Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə84/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   89
DƏRSLİK

 
 


253 
 
 
FƏSİL V 
TƏBİƏTDƏN İSTİFADƏ SAHƏSİNDƏ 
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
 
5.1.  Təbii  resurslardan  istifadədə  beynəlxalq 
əməkdaşlıq. 
 
XX  əsrin  50-ci  illərindən  başlayaraq  dünya 
ərazisində  olan  təbii  resurslardan  istifadə  daha 
intensiv  xarakter  almışdır.  Yeraltı  və  yer  üstü  təbii 
resursların  istismarının  intensivləşdirilməsi  təbiəti 
mühafizə  ilə  əlaqəli  qlobal  problemlərin  inkişafına 
təsir göstərmişdir. Təbii resursların istifadəsində XX 
əsrin  sonunda  və  XXI  əsrin  əvvəlindən  başlayaraq 
dünya  ölkələrinin  ərazilərində  olan  resurslarından 
səmərəli istifadə olunmasında beynəlxalq əməkdaşlıq 
mühüm iqtisadi əhəmiyyət kəsb etmişdir. Beynəlxalq 
əhəmiyyətli təbii resurslara mineral və maye yanacaq 
resursları, torpaq və su ehtiyatları, meşə resursları və 
atmosferdə  olan  resurslar  daxil  edilir.  Qeyd  olunan 
resursların hər hansı ölkənin ərazisində yerləşməsin-
dən asılı olaraq istehsal dövriyyəsinə cəlb olunmasın-
da beynəlxalq müqavilələr təsir edici rola malikdir. 
    Yuxarıda 
qeyd  olunan  resurslar  içərisində 
beynəlxalq  əməkdaşlıq  əsasında  istifadə  olunan  ən 
çox  mineral  və  maye  yanacaq  resursları  üstünlük 
təşkil  edir.Aparılan  iqtisadi  təhlillərə  görə  mineral 
yanacaq  resursların  dünya  üzrə  ümumi  ehtiyatı 


254 
 
14810 milyard ton təşkil edir. Ümumi ehtiyatın 60%-
i daş kömür, 40%-i isə boz, qonur kömür təşkil edir. 
Mineral  yanacaq  resursları  Avropa  və  Asiya  ölkələ-
rində əsasən istifadə olunması bu ölkələrin yanacağa 
və  iqtisadi  sahələrin  inkişafına  təsir  etməklə  yanaşı 
ekoloji  cəhətdən  daha  çox  çirklənmələrə  səbəb  olur. 
Son  dövrlərdə  dünyada  nisbətən  mineral  yanacaq 
resursların xüsusi çəkisi maye  yanacaq resursları ilə 
müqayisədə  aşağı  düşür.  Ekoloji  problemlər  neft 
hasil  olunan  regionlarda  daha 
qabarıq
  şəkildə 
özünü  biruzə  verir.  Bu  cür  ərazilərə  cənub  qərbi 
Asiya  ölkələri,  Avropa  ölkələri,  MDB  ölkələrindən 
Rusiya, 
Ukrayna, 
Belarusiya, 
Türkmənistan, 
Azərbaycanı  misal  göstərmək  olar.  Burada  neftin  və 
təbii  qazın  hasilatı  deyil,  eyni  zamanda  emal 
prosesində  yaranan  ekoloji  problemlərdə  nəzərədə 
tutulur.  Qeyd  olunmalıdır  ki,  dünyanın  bütün 
ölkələrində  bu  və  ya  digər  təbii  resursların  istehsalı 
istər-istəməz təbiəti mühafizə ilə əlaqəli problemlərin 
həllini tələb edir. Bu cür problemlərin həlli ayrılıqda 
bir  ölkənin  problemi  deyil,  ümumilikdə  dünya 
ölkələrinin problemləri çərçivəsində həll olunmalıdır. 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  beynəlxalq 
əməkdaşlıq  prinsipləri  ilk  dəfə  1972-ci  ildə  İsveçin 
Stokholm 
şəhərində 
Birinci 
Ümumdünya 
Konfransında  irəli  sürülmüşdür.  Həmin  prinsiplərdə 
hər  hansı  ölkə  öz  ərazilərində  mövcud  resurslardan 
sərbəst  istifadə  etmək  hüququna  malik  olmaqla 
bərabər,  istər  daxili,  istərsə  də  ətraf  ölkələrin  təbii 


255 
 
mühitinə  ekoloji  cəhətdən  zərər  verməməlidir.  Eyni 
zamanda  hava,  su,  torpaq,  bitki  və  heyvanat 
aləmindən  elə  istifadə  olunmalıdır  ki,  onların  qoru-
nub  gələcək  nəsillərə  saxlanılması  əsas  məsələ  kimi 
irəli sürülmüşdür. 
Aparılan hesablamalara görə iqtisadi sahələrin 
inkişafı üçün səmərəli sayılan 250-dən çox  müxtəlif 
çeşidli faydalı qazıntı, 200-dən çox müxtəlif qiymətli 
mineral  sərvətlər  yer  kürəsinin  müxtəlif  regionla-
rında  inkişaf  tapmışdır.  Həmin  resurslar  zaman-za-
man  insanlar  tərəfindən  istifadə  olunmuş  iqtisadi 
sahələrin  inkişafına  zəmin  yaratmışdır.  Dünya  ölkə-
lərinin iqtisadi inkişafının resurs təminatında mineral 
resursların  üstünlük  təşkil  etməsi  aşkar  olunmuşdur. 
Bu cür resurslar quru ilə yanaşı, dəniz və okeanların 
dərinliklərində  daha  çox  ehtiyata  malikdir.  Həmin 
resurslar  içərisində  mineral  yanacaq  resursları  iqti-
sadi baxımdan üstünlük təşkil etdiyindən beynəlxalq 
səviyyədə  dünyanın  80  ölkəsini  özündə  birləşdirən 
"Dünya  Energetika  Şurası"  tərəfindən  müzakirə 
olunur. Mineral yanacaq resursları cəhətdən üstünlü-
yü Rusiya, ABŞ və Çin təşkil etməklə ümumi ehtiya-
tın 80%-dən çoxunu özündə cəmləşdirir. 
İqtisadi  davamlı  sosial  inkişafın  resurs  təmi-
natında maye yanacaq resursları üstünlük təşkil edir. 
Dünya ölkələrinin istər sənaye, istərsə də enerji təmi-
natında  yanacağın  bir  növü  kimi  neft  mühüm  rola 
malikdir.  Sənaye  üsulu  ilə  neftin  emalından  hazırda 
100-dən artıq müxtəlif çeşidli məhsullar alınır. Dün-


256 
 
yada  kəşf  olunmuş  neft  ehtiyatının  həcmi  BP  neft 
şirkətinin  məlumatına  görə  1188,6  milyard  barel 
təşkil  edir.  Hazırda  dünya  neft  hasilatında  OPEK-in 
payı  60%-dən  çoxdur.  Britiş  Petrolent  Şirkətinin 
"Statistical  Review  of  World  Energu"  nəşrinin  eks-
pertlərinin  fikrincə  neftin  indiki  hasilatı  bu  tenden-
siya  ilə  geoloji  ehtiyatlarının  ən  azı  42  il  hasilatına 
imkan  verir.  Eyni  zamanda  Küveytdə  -  128  ilə, 
Səudiyyə  Ərəbistanda-  85  ilə,  İranda  -  67  ilə, 
Venesuelada - 58 ilə, Liviyada - 43 ilə, Rusiyada - 22 
ilə,  Türkmənistanda-  12  ilə,  ABŞ-da-  10  ilə,  Azər-
baycanda  isə  -  67  ilə  çatacağı  irəli  sürülür.  Ümumi-
likdə  dünya  neft  ehtiyatının 
3/.
4  hissəsi  OPEK  ölkə-
lərinin,  9/10  hissəsi  isə  inkişaf  etməkdə  olan  ölkə-
lərin payına düşür. Dünya ölkələrinin təbii resursları 
içərisində  torpaq  və  su  resurslarından  istifadə  əsas 
yer tutur. Xüsusi ilə əhalinin maddi tələbatını təmin 
etmək və ərzağa olan tələbatını ödəmək üçün torpaq 
resurslarından  səmərəli  istifadə  etmək  ən  vacib 
problemlərdən  hesab  olunur.  Dünyanın  ümumi  tor-
paq fondu 149 milyon km
2
 təşkil edir. Ümumi torpaq 
fondunun  30,3  milyon  km
2
  Afrika,  27,7  milyon  km 
Xarici  Asiya,  22,1  milyon  km
2
  MDB,  22,  milyon 
km
2
  Şimali  Amerika,  8,5  milyon  km
2
  Avstraliya  və 
Okeaniya,  5,1  milyon  km
2
  -i  isə  Xarici  Avropanın 
payına düşür. Əkin sahələri isə 15 milyon km
2
 təşkil 
edir.  Aparılan  iqtisadi  təhlillər  göstərir  ki,  dünyada 
hər  adam  başına  düşən  əkin  sahəsi  azalmağa  meyl 
edir.  XX  əsrin  ikinci  yarısında  əhali  artımı  ilə 


257 
 
əlaqədar adam başına düşən torpaq 1980-cı ildə 0,34 
ha  təşkil  edirdisə,  1990-cı  ildə  həmin  göstərici  0,29 
ha-a  düşmüşdür.  Iqtisadi  göstəricilərdən  aydın  olur 
ki,  ümumilikdə  əkin  sahələri  azalmağa  doğru  meyl 
edir. Dünyada ərzaq təhlükəsizliyinin təmin olunması 
ilk  növbədə  torpaqların  deqradasiyasının  qarşısının 
alınmasını  tələb  edir.  Bu  da  özlüyündə  torpaqların 
münbitləşdirilməsi,  məhsuldarlığın  artırılması  yolu 
ilə  mümkünlüyü  müəyyən  olunmuşdur.  Torpaqların 
deqradasiyası əsasən eroziya, çirklənmə, şoranlaşma, 
səhralaşma,  məhsuldarlığın  aşağı  düşməsi  əlamətləri 
ilə  səciyyələnir.  Bu  səbəbdən  hesablamalara  görə  2 
milyard  hektardan  çox  məhsuldar  torpaqlar  sıradan 
çıxmışdır. Təbii və antropogen faktorların qismən də 
olsa  qarşısının  alınması  ilə  torpaq  resurslarından 
istifadənin  çəkisini  artırmaq  mümkündür.  Bəşəriy-
yətin qlobal problemlərindən biri suya olan tələbatın 
ödənilməsidir. Yer kürəsində su ehtiyatlarının zəngin 
olmasına  baxmayaraq  şirin  su  ehtiyatı  2,8%  təşkil 
edir.  Aparılan  hesablamalara  görə  yer  kürəsinin 
ümumi  su  ehtiyatı  1387  milyon  kub  km  təşkil  edir. 
Ümumi ehtiyatın 96,5%-i dünya okeanlarının, 3,5%-i 
isə  yeraltı,  buzlaq  və  göllərin  payına  düşür.  Hər 
nəfərə dünyada 230 milyon kub metr su düşür. Təbii 
resurslar  içərisində  bioloji  resurslar  üstünlük  təşkil 
edir. Dünyada 500 mindən artıq bitki, o cümlədən 30 
mindən  çox  ağac  və  kol  bitkiləri  vardır.  Həmçinin 
meşələr  yer  kürəsində  385  milyard  kub  metr  ehti-
yatına  malikdir.  Təhlil  olunan  təbii  resurslar  dünya-


258 
 
nın  ayrı-ayn  regionlarında  iqtisadi  sahələrin  forma-
laşmasında  mühüm  əhəmiyyət  kəsb  edən  resurs 
mənbəyi kimi qiymətləndirilir. 
Beynəlxalq  səviyyədə  təbii  resurslardan  istifa-
də  zamanı  ətraf  mühitə  ziyan  verə  bilən  ölkələrin 
sənaye  və  kənd  təsərrüfatı  sahələrinə  BMT-nin  mü-
vafiq təşkilatları tərəfindən nəzarət olunur. 
 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin