Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə85/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   89
DƏRSLİK

5.2.   Azərbaycanın 
təbii 
resurslarından 
kompleks  istifadədə  beynəlxalq  əmək-
daşlığın rolu. 
 
Azərbaycanın  müstəqillyi  sərbəst  şəkildə 
dünya  bazarına  çıxmağa  və  beynəlxalq  əhəmiyyətli 
resurslardan  müştərək  şəkildə  istifadə  olunmasına 
zəmin yaratmışdır. XX əsrin axırlarında və XXI əsrin 
əvvəllərində  Azərbaycanın  bir  sıra  beynəlxalq  təş-
kilatlara üzv olması iqtisadi, siyasi və strateji sahədə 
əməkdaşlığın  inkişafına  təsir  göstərmişdir.  Bu  ilk 
növbədə  ölkədə  maye  yanacaq  resurslarının,  kənd 
təsərrüfatı  sahələrinin  inkişafı  üçün  əlverişli  təbii 
iqtisadi  şəraitin  olması,  filiz  və  qeyri-filiz  sərvət-
lərinin  zənginliyi  bir  çox  xarici  ölkələrin  tanınmış 
şirkətlərinin  həmin  sahələrdə  əməkdaşlığına  zəmin 
yaratmışdır.  Bir  çox  beynəlxalq  layihələrin  həyata 
keçirilməsi  aqrar  sahədə  resurs  potensialından  və 
maye  yanacaq təbii sərvətlərindən istifadəni daha da 
intensivləşdirmişdir.  Həyata  keçirilən  işlərin  nəticə-


259 
 
sində  Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  Ərzaq 
və  Kənd  Təsərrüfatı  Təşkilatı  (FAO),  Dünya  Ban-
kının  Kənd  Təsərrüfatı  İnkişafı  üzrə  Beynəlxalq 
Fondu  (İFAD),  Beynəlxalq  İnkişaf  Assosasiyası 
(GTZ), Türk İş Birliyi və Kalkınma Aynası (TİKA) 
və  s.  beynəlxalq  təşkilatlarla  iqtisadi  əməkdaşlığın 
yaradılması  aqrar  sahədə  nailiyyətlərin  inkişafına 
təsir  göstərmişdir.  Azərbaycan  istər  təbii  mühitin 
mühafıizəsində,  istərsə  də  təbii  resursların  istifadə-
sində  beynəlxalq  əməkdaşlıqda  nailiyyətləri  böyük-
dür. Xüsusi ilə ölkəmizin beynəlxalq əlaqələrinin son 
dövrlərdə  inkişaf  etdirilməsi  sayəsində  bir  sıra 
mühüm  beynəlxalq  konvensiyalara qoşulmasına  real 
şərait  yaranmışdır.  Bunlara  BMT-nin  İqlim  Dəyiş-
mələri Üzrə Çərçivə Konvensiyası; Rio-De-Janeyro -
1992;  Su  Konvensiyası,  Helsinki-  1992;,  Bioloji 
Müxtəliflik  Üzrə  Konvensiya,  Rio-De-Janeyro- 
1992;  Təhlükəli  tullantıların  şəhərlərarası  daşın-
masına  və  zərərsizləşdirilməsinə  nəzarət  haqqında 
Bazel Konvensiyası, Paris- 1994 və s. daxildir. Dün-
yada ərzaq istiqamətli kənd təsərrüfatı tədqiqatları ilə 
məşğul olan elm mərkəzlərinin fəaliyyətini əlaqələn-
dirən, onları maliyyələşdirən Beynəlxalq Kənd    Tə-
sərrüfatı    Tədqiqatları    Məsləhət Qrupu (CÇİAR), 
həmin  məsləhət  qrupuna  daxil  olan quraq  zonaların-
da  Kənd  Təsərrüfatı  Tədqiqatları  Beynəlxalq  Mər-
kəzləri  (İCARDA),  (İPŞRİ)  və  s.  mühüm  elmi  təş-
kilatlarla  əlaqələr  yaradılmış  və  bu  təşkilatlarla 


260 
 
əməkdaşlıq  proqramları  çərçivəsində  aqrar  islahatla-
rın reallaşmasına şərait yaratmışdır. 
    Respublika  iqtisadiyyatının  inkiaşfında  dövlətlər-
arası  iqtisadi  münasibətlərin  formalaşmasında  eləcə 
də  aqrar  təhlükəsizliyin  xüsusi  ilə  əhalinin  ərzaq 
məhsulları  ilə  təmin  olunmasında  iqtisadi  təşkilat-
ların rolu böyükdür. 
Müasir şəraitdə təbii resurs potensialından isti-
fadə  etmək  üçün  beynəlxalq  təşkilatlarla  əməkdaş-
lığın  genişləndirilməsi  siyasəti  həyata  keçirilir.  Bu 
sahədə  dünyanın  TASİS  və  Traseka  proqramları, 
Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yeni-
dənqurma və İnkişaf Bankı (BYİB) və s. təşkilatlarla 
əlaqələrin  inkişaf  etdirilməsi  təbii  resurslardan 
dayanıqlı  istifadə  üçün  əlverişli  zəmin  yaradır. 
Hazırda  Azərbaycan  təbii  sərvətlərin  istifadəsində, 
təbiətin mühafizəsində dünyanın 15-dən çox təşkilatı 
ilə əlaqə saxlayır və həmin təşkilatların üzvüdür. 
       Eyni  zamanda  Azərbaycan  maye  yanacaq  təbii 
resurslarından səmərəli istifadə etmək məqsədi ilə bir 
çox  beynəlxalq  müqavilələrin  iştirakçısıdır.  Bağlan-
mış beynəlxalq səviyyəli müqavilələrə: "Azəri-Çıraq-
Günəşli", "Qarabağ", "Şahdəniz", "Əşrəfı Dan Uldu-
zu", "Lənkəran-Dəniz" və s. yataqlar üzrə bağlanmış 
müqavilələrdən  daxildir.  Əsas  iştirakçı  kompani-
yaların  da  "ARDNŞ",  "AMOKO",  "YUNOKAL", 
"PENZOYL", 
"EKSON", 
"BP", 
"RAMKA", 
"LUKOYL",  "TPAO",  "DELTA"  və  s.  neft  istehsa-
lında öz payları vardır. Istehsal olunmuş neft və təbii 


261 
 
qaz  beynəlxalq  əhəmiyyətli  nəql  olunma  imkanları 
realdır.  Hazırda  Bakı-Tbilisi-Ceyhan  boru  kəməri 
vasitəsilə  dünya  bazarına  ildə 40-50  milyon  ton neft 
ixrac  olunur.  Eyni  zamanda  Azərbaycanın  Qara  Də-
niz  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  (QİƏT)  üzvü 
olması  qarışıq  nəqliyyat  nəql  etmək  imkanlarına 
malik olmuşdur. 
Azərbaycanın  Demokratiya  və  İqtisadi  İnkişaf 
Təşkilatın - GUAM-ın üzv olması Xəzər dənizi; Qara 
dəniz  və  Baltik  dənizi  ölkələrarası  əməkdaşlığin  ya-
ranması maye yanacaq resurslarından istifadə etməyə 
zəmin  yaratmışdır.  Respublikanın  digər  filiz  və 
qeyri-filiz  resurslarından  istifadə  etmək  məqsədi  ilə 
bir çox ölkələrlə iqtisadi əməkdaşlıq əlaqələri yaranır 
və  müəyyən  qrup  ölkələrin  şirkətləri  tərəfındən  hə-
min  sahələrə  ayrılan  investisiyalar  təbii  resursların 
istehsal  dövriyyəsinə  cəlb  olunması  üçün  real 
imkanlar yaratmışdır. 
Son  dövrlərdə  dünya  ölkələrində  təbii  resurs-
ların  istehsal  dövriyyəsinə  cəlb  olunması  sənaye  və 
kənd təsərrüfatı sahələrinin inkişafı ilə yanaşı, təbiəti 
mühafizə  sahəsində  qlobal  ekoloji  problemlər  yarat-
mışdır.  Milli  səviyyədə  həyata  keçirilən  ekoloji  təd-
birlər planetar səviyyədə ətraf mühitin mühafizəsi və 
təbii  resurslardan  davamlı  inkişaf  məsələlərini  həll 
etmək  imkanlarına  malik  deyildir.  Qeyd  olunmalıdır 
ki, milli hüquq çərçivəsindən kənarda olan müəyyən 
qrup təbii sərvətlər (okean suları, Antarktidanın buz-
laqları,  atmosferdə  olan  resurslar  və  s.)  dünyanın 


262 
 
inkişaf  etmiş  ölkələri  tərəfındən  istismara  məruz 
qalır.  Digər  tərəfdən  müəyyən  qrup  ölkələr 
ərazilərində  olan  təbii  sərvətlərdən  istifadə  etməklə 
ekoloji  cəhətdən  ətraf  ölkələrin  mühitinə  ziyanlar 
vururlar. Ekoloji cəhətdən ən çox çirklənmələr tranzit 
çaylara  məruz  qalan  ölkələrin  ərazisində  müşahidə 
edilir.  Həmçinin  iqtisadi  cəhətdən  inkişaf  etmiş  sə-
naye  ölkələrində  atmosferə  buraxılan  zəhərli  tullan-
tıların xüsusi çəkisinin artması hava axınları vasitəsi 
ilə  digər  qonşu  ölkələrin  ərazilərinə  ziyan  verməklə 
təbii  mühitdə  (meşələrin  quruması,  səhralıqların 
əmələ  gəlməsi,  torpaqların  çirklənməsi,  müxtəlif 
xəstəliklərin  yayılması  və  s.)  deqradasiyaya  səbəb 
olur. Bu cəhətdən təbiəti mühafızə sahəsində və eko-
loji  cəhətdən  davamlı  sosial-iqtisadi  inkişafın  təmi-
natında  beynəlxalq  əməkdaşlığın  böyük  rolu  vardır. 
Ətraf mühitin mühafızəsi sahəsində dünyanın bir çox 
aparıcı beynəlxalq təşkilatları; BMT-nin Ətraf Mühit 
Proqramı,  Ekologiya  Fondu,  Dünya  Bankı,  Avropa 
İttifaqının TASİS Proqramı, Ümumdünya Vəhşi Tə-
biət  Fondu,  BMT-nin  İqtisadi  və  Sosial  Şurası 
(İQSOS),  YUNESKO,  YUNEP,  FAO,  ÜST, 
UNİDO,  MAQATE,  AENBA,  Avropa  Şurası  (AŞ) 
və  s.  fəaliyyət  göstəririlər.  Qeyd  olunan  beynəlxalq 
təşkilatların  ətraf  mühitin  mühafizəsinə  və  sosial 
iqtisadi  inkişafın  davamlılığına  dair  müvafiq 
proqramlar  tərtib  edirlər.  Ekoİoji  cəhətdən  davamlı 
inkişaf  anlayışı  ilk  dəfə  1972-ci  ildə  Ərtaf  Mühit 
Üzrə  Stokholm  Konfransında  irəli  sürülmüşdür.  Bu 


263 
 
konfransda ətraf mühitin pişləşməsi ilə əlaqəli olaraq 
BMT  tərəfındən  müstəqil  orqan  olan  "Ərtaf  Mühit 
Üzrə BMT Proqramı" yaradılır və YUNEP adını alır. 
YUNEP-in  əsas  vəzifəsi  daha  qabarıq  olan 
ekoloji  problemlər:  torpaqların  çirklənməsi,  meşə-
lərin  qırılması,  səhralaşma,  şirin  su  ehtiyanın  azal-
ması,  okeanların,  dənizlərin  və  çayların  çirklənməsi 
və  s.  üzrə  tövsiyyələr  vermək,  təbiəti  mühafızə  ilə 
əlaqəli  proqramları  hazırlayıb  həyata  keçirməkdən 
ibarətdir.  Eyni  zamanda  ekoloji  sahədə  olan  ziddiy-
yətlərin həlli üçün müəyyən bir mexanizmin yaradıl-
ması  tələb olunurdu.  Bu  cür  mexanizm  1992-ci  ildə 
Rio-De-Janeyro şəhərində BMT-nin "Ətraf Mühit və 
Davamli  İnkişafa  aid  Konfransın  qərarlarına  əsasən 
yaradıldı.  (R.M.Məmmədov,  Bakı  2009).  Eyni 
zamanda  konfransda  davamlı  inkişaf  üzrə  mühüm 
sənəd  olan  "Agenda  21"  ("XXI  əsrin  gündəliyi") 
proqramı qəbul olunur. 
"Agenda 21" dörd bölmədən ibarətdir. 
"Sosial-iqtisadi  aspektlər"  adlanan  birinci 
bölmədə inkişaf etməkdə olan ölkələrdə davamlı in-
kişafı  sürətləndirmək  üçün  beynəlxalq  səviyyədə 
yoxsulluqla  mübarizə;  tələbat  strukturunun  dəyişil-
məsi;  əhalinin  dinamikası  və  davamlı  inkişafı;  insan 
sağlamlığının  qorunması;  yaşayış  məskənlərinin 
davamlı inkişafına yardım məsələləri irəli sürülür. 
İkinci  bölmədə  təbii  resurslardan  səmərəli 
istifadə və onların mühafızəsi adlanır. Burada əsasən 
atmosferin  mühafızəsi;  torpaq  resurslarından  istifa-


264 
 
dəyə kompleks yanaşma; meşələrin qırılmasına qarşı 
mübarizə;  səhralaşma  və  quraqlığa  qarşı  mübarizə; 
dağ rayonlarının davamlı inkişafı; kənd təsərrüfatının 
və  kənd  rayonlarının  inkişafına  kömək;  biomüxtəlif-
liyin  qorunub  saxlanılması;  şirin  su  ehtiyatının  və 
keyfıyyətinin  qorunması;  təhlükəli  tullantıların  eko-
loji cəhətdən təhlükəsiz şəraitdə kənarlaşdırılması və 
s. məsələlər öz əksini tapmışdır. 
"Əsas  insan qrupları rolunun  möhkəmləndiril-
məsi"  adlanan  üçüncü  bölmədə:  davamlı  və  ədalətli 
inkişafın  təmin  olunması  naminə,  qadınların  məna-
feyi naminə qlobal fəaliyyət; davamlı inkişafın təmin 
edilməsi  prosesində  uşaq  və  gənclərin  maraqlarının 
nəzərə  alınması;  yerli  icma  və  qeyri-hökumət  təşki-
latlarının  rolunun  möhkəmləndirilməsi;  yerli  idarə-
etmə orqanlarının (bələdiyyələrin) təşəbbüskarlığı və 
fəallığı nəzərdə tutulur. 
"Agenda  21"  -in  dördüncü  bölməsində  irəli 
sürülən məsələlərin həyata keçirilməsi üçün maliyyə 
ehtiyatları  və  mexanizmləri;  ekoloji  cəhətdən  təmiz 
texnologiyaların əldə edilməsi sahəsində əməkdaşlıq; 
davamlı  insan  inkişafının  təmin  olunmasında  elmin 
rolu;  kadr  hazırlığı;  beynəlxalq  təşkilatların  mexa-
nizmləri;  beynəlxalq  hüquq  sənədləri  və  mexa-
nizmləri nəzərdən keçirilir. 
RİO-92 konfransında "RİO Bəyannaməsi" qə-
bul edildi ki, burada hər bir dövlər BMT-nin Nizam-
naməsi  və  beynəlxalq  hüquqi  prinsiplərinə  müvafıq 
olaraq öz təbii resurslarından istifadə etmək hüququ-


265 
 
na  malikdir.  Həmçinin  ərtaf  mühit  və  inkişaf 
məsələləri  sahəsində  öz  müstəqil  siyasətini  aparmaq 
hüququna malikdir. 
YUNESKO  əsasən  "insan  və  biosfer"  proqra-
mını  həyata  keçirir.  Insanlarla  ətraf  mühir  arasında 
qarşılıqlı  əlaqə  və  inkişafın  sosial  iqtisadi  amilləri 
üzrə tədqiqatlar aparır. Digər sahələrdə isə savadsız-
lıqla  mübarizə,  təhsilin  planlaşdırılması,  insan  hü-
quqları  sahəsində  və  dünyada  sülhün  möhkəm-
lənməsi üzrə tədqiqatlar aparır. 180-ə qədər üzvü var. 
Qərargahı Paris şəhərindədir (Fransa). 
FAO-BMT-nin  ərzaq  və  Kənd  Təsərrüfatı 
Təşkilatl  (Food  and  Agricultral  Organization  of  the 
Nations,  FAO)  1945-ci  ildə  yaradılmışdır.  Dünyada 
aclıqla mübarizə, insanların qidalanması və həyat şə-
raitinin  yaxşılaşdırılması,  kənd  təsərrüfatında,  balıq-
çılıqda,  meşəçilik  sahələrində  məhsuldarlığın  artırıl-
masına  kömək  etmək  məqsədilə  yaradılmışdır.  Eyni 
zamanda  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və 
emalının  yaxşdaşdırılması,  torpaq  və  su  resursla-
rından, gübrələrdən istifadə üçün işlər aparır. 
ÜST-  Ümumdünya  Səhiyyə  Təşkilatı  olub, 
bütün  xalqların  sağlamlığının  ən  yüksək  səviyyəyə 
çatdırılması  məqsədilə  1946-cı  ildə  yaradılmış  və 
1948-ci  ildən  fəaliyyət  göstərir.  Müxtəlif  xəstəliklə-
rin  ləğvi  üçün  beynəlxalq  əməliyyatlar  təşkil  edir. 
Dərman  preparatlarının  keyfıyyətinə,  narkotik  mad-
dələrin  yayılmasına,  təmiz  su  və  qida  məhsullarına, 


266 
 
ümumi  ekoloji  təhlükəsizlik  məsələlərinə  nəzarət 
edir. Qərargah Cenevrə şəhərindədir. 
UNİDO-  sənayenin  inkişafı  üzrə  təşkilatdlr. 
əsas məqsədi qlobal, regional, milli və sahəvi səviy-
yədə sənayenin inkişafına və yeni beynəlxalq iqtisadi 
qanunların  yaradılmasına  köməklik  göstərilməsi 
məsələləri ilə məşğul olur. 
MAQATE-  radioaktiv  maddələrin  daşınması 
və  saxlanılmasının  təhlükəsizliyinin təmin  olunması, 
tullantıların  təkrar  istehsalı  daxil  olmaqla  ümumi 
radiasiyadan  müdafıə  və  təhlükəsizliyin  təmin 
edilməsi üzrə ixtisaslaşmışdır. 
AENBA-  Atom  Enerji  Üzrə  Beynəlxalq 
Agentlik  təşkilatıdır.  1957-ci  ildə  atom  enerjisinin 
sülh  məqsədilə  istifadə  edilməsi  sahəsində  beynəl-
xalq əməkdaşlığın inkişafı üçün yaradılmışdır. 
Eyni zamanda nüvə təhlükəsizliyi üçün müva-
fiq  normalara  əməl  olunmasına,  nüvə  enerjisinin 
hərbi  məqsədlər  üçün  istifadə  olunmasında  nəzarət 
edir.  Agentlik  nüvə  qurğularının  təhlükəsizliyi,  şüa-
lanmadan  müdafıə,  insanların  sağlamlığı,  radiaktiv 
tullantıların saxlanılması, nüvə yanacağından istifadə 
olunması  və  s.  məsələlər  daxil  olan  geniş  təhlükə-
sizlik  proqramı  qəbul  etmişdir.  Agentliyin qərargahı 
Vyana (Avstriya) şəhərində yerləşir. 
Avropa Şurası (AŞ) - öz fəaliyyətini daha çox 
demokratik  prinsiplərin  həyata  keçirilməsinə,  insan 
hüququnun  əsas  prinsiplərinə  riayət  olunmasına, 
Avropa  vətəndaşlarının  həyat  səiyyəsinin  yüksəldil-


267 
 
məsinə,  ekologiya  və  informasiya  sahəsində  əmək-
daşlığa  yönəltmişdir.  Avropanın  nüfuzlu  təşkilat-
larından  biri  olub,  1949-cü  ildə  yaradılıb.  Qərargah 
Strasburqda yerləşir. 
Aparılan  təhlillərdən  aydın  olur  ki,  təbiətdən 
istifadədə,  ekoloji  sahədə  yaranan  beynəlxalq  əmək-
daşlıq  təbii  resurslardan  səmərəli  istifadə  etmək  və 
onun  gələcək  nəsillər  üçün  qorunub  saxlanılmasında 
mühüm  iqtisadi  əhəmiyyət  kəsb  edir.  Həmçinin 
ekoloji  sahədə  yaranan  qlobal  problemləri  həll  et-
məkdə  beynəlxalq  səviyyədə  qəbul  olunmuş  proq-
ramlar  təbii  mühitin  saflaşmasına  təsir  etməklə 
gələcək  nəsillərin  sağlamlığının  qorunmasmda  və 
təmiz  ekoloji  mühitin  formalaşmasında  əhəmiyyət 
kəsb  edən  sahələr  kimi  qiymətləndirilir.  Beynəlxalq 
əməkdaşlığın digər mühüm cəhəti ondadır ki, təbii və 
əmək  resurslarından  istifadəyə  əlverişli  şərait  yarat-
maqla  bərabər,  insanların  həyat  şəraitinin  yaxşı-
laşması  məqsədi  ilə  xüsusi  proqramlar  hazırlanır, 
həyata keçirilir. 
Təbii  sərvətlərin,  ətraf  təbii  mühitin  saflığına, 
insanların sağlamlığının mühafızəsinə olan diqqət və 
qayğının artırılmasına yönəldilmiş beynəlxalq tədbir-
lərin  əhəmiyyəti  ildən-ilə  artır.  Bu  ondan  irəli  gəlir 
ki, əvvəllərdə məlum olmayan yeni-yeni kimya məh-
sulları  və  müxtəlif  tərkibli  materiallar,  maddələr, 
elementlər  istehsal  olunur,  onların  təbii  mühitə  təsir 
dairəsi  planetar  miqyasda  genişlənir.  Təbətdən  alı-
nan, onun sərvətlərindən istehsal edilən yeni məhsul-


268 
 
lar  ictimaiyyətə  xeyir  gətirir,  xalq  təsərüfatının  inki-
şafını  surətləndirir,  əhalinin  bu  və  ya  digər  məh-
sullara  olan  tələbatını  ödəyir,  Bununla  belə  həmin 
məhsulların  kütləvi  surətdə  istehsalı  geniş  miqyasda 
materiyanın  təbii  balansını  pozur,  ətraf  mühitin 
mühafızəsində çətinlik törədən maddələrin miqdarını 
artırır,  ayrı-ayrı  sənaye  sahələrində,  mərkəzlərində 
sağlamlığı təhlükə altına alır. 
BMT-nin  ətraf  təbii  mühitin  mühafızəsi  Proq-
ramına əsasən planetimizdə 4  milyondan artıq müx-
təlif  tərkibli  kimya,  sənaye  məhsulları  və  maddələri 
istifadə  edilir.  Hər  il  dünya  bazarına  700  növ  belə 
yeni məhsul daxil olur. Bununla belə həmin məhsul-
ların  insanlara  və  ətraf  təbii  mühitə  təsir  dairəsinin 
dərəcəsi hələ də dəqiq öyrənilməmişdir. Onların kan-
seroji  (xərçəng  xəstəliyi  törədən), mutaji  (insanın və 
başqa  canlı  orqanizmlərin  təbii  törədici  mexaniz-
minin  pozulması) və  ya  başqa  bioloji  inkişafa  mənfı 
təsir  dairəsinin  dəqiqliyi  lazımi  qədər  öyrənilməyib. 
Buna  görə  təbiətdən,  onun  sərvətlərindən  alınan 
yeni-yeni  məhsullara  ekoloji  baxımdan  və  təbabət 
baxımından dəqiq nəzarət qoyulmalıdır. 
Qeyd  etmək  lazımdır  ki,  balıq  ovu  donan-
masında  texniki  silahlanmanın  xeyli  artmasına  bax-
mayaraq  dünya  okeanında  balıq  tutulmasının  həcmi 
son  zamanlar  azalmaq  üzrədir.  Əgər  1970-ci  ildə 
dünya  okeanından  52,7  mln.ton  balıq  tutulmuşsa, 
indi  bunun  həcmi  xeyli  azalmışdır.  Heyvanlar 
aləminin, xüsusilə vəhşi heyvanların dünyada surətlə 


269 
 
azalması indi böyük həyəcan doğurur. Son 2000 ildə 
dünyada təxminən 106 növ iri məməli heyvanın, 139 
növ quş və başqa heyvanların nəsli kəsilmişdir. 
Mütəxəssislər  belə  qərara  gəlmişlər  ki,  indi 
min növdən artıq onurğalıların məhv olması təhlükə 
altındadır.  Vəhşi  heyvanların  və  yabanı  bitkilərin 
ticarəti üzrə konvensiya katibliyinin məlumatına əsa-
sən,  indi  dünyada  hər  il  mühafızə  altında  saxlanılan 
Afrika  fıllərinin  700  t-dan  çox  sümüyü  satılır.  Belə 
qanunsuz ticarət onsuz da sayı kəskin surətdə azalan 
fıllərin  surətlə  qırılmasına  səbəb  olur.  Bu  qədər 
sümüyü  əldə  etmək  üçün  minlərlə  fıl  öldürülür. 
Bundan  başqa  hər  il  Afrikada,  Braziliyada  2  min 
timsah dərisi aşılanıb satışa verilir. İndi nadir tapılan 
quş və heyvanların qiyməti çox bahalaşmışdır. Məsə-
lən, danışan tutu quşunu çox baha, o cümlədən AFR-
də  15  min  markaya  satırlar.  Cənubi  Amerikada 
yaşayan  atselatdan  hazırlanan  manto  (  buna  10  dəri 
gedir)  75  min  markaya  satılır  ki,  bu  da  «Mersedes» 
markalı minik avtomaşınının qiymətinə bərabərdir. 
Təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsi, 
ətraf  təbii  mühitin  mühafızəsi  son  yüz  ildə  dünya 
ictimaiyyətinin  həmişə  diqqət  mərkəzində  olmuşdur. 
Müharibədən  sonrakı  dövrdə  ictimai  fıkrin  təsiri 
altında bir çox dövlətlər bu haqda təsirli tədbirlər və 
qərarlar qəbul etmişlər. Qeyd etmək lazımdır ki, hələ 
XX  əsrin  əvvəllərindən  bəri  təbiətin  mühafızəsi 
xüsusilə  vacib  məsələ  kimi  qarşıda  durur.  1910-cu 
ildə  Qratsda  (Avtriya)  keçirilmiş  ÜII  Beynəlxalq 


270 
 
Zoologiya  konqresi,  1913-cü  ildə  Beri  şəhərində 
Təbiətin  Beynəlxalq  mühafızəsi  üzrə  çağırılmş  kon-
fransda mühüm təcrübi əhəmiyyət daşıyan məsələlər-
dən  başqa,  təbii  sərvətlərin  gələcək  nəsil  üçün 
saxlanılmasına,  onların  mühafızəsinə  dair  bir  sıra 
vacib vəzifələr irəli sürülmüşdür. 
Əsrimizin  60-cı  və  70-ci  illərində  təbiətin 
mühafızəsi üzrə dünya ictimai fıkir mübadiləsi daha 
geniş  miqyas  alır.  Dünya  ölkələrinin  əksəriyyətinin 
təklifınə  və  təkidinə  görə  1968-ci  ildə  BMT-nin 
YUNESKO təşkilati xətti ilə Paris şəhərində keçiril-
miş  biosferin  və  onun  sərvətlərinin  mühafızəsi  üzrə 
beynəlxalq konfransı, Avropa iqtisadi komissiyasının 
1971-ci  ildə  Praqa  şəhərində  ətraf  mühitin  mühafı-
zəsinə həsr olımmuş konqresi və 1972-ci ildə BMT-
nin  Stokholm  şəhərində  insanı  əhatə  edən  mühitin 
mühafızəsinə  dair  konfransı  cəmiyyətin  qarşısında 
təbiətin  mühafızəsi  sahəsində  mühüm  vəzifələr 
qoymuşdur. 
70-ci  illərdə  ətraf  təbii  mühitin  mühafızəsi, 
təbii sərvətlərdən istifadə edilməsi üzrə dövlətlərarası 
beynəlxalq  əlaqələr  xeyli  genişləndirilmişdir.  Siyasi, 
iqtisadi,  mədəni,  elmi-texniki  əməkdaşlıq  sahəsində 
dövlətlərarası  əlaqələr  təkmilləşir  və  inkişaf  edir. 
Dövlətlərin, müvafıq beynəlxalq təşkilatların, siyasi, 
elm  xadimlərinin,  mütəxəssislərin  köməyi  ilə  təbiət 
problemləri  üzrə  elmi  cəhətdən  əsaslı  ölçülüb-biçil-
miş  tədbirlərin  həyata  keçirilməsi  mühüm  məsələ 
kimi  qarşıda  durur.  Göstərilən  müddətdə  dəniz  və 


271 
 
okeanların,  atmosferin,  bir  çox  ölkələrdən  keçən  və 
ölkələrdaxili tranzit çayların mühafızəsinə dair ciddi 
qərarlar  və  təkliflər  qəbul  edilmişdir.  Heyvanlar 
aləminin, xüsusilə suda yaşayan məməli heyvanların, 
ağ  ayıların,  Arktika  suitilərinin,  bütün  köçəri  hey-
vanların, onların yaşayış mühitinin mühafızəsinə dair 
müvafıq  qərarlar  qəbul  edilir.  Təbii  mühitin  müha-
fızəsinin  təşkili  problemində  BMT-nin  1972-ci  ildə 
insanı əhatə edən mühitin mühafızəsi üzrə konfransı 
proqramının  fəaliyyətdə  olmasının,  BMT-nin  Baş 
Məclisinin  bir  sıra  təkliflərinin,  məsələn,  Avropada 
təhlükəsizlik  və  əməkdaşlıq  aktı  (1975-ci  il)  qərar-
larının həyata keçirilməsinin böyük təsiri olmuşdur. 
İqtisadi  cəhətdən  inkişaf  etmiş  rayonlarda, 
məsələn,  Şimali  Amerikada,  qərbi  Avropada,  Yapo-
niyada,  keçmiş  SSRİ-də  ətraf  təbii  mühitin 
mühafızəsi ilə baglı daha çox tədbirlər irəli sürürlər. 
Bu  ölkələrin  sərhədləri  boyu  ekoloji  mühitin  saflığı 
uğrunda  tranzit  çayların  çirklənməsinə  qarşı  müba-
rizədə  mühüm  işlər  görülmüşdür.  Avropa  regional 
beynəlxalq  təşkilatları  dairəsində,  məsələn,  Avropa 
Şurası, İqtisadi əməkdaşlıq, inkişaf və başqa beynəl-
xalq  təşkilatların  fəaliyyəti  sayəsində  ətraf  təbii 
mühitin mühafızəsi, təbii sərvətlərdən, iqtisadi, texni-
ki  imkanlardan  səmərəli  istifadə  edilməsi  barəsində 
bir  sıra  müqavilələr  bağlanmış,  qərarlar  qəbul  edil-
mişdir. Avropanın bir sıra beynəlxalq təşkilatlarında 
ətraf təbii mühitin mühafızəsinə dair xüsusi bölmələr 
yaradılmışdır.  Afrikada,  Latın  Amerikasında,  Cənu-


272 
 
bi-Şərqi Asiyada və Sakit okean hövzəsi ölkələrində 
təbii  sərvətlərin  mühafızəsi  üzrə  beynəlxalq  miqyas-
da mühüm işlər həyata keçirilməkdədir. 
Son  10-12  ildə  beynəlxalq  miqyasda  təbətin 
mühafızəsinə dair tədbirlər üzrə əldə edilmiş mühüm 
nailiyyətlərdən  biri  BMT  dairəsində  bu  sahədə 
dövlətlərarası  işlərin  uzlaşdırılması  və  maddi  cəhət-
dən  maraqlandırılması  olmuşdur.  1972-ci  ildə  BMT 
tərəfindən  Stokholm  şəhərində  insanı  əhatə  edən 
mühitin mühafızəsi probleminə həsr edilmiş konfrans 
öz  tarixi  əhəmiyyətinə  görə  mühüm  yer  tutur.  Bu 
konfransın  yekunları  üzrə  BMT-nin  Baş  Məclisinin 
XXÜII sessiyasında uzunmüddətli əhəmiyyətə malik 
olan nizamnamə qəbul edilmişdir. 
Göstərilən  nizamnaməyə  əsasən  BMT-nin 
daxilində  ətraf  təbii  mühitin  mühafızəsi  ilə  məşğul 
olan YUNEP adlı xüsusi təşkilat yaradılmışdır. 
    Stokholm  konfransından  başqa  əhali  məskunlaş-
ması  (Buxarest,  1974-cu  il),  ərzaq  problemi  (Roma, 
1974-cü  il),  yaşayış  məntəqəsi  (Vankuver,  1976-cı 
il), 
su 
sərvətləri( 
Mindel 
Plata,1977-ci 
il) 
problemlərinə  həsr  edilmiş  konfransların  qərarları 
mühüm  yer  tutur.  Göstərilən  konfransların  mühüm 
əhəmiyyətindən  biri  də  beynəlxalq  səpgidə  hüquqi 
həyatın  ayrılmaz  hissəsinə  çevrilməsidir.  Bununla 
yanaşı  təbiəti  mühafızə  sahəsində  beynəlxalq  əmək-
daşlığın  inkişaf  etdirilməsində  bir  sıra  çətinliklər 
vardır.  Bu  çətinliklər  təbii  mühitin  mühafızəsində 
ayrı-ayrı  dövlətlərin  mənafelərinin  toqquşmasından, 


273 
 
kapitlist istehsal münasibətləri şəraitində təbii sərvət-
lərdən  plansız  istifadə  edilməsindən,  imperialist  dai-
rələrin  mürtəce  siyasəti  nəticəsində  hərbi  silahların 
və xərclərin ildən-ilə artırılmasından irəli gəlir. 
Müasir  dövrdə  ekologiyanın  və  iqtisadiyyatın 
qarşılıqlı  inkişafı  vacib  problemə  çevrilmişdir. 
«Ekoinkişaf»  adlanan  bu  konsepsiya  bütün  beynəl-
xalq  müşavirələrdə,  konqreslərdə  ictimaiyyətin 
diqqət 
mərkəzində 
durmuşdur. 
YUNEP-in 
idareəedici  şurasının  ikinci  sessiyası  (  1974-cü  il) 
qərara  almışdır  ki,  «ekoinkişafın»  konsepsiyasını  və 
metedologiyasını  gələcəkdə  də  inkişaf  etdirmək 
zəruridir. 
Beynəlxalq konfranslar təbiətin mühafızə edil-
məsi  sahəsində  dünyada  əməkdaşlığı  ənənəvi  və  ən 
səmərəli  formalarından  biridir.  Lakin  bu  konfrans-
ların qərarları, onun iştirakçılarının  hüquqi  cəhətdən 
fəaliyyəti  məcburi  deyildir,  lakin  onlar  təbiətin  mü-
hafızəsi  üzrə  siyasi,  beynəlxalq  qaydaların  icrasına 
yardım  edirlər.  Təbiətin  mühafızəsi  sahəsində  mü-
hüm forum olan beynəlxalq konfransların keçirilməsi 
əsasən  XX  əsrin  əvvəllərindən  başlanmışdır.  İsveç-
rənin dəvəti ilə konfransda 17 dövlətin nümayəndəsi 
iştirak  edirdi.  Bunlar:  Avstriya,  Almaniya,  ABŞ, 
Argentina,  Belçika,  Böyük  Britaniya,  Danimarka, 
İsveç,  İsveçrə,  İspaniya,  İtaliya,  Macarıstan,  Nider-
landiya,  Norveç,  Portuqaliya,  Rusiya,  Fransa  idi. 
Konfrasda  təbiətin  sərvətlərinin  istifadə  edilməsi, 
təbiətin  mühafızəsi  sahəsində  bütün  məlumatların 


274 
 
toplanmasının  və nəşr  edilməsinin təşkilindən  ibarət 
idi.  Konfransda  əsas  mühazirə  ilə  İsveçrə  alimi  Pol 
Sarazin  çıxış  etmişdir.  O,  ayrı-ayrı  dövlətlər  tərə-
findən  təbiətin  korlanması  haqqında  danışaraq,  də-
nizlərdə,  okeanlarda  yaşayan  məməli  heyvanların 
təkrar istehsalına şərait yaradılmasını qarşıda qoydu. 
Pol  Sarazin  dünyada  təbiətin  mühafızəsi  ideyasını, 
yəni  beynəlxalq  və  milli  ruhda  ətraf  mühitin  saflığı-
nın  təmin  edilməsi  haqqında  qarşılıqlı  sistemlərin 
yerinə yetirilməsi məsələlərini irəli atdı. 
Lakin  istismar  siyasətinin  genişləndirilməsi 
tərəfdarı  olan  kapitalist  dövlətləri  Beri  konfransının 
qərarlarını  həyata  keçirməyə  mane  olurdular.  Məsə-
lən, konfansda Fransa nümayəndələrindən biri bildir-
di  ki,  nadir  quşlar  qorunarsa,  onda  quş  lələyindən 
qadın papaqları hazırlayan şirkətə zərər dəyər. Lakin 
birinci dünya  müharibəsinin  başlanması  ilə  əlaqədar 
olaraq  konfransın  qərarlarının  həyata  keçirilməsi 
mümkün olmadı. 
Məlumdur  ki,  müharibə  başlıca  olaraq  hərbi 
məsələlərin həyata keçirilməsini irəli sürürdü. Yalnız 
ikinci  dünya  müharibəsi  qurtarandan  sonra,  yəni 
təbiətə  dəyən  təsirin  zərərli  cəhətlərinin  daha  kəskin 
nəzərə çarpması ilə əlaqədar olaraq, beynəlxalq təşki-
latlar  təbiətin  mühafızəsi  haqqında  təsirli  tədbirlər 
axtarmağa başladılar. Onu demək kifayətdir ki, 60-cı 
illərin  əvəllərinə  qədər  təbii  sərvətlərin  istifadəsinə, 
təbiətin mühafızəsinə dair dünyada 500-ə qədər kon-
frans  keçirilmişdir.  1948-ci  ildə  təbiətin  mühafızəsi 


275 
 
və təbii sərvətlər üzrə Beynəlxalq İttifaq təşkil edildi. 
50-ci  və  60-cı  illərdə  BMT-nin  ayrı-ayrı  bölmələri 
beynəlxalq  miqyasda  təbii  sərvətlərin  istifadə 
edilməsinə  və  təbiətin  mühafızəsinə  daha  ciddi  diq-
qət  yetirməyə  başlamışdır.  BMT-nin  fəaliyyəti  döv-
ründə  ilk  dəfə  1962-ci  ildə  onım  Baş  Məclisinin 
XÜII  sessiyasinda  təbiətin  mühafızəsinə  dair  geniş 
qətnamə  qəbul  edildi.  İqtisadi  inkişaf  və  təbiətin 
mühafızəsi adlı dövlətlərin aşağıdakı şərtlərə tezliklə 
əməl etməsinə ümidvar olduğunu bildirdi: 
-  təbii  sərvətlərin  istifadəsi  prosesində  onların 
təkrar  istehsalının  bərpa  edilməsi  və  istehsala 
səmərəli cəlb edilməsi; 
-  bu  məqsədlərin  yerinə  yetirilməsində  təbiətin 
və təbii sərvətlərin mühafızəsi üzrə fəaliyyətdə 
olan  ittifaqa,  beynəlxalq  təşkilatlara  kömək 
edilməsi; 
-  flora  və  faunanın  saxlanılmasında  beynəlxalq 
konfransların  qüvvədə  olan  qərar  və  təkliflə-
rinə əməl edilməsi; 
-  bu sahədə məlumatlar mübadiləsinə alimlər və 
mütəxəssislərlə sıx əməkdaşlığın və əlaqələrin 
aparılmasına müvafıq şərait yaradılması; 
-  torpağın,  suyun,  flora  və  faunanın  səmərəsiz, 
təsərrüfatsızlıqla  istifadə  edilməsini  aradan 
qaldırmaq 
məqsədilə  gələcəkdə  müvafıq 
qanunların həyata keçirilməsi; 
-  təhsil  müəssisələri  mətbuat,  radio,  televiziya 
və sair məlumatların köməyi ilə təbiətin müha-


276 
 
fızəsi sahəsində insanlar arasında əməkdaşlığın 
genişləndirilməsi.  Beynəlxalq  miqyasda  milli 
kompaniyaların yaradılması; 
-  flora  və  faunanın  zənginləşdiriməsinə,  müha-
fızəsinə  nail  olmaq  məqsədilə  müvafıq 
departamentlərin bu işə cəlb edilməsi. 
BMT-nin  XXII  sessiyasının  qərarına  əsasən 
1968-ci  ildə  keçirilmiş  Paris  konfransı  təbii  sər-
vətlərdən  istifadə  edilməsinin  elmi  əsaslarının  işlə-
nib,  həyata  keçirilməsini  tövsiyyə  etdi.  Bu  konfrans 
eyni  zamanda  biosfer  sərvətlərinin  mühafızəsi  prob-
lemlərinə  dair  ümumdünya  konfransının  keçiril-
məsini  zəruri  hesab  etdi.  BMT  Baş  Məclisi  (dekabr, 
1968-ci  il)  insanı  əhatə  edən  mühitin  mühafızəsinə, 
təbii sərvətlərdən istifadə edilməsinə dair konfransın 
1972-ci  ildə  keçirilməsini  qərara  aldı,  Baş  Məclisin 
qətnaməsinə  görə  konfransın  əsas  məqsədi  təbii 
sərvətlərdən  istifadə  edilməsini,  ətraf  təbii  mühitin 
mühafızəsini  səmərəli  təşkil  etməkdən,  bu  sahədə 
ayrı-ayrı  dövlətlərin,  beynəlxalq  təşkilatların  məsu-
liyyətini  artırmaqdan,  bunlara  nəzarət  etmək  üçün 
xüsusi  baş  katibi  təşkil  etməkdən  ibarət  idi.  Kon-
fransın  təşkil  etdiyi  hazırlıq  Komitəsinə  Argentina, 
ABŞ,  Braziliya,  Böyük  Britaniya,  Qana,  Qvineya, 
Zoambiya,  İran,  İsveç,  İtaliya,  Yamayka,  Yaponiya, 
Yuqoslasiya,  Kanada,  Kipr,  Kosta-Rika,  Misir, 
Keçmiş  SSRİ,  Fransa,  Çexoslavakiya  dövlətlərinin 
nümayəndələri daxil edilmişdir. 


277 
 
Keçmiş  SSRİ  və  sosialist  dövlətləri  istər  öz 
ərazilərində, istərsə də beynəlxalq miqyasda təbiətin 
mühafızə  edilməsinə  həmişə  yüksək  səy  göstər-
mişlər.  Sosialist  cəmiyyətinin  təbii  sərvətlərin 
saxlanılmasına  və  mühafızəsi  probelmlərinə  qayğısı 
kommunist  və  fəhlə  partiyalarının  fəaliyyətində, 
eləcə  də  əhalinin  fəal  iştirakında  əks  etdirilmişdir. 
Təbiətin  mühafızsi  məsələləri  sosialist  ölkələrində 
kommunizm  quruculuğunun  tərkib  hissəsi  olmaqla 
mühüm dövlət əhəmiyyətli məsələdir. 
Keçmiş  SSRİ-də  və  sosialist  ölkələrində  ətraf 
təbii  mühitin  müasir  nəzəriyyəsi  və  təcrübəsi  mark-
sist-leninçi  qabaqcıl  elminə  istinad  edən  cəmiyyətlə 
təbiət arasında qarşılıqlı  əlaqələrə əsaslanır. Təbiətin 
mühafızəsində təbii sərvətlərin səmərəli istifadəsində 
sosialist  dövlətlərinin  iştirakı  və  rolu  bütünlükdə 
marksizm-leninizm nəzəriyyəsinə əsaslanır. 
Sosialist dövlətləri BMT-nin insanı əhatə edən 
mühüm probleminə dair Stokholm konfransıda və bu 
sahədə aparılan başqa tədbirlərdə iştirak etmişdir. 
Yerin 
altında 
nüvə 
silahlarının 
sınaqdan 
keçirilməsinin  qadağan  edilməsinə  dair  Moskva 
müqaviləsi  (1963-cü  il)  və  bundan  sonra  nüvə 
silahının  qadağan  edilməsinə  dair  müqavilənin 
qüvvəyə minməsi beynəlxalq aləmdə siyasi və hərbi 
gərginliyin zəiflədilməsində böyük əhəmiyyətə malik 
oldu. Nüvə silahının kosmosda okeanların və dəniz-
lərin  dibində  saxlanılmasının,  sınaqdan  keçirilmə-
sinin  qadağan  edilməsinə  dair  dövlətlərarası  müqa-


278 
 
vilənin qəbul edilməsi bu sahədə ciddi addım olmuş-
du.  Beynəlxalq  ticarət  və  elmi-texniki  əməkdaşlıq 
sahəsində  də  görkəmli  nailiyyətlər  əldə  edilmiş, 
xalqlar arasında inam və etibar xeyli artmışdır. 
Keçmiş  Sovetlər  İttifaqının  qurultaylarında 
elan edilmiş Sülh proqramı dünyada sülhün, iqtisadi, 
ictimai  əlaqələrin  möhkəmləndirilməsində  mühitin 
mühafızəsinin  yaxşılaşdırılmasında  böyük  rol  oyna-
dı. Dünyada sülhün bərqərar edilməsinə, təbii sərvət-
lərdən sülh məqsədləri üçün istifadə olunmasına dair 
qərar və tövsiyyələri, insanı əhatə edən təbii mühitin 
mühafızəsinə  dair  göstəriciləri  bir  sıra  tədbirlərin 
müvəffəqiyyətlə keçirilməsinə kömək etdi. Stokholm 
konfransı 1972-ci il mayın 5-də Stokholm şəhərində 
açıldı. 113 dövlətin təmsil etdiyi bu konfransın ümu-
mi  müşavirəsində  ayrı-ayrı  ölkələrin  və  beynəlxalq 
təşkilatların  nümayəndələri  dünya  ictimaiyyətini 
narahat  edən  problem  məsələlərdən  danışmış  və  bir 
sıra  vacib  tədbirlər  irəli  sürmüşlər.  Mühazirəçilər 
belə  bir  bir  vəziyyətə  diqqət  yetirmişlər  ki,  insanı 
əhatə  edən  və  hər  cür  geniş  imkana,  təbii  zəngin-
liklərə  malik  olan  insanların  üçdə  iki  hissəsi  ehtiyac 
içində yaşayır, yeməkdən korluq çəkir. Bunun aradan 
qaldırılması,  təbiətin  maddi  nemətlərindən  səmərəli 
istifadə  edilməsi,  dünya  əhalisinin  fıravan  yaşaması 
üçün konfrans mühüm tədbirlər irəli sürdü. 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin