Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Ətraf  mühitə  çirklənmədən  dəymiş  iqtisadi



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə82/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   89
DƏRSLİK

Ətraf  mühitə  çirklənmədən  dəymiş  iqtisadi 
ziyanın  hesablanması.  Təbiəti  mühafizə  tədbirləri-
nin səmərəsinin dəf edilmiş ziyan kimi təyin edilməsi 
ziyanın müəyyənləşdirilməsi üsuluna əsaslanır. Ətraf 
mühitin  çirklənməsi  nəticəsində  dəymiş  ziyan-
əslində faktik və ya mümkün olan itkilərdir: ekoloji, 
sosial və iqtisadi. İki cür ziyan ayırırlar: bilavasitə və 
dolayısı 
ziyan.Bilavasitə 
ziyan 
insanların 
sağlamlığının  pisləşməsi,  maddi  dağıntılar,  təbii 
mühitin  tənəzziilü;  dolayısı  ziyan  əlilliyin  artımı, 
xəstəliklər, 
təsərrüfat 
sahələrində 
bəzən 
məhsuldarlığın  aşağı  düşməsi  və  adətən  bilavasitə 
ziyanı  qiymət  və  ya  natural  hesablama  ilə  müəyyən 
etmək  olur,  dolayısı  ziyanı  isə  hesablamaq 
(qiymətləndirmək) çətindir. 
Hesablamaya  yatan  ziyanlar  iqtisadi  və  sosial 
iqtisadi ziyanlardır: Birinci qrupa aiddirlər: 
-  alıınmamış məhsul; 
-  biogeosenozların  məhsuldarlığının azalması; 


239 
 
-  bina  və  qurğuların  xidmət  müddətinin  qısal-
ması (azalması); 
-  tullantıların-xammal  kimi  istifadəyə  yararlı 
olması; 
-  çirklənmənin 
nəticələrinin 
ləğvinə 
olan 
xərclər; 
-  bərpaya lazım olan xərclər; 
-  çirklənmədən  xəstəliyə  görə  əmək  məhsul-
darlığının azalması və s. 
Sosial-iqtisadi 
ziyan 
aşağıdakı  struktura 
malikdir: 
-  xəstəliklərin  artımı  ilə  əlaqədar  səhiyyəyə  və 
ictimai  təminata  çəkilən  xərclər;rekreasiya 
(istirahət)  ehtiyatlarının  saxlanması  üçün 
xərclər; 
-  ekoloji  səbəblərə  görə  əhalinin  miqrasiyası 
(köçməsi, yerdəyişməsi) xərcləri; 
-  istirahət üçün əlavə xərclər. 
Dolayı  ziyanların  (ekoloji  və  sosial)  miqdarı 
(kəmiyyətcə)  qiymətləndirməyə  yatmırlar,  onları 
cəmdə şərti hesablanan ziyanlar adlandırırlar. 
Sosial ziyanlar aşağıdakılardır: 
-  landşaftın korlanması sayəsində estetik ziyan; 
-  ölüm hallarının çoxalması ilə yaranan patoloji 
ziyanlar; 
-  psixoloji ziyanlar. 
Ekoloji  ziyanlar  unikal  ekosistemlərin  dağıl-
ması,  növlərin  məhv  olması,  yoxa  çıxması,  genetik 
itkilər və s. ilə əlaqədardır. 


240 
 
İqtisadi  ziyan-ətraf  mühitin  çirklənməsi  nəti-
cəsində  onun  faydalılıq  dərəcəsinin  dəyişməsidir. 
İqtisadi ziyan aşağıdakı xərclər hesabına yaranır: 
-  cəmiyyətin  ətraf  mühitində  dəyişmələrlə 
əlaqədar əlavə xərclər; 
-  ətraf  mühiti  əvvəlki  vəziyyətinə  gətirmək 
üçün xərclər; 
-  gələcək  cəmiyyətin  qıt  olan  ehtiyatlarının 
dönməz  olaraq  bir  hissəsinin  götürülməsi  ilə 
əlaqədar xərclər. 
Ziyan  biranlıq  permanent  (torpaqların  ero-
ziyası  və  şoranlaşması  zamanı),  latent    (vaxt  keç-
dikdən sonra baş verən, ləng hərəkət edən) və s. olur. 
Bundan başqa iqtisadi ziyanı iki növə - potensial və 
hesablama yolu ilə təyin olunan növlərə bölürlər. 
Potensial ziyan elə iqtisadi ziyandır ki, ləğvinə 
indiki zamanda əlavə xərc tələb olunmur. Hesablama 
ziyanın  elə  hissəsidir  ki,  müəyyən  dövrdə  üzə  çıxır 
və  iqtisad  elminin  indiki  səviyyəsinə  uyğun  olaraq 
pul  formasında  ifadə  edilməsi  mümkündür.  Həmin 
sahəyə  dair  məlumatımız  artdıqca  hesablama  ziyan 
potensial  ziyana  çevriləcək,  potensial  isə  artıq  dəy-
miş ziyan kimi özünü göstərəcəkdir. Qiymətləndirmə 
hesablamalarına  görə  potensial  iqtisadi  ziyan  70-
80%, hesablama  ziyanı isə  faktik  ziyanın 60-65%-ni 
təşkil edir. 
Adətən  ziyanın  aşağıdakı  strukturunu  qeyd 
edirlər:  
1) əhalinin sağlamlığına;  


241 
 
2) kommunal və məişət təsərrüfatına;  
3) kənd və meşə təsərrüfatına;  
4) nəqliyyata, sənayeyə;  
5) digər sahələrə dəyən ziyanlar. 
    Hər bir lokal ziyan ayrılıqda təyin edilir, sonra isə 
toplanır.  Ziyanın  bu  cür  təyinatı  lokal  (yerli) 
ziyanların  toplanması  metodu  adlanır,  yaxud  da 
birbaşa  hesablanır.  Bu  halda  hesabatların  əsasını 
aşağıdakı ardıcıllıq təşkil edir: 
1)  maddələrin  çirklənmə  mənbəyindən  atılma-
sının (axıdılmasının) təyini; 
2)  qarışıqların  qatılığının  atmosferdə  (su  hövzə-
sində) müəyyən edilməsi; 
3)  natural ziyanın təyini; 
4)  iqtisadi ziyanın təyini. 
Atmosfer  havasının  çirklənməsindən  dəyən 
iqtisadi  ziyan  aşağıdakı  xərclərin  cəmindən  əmələ 
gəlir:  xəstələnmələrin  artması  nəticəsindəki  xərclər, 
əsas fondların təmirinin sayının artması, onların xid-
mət  müddətinin  azalması;  kənd  təsərrüfatı  torpaqla-
rının  məhsuldarlığının  azalması,  meşələrin  məhsul-
larının  azalması  və  s.  Bu  yanaşma  çoxlu  miqdarda 
ilkin  informasiya  tələb  edir  və  iqtisadi  ziyanı  daha 
dəqiq  təyin  edir,  Təcrübədə,  adətən,  iqtisadi  ziyanın 
yuvarlaqlaşdırılmış  qiymətləndirilməsi  üsulundan 
istifadə  edirlər.  Bu  təxmini  qiymətləndirmə  verir, 
lakin  daha  ümumi  məsələləri  həll  etmək  üçün  əsas 
ola bilər. 


242 
 
Atmosferə  dəymiş  ziyanı  təyin  etmək  üçün 
aşağıdakı düsturdan istifadə etmək olur: 
 
 
 
                
 
Burada; 
   -  çirklənmənin  hər  şərti  tonuna  görə 
ödəmədir  (xüsusi  ziyandır),  man.  şərti  ton  ilə  ifadə 
olunur.  Bu  qiymətdə  inflyasiya  nəzərə  alınmalıdır. 
Hesablamada  baza  göstəricisi  aşağıdakı  kimi  ifadə 
edilir. Məsələn, 1 ton 
  
 
    şərti ton).  
  -  ölçüsüz  kəmiyyət,  ərazinin növündən  asılı 
olaraq,  atmosferin  çirklənməsinin  nisbi  təhlükəsini 
səciyyələndirir (xüsusi cədvəldən götürülür). 
  -  ölçüsüz  kəmiyyət,  qarışıqların  atmosferdə 
səpələnməsinin  xarakterindən  asılıdır  (cədvəldən 
götürülür). Əgər qaz təmizləyən avadanlıq yoxdursa, 
yaxud  təmizləmə  dərəcəsi  70%-dən  azdırsa,  onda 
 =3;  təmizləmə  70-90%  olarsa   =2,5;  90  %-dən 
çox olarsa 
  =2 götürülür. Qaz xassəli çirklənmə və 
aerozollar üçün 
  =l götürülür.  
M  -  çirkləndirici  maddələrin  gətirilmiş  kütləsi 
(şərti ton /il), aşağıdakı düstur ilə təyin edilir: 
 
    ∑
 
 
 
 
 
   
 
 
Burada 
 
 
 - çirkləndirici maddənin ümumi kütləsi; 


243 
 
 
 
  -  (i  maddəsinin)  nisbi  aqressivlik  göstə-
ricisidir.  Bu  göstərici  həddi  yol  verilən  qatılıq 
(HYVQ) nəzərə alınmaqla təyin edilir (1/HYVQ). 
Su  hövzələrinin  çirklənməsindən  dəyən  ziya-
nın  yuvarlaqlaşdırılmış  qiymətləndirmə  metodu 
aşağıdakı düsturla ifadə edilir: 
 
 
 
       
 
    
 
Burada; 
  - xüsusi ziyan (şərti ton axıntıya görə - man); 
 
 
 - müxtəlif su təsərrüfatı sahələri üçün sabit 
göstərici; (konstanta), xüsusi cədvəldən götürülür. 
Ziyan  hesablama  yolu  ilə  təyin  edilir,  həm  də 
məhsul hasilatına dəyən xüsusi ziyanın hesablanması 
ilə də təyin edilə bilər. 
Təxmini  metodla  hesablamalar  göstərir  ki,  cə-
miyyətə  dəyən  ziyan  hava  hövzəsinin  çirklənməsin-
dən  60%,  su  hövzəsinin  çirklənməsindən  30%  və 
bərk  tullantılarla  çirklənmədən  10%  təşkil  edir. 
İnkişaf  etmiş  xarici  ölkələrdə  təbiətdən  səmərəsiz 
istifadəyə  görə  dəymiş  iqtisadi  ziyan  4-8%  (ümumi 
daxili  məhsul)  təşkil  edir.  Rusiya  üzrə  ümumi 
ziyanın  qiyməti  15-17%  təşkil  edir  (1990). 
Azərbaycanda bu rəqəm bir qədər yüksəkdir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin