərinə görə payı 0,2-3% arasında dəyişir. 
MDB  ölkələrində  və  eləcə  də,  Rusiyada,  o 
cümlədən,  Azərbaycanda  cari  xərclər  kapital  qoyu-
luşundan ən azı 3 dəfə çox olub, hava hövzəsinə görə 
isə  5:1  nisbətindədir.  Əlbəttə,  göstərilən  vəziyyəti 
optimal hesab etmək olmaz. ABŞ-da bu nisbət l:l-dir. 


249 
 
Cari xərclərin çox olması o deməkdir ki, əsaslı təbiəti 
mühafızə avadanlıqları uzun müddət istismar edilmir. 
Ekoloji xərclər istehsalat xərclərinin tərkib hissəsidir 
və  nəticədə  məhsulun  qiyməti  vasitəsilə  onların 
xərcini alıcı çəkir. 
Layihənin  qənaətbəxş  olması  əsaslı  vəsaitin 
planlaşdırılması  və  maliyyələşdirilməsi  smetanın 
zəruri xərclərini özündə nə dərəcədə əks etdirməsin-
dən  asılıdır.  Smetanın  dəqiqliyi  kompleks  işlərin 
əsaslı (mükəmməl) təyin edilməsindən və irəli sürü-
lən təkliflərin düzgünlüyündən çox asıhdır. 
Smeta  dəyərinin  göstəriciləri  layihə  hesabat-
larının variantlarının qiymətləndirilməsində və onlar-
dan  ən  məqsədəuyğun  olanını  seçməkdə  istifadə 
edilir.  Smeta  əsasında  və  təqvim  planına  müvafiq 
olaraq  layihənin  büdcəsi  tərtib  edilir.  Lakin  smeta 
yalnız  layihənin  yekun  dəyərinin  proqnozunu  verir 
və  ilkin  hesablama  yuvarlaqlaşdırılmış  normativlər 
üzrə  TİƏ-nin  hazırlanmasında  həyata  keçirilir. 
Obyektin  tikintisinin  dəyərini  müəyyən  edən  əsas 
sənəd-yekun  smetanın  hesablanmasıdır.  Bu  iş  cari 
qiymətlər  səviyyəsində  tərtib  edilir.  Həmin  sənəd 
özündə aşağıdakıları cəmləşdirir: 
1)  Tikinti sahəsinin hazırlanmasını; 
2)  Tikintinin əsas obyektlərini; 
3)  Yardımçı  istehsalat  və  xidmət  əhəmiyyətli 
obyektləri; 
4)  Energetika təsərrüfatı obyektlərini; 
5)  Nəqliyyat təsərrüfatı və rabitə obyektlərini; 


250 
 
6)  Su  təchizatı, kanalizasiya,  istilik  və  qaz  təchi-
zatı qurğuları və xarici (bayır) şəbəkələrini
7)  Ərazinin  abadlaşdırılması  və  yaşıllaşdırıl-
masını; 
8)  Müvəqqəti bina və qurğularını; 
9)  Digər işlər və xərcləri; 
10)  Tikilən  müəssisənin  müdiriyyətinin  saxlan-
ması,  müəllif  nəzarətinin  həyata  keçirilməsi 
obyektlərini;  
11)  Layihə və axtarış işlərini. 
Yekun  smeta  hesablamalarının  tərtibi  lokal 
(yerli) və obyekt smetalarına  əsaslanır. Burada həm-
çinin  əlavə  xərclər,  həm  də  nəzərə  alınmayan 
(əvvəlcədən görülməyən) işlərin vəsait ehtiyatları da 
nəzərdə tutulur. Obyekt smetaları öz tərkibində lokal 
smetanın  məlumatlarını  birləşdirir  və  onun  əsasında 
obyekt  üçün  müqavilə  qiymətləri  formalaşdırır.  Bu 
halda obyekt smetasının rolunu lokal smeta oynayır. 
Obyekt  smeta  hesablamalarında  (smetada)  sətirbə-
sətir  və  həm  də  yekunda  vahid  qiymətlər  (dəyərlər), 
məsələn,  1  m
3
  həcm,  1  m
2
  sahə,  1  m  məsafə  və  s. 
təyin edilir. 
Obyekt  və  lokal  smetalarda  normativ  əmək 
tutumu  və  smeta  əmək  haqqı  ayrılır.  Lokal  smeta-
larda  resurs  göstəricilərini  ayırmaqla  aşağıdakı 
sənədlər tərtib edilir: 
-  işlərin  əmək  tutumunu  (adam-saatla); 
fəhlələrin əsas əmək haqqını təyin etmək. 


251 
 
Lokal  smetalarda  (hesablamalarda)  smeta 
sənədlərinin  tərkibində  işlərin  dəyəri  iki  qiymət 
səviyyəsində aydınlaşdırıla bilər: 
-  bazis  səviyyəsi  üçün  -  fəaliyyətdə  olan 
smeta normaları və qiymətləri ilə müəyyən-
ləşdirilir . 
-  cari  (proqnoz)  səviyyəsində  -  smeta  tərtib 
edilən  dövr  üçün  formalaşmış  qiymətlərlə, 
yaxud  tikinti  başlanan  gündən  başlayaraq, 
mövcud 
olan 
qiymətlərlə. 
Tikinti, 
yenidənqurma, əsaslı təmir (bina və qurğu-
larda),   müəssisələrin genişləndirilməsi və 
yenidən  təşkilinin  smeta  dəyərinin  təyin 
edilməsinin  əsasını  smeta  normativləri 
(smeta  normaları  külliyatı,  qiymətlər  və 
qiymətləndirmələr  normaları),  habelə  qay-
dalar  və  əsasnamələr  təşkil  edir.  Yuvarlaq-
laşdırılmış smeta normalarına aiddir: faizlə 
ifadə olunan smeta normativləri (üstəgəlmə 
xərclər,  smeta  gəliri,  əlavə  xərclər),  iriləş-
dirilmiş smeta normativləri və göstəriciləri. 
Tikintinin  smeta  dəyəri  -  bu  kapital  (əsaslı) 
qoyuluşunun  ümumi  cəmidir.  Tikinti  və  quraşdırma 
işlərinin  smeta  dəyəri  birbaşa  xərclərdən  (bilavasitə 
xərclərdən), əlavə məxariclərdən və smeta gəlirindən 
ibarətdir.  Birbaşa  xərclərə  aiddir:  fəhlələrin  əsas 
əmək haqları, materialların, konstruksiyaların, detal-
ların, yarımfabrikatların dəyəri, maşın və mexanizm-
lərin istismar xərcləri. 


252 
 
Smeta qiymətlərini təyin etmək üçün aşağıdakı 
metodlar  tətbiq  edilə  bilər:  bazis-kompensasiya, 
resurs, resurs-indeks.  Bundan  başqa  smetanı  «əvvəl-
lər  tikilmiş  və  ya  layihələşdirilmiş  obyekt-analoq-
ların  qiymətləri  haqqında  məlumatlara  əsasən» 
müəyyən  etmək  olar.  Bazis-kompensasiya  üsulu 
smeta  normalarının  istifadəsinə  əsaslanır.  Bu  halda 
qiymət  iki  mərhələdə  təyin  edilir.  Eyni  zamanda 
texnoloji  məqsədlərə  elektrik  daşıyıcılarının  sərfi, 
maşınların istismar vaxtı, fəhlələrin əmək xərcləri də 
nəzərə  alınır.  Resursların  sərfinin  yekun  göstərici-
lərini  hesablamaq  üçün  əvvəlcədən  lokal  resurs 
siyahısını  tərtib  etmək  məqsədə  uyğundur.  Bu  siya-
hıda  obyektdə  həyata  keçirilən  hər  bir  iş  növü  üzrə 
resursların  dəyərini  həm  bazis  (orta  smeta  qiymətlə-
rinə əsasən, normativlər üzrə), həm də cari (proqnoz) 
qiymətləri  səviyyəsində  təyin  etmək  məqsədə 
uyğundur. 
Resurs-indeks  üsulu  -  bu  resurs  üsulunun 
resurslara  verilmiş  indeks  sistemi  (materiai,  texniki, 
energetik,  əmək.  avadanlıq,  xidmətlər  və  s.)  ilə 
birləşməsinə əsaslanır. 
Layihə üzrə xərclərin planlaşdırılması maliyyə 
resurslarına  tələbatı  ödəmək  məqsədilə  həyata  keçi-
rilməlidir.  Bu  isə  layihənin  büdcəsinin  tərtib  edil-
məsini tələb edir (təqvim planına və layihənin strate-
giyasına əsasən). 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin