FRANSİSKO KEVEDO /1580-1645/. XVII əsr is-
pan ədəbiyyatında bədii nəsrin ən görkəmli nümayəndəsi
Fransisko Qomes de Kevedodur. O, zadəgan ailəsindən
çıxmış, dəfələrlə yüksək dövlət vəzifələrində çalışmış, o
cümlədən bir müddət maliyyə naziri olmuşdur. Güclü
enerjiyə malik olan Kevedo, həm də ipə-sapa yatmayan bir
şəxs idi. Gözünün zəif görməsinə, bir ayağının şikəst
olmasına baxmayaraq ən dalaşqan bir adam kimi tanınmışdır.
Ən kiçik bir səbəb üstündə qılıncını qınından çıxarar, duel
tələb edərdi. Bir dəfə qəfəsdən çıxmış bəbir onun üzərinə
atılır, Kevedo onu öldürür.
Kevedo məhsuldar bir yazıçı idi. O, şeir və nəsr
formalarından eyni məharətlə istifadə edirdi. Ədib öz
satiralarında yezuitləri, saray və saray əyanlarını, acgöz
Afaq Yusifli İshaqlı
330
dövlət məmurlarını, o cümlədən nazirləri, varlı tacirləri,
fırıldaqçıları, işbazları ifşa etmişdir. Xalqın yoxsulluğu,
hakimlərin alçaqlığı ilə barışa bilməyən yazıçı zadəgan
ailəsindən çıxmasına baxmayaraq hakim təbəqələrə qarşı
ciddi müxalifətdə idi.
Kevedo satiralarından narazı qalan hakim təbəqələr
onun həyatına qəsd etmək qərarına gəlir və bunun üçün
muzdlu qatillər tuturlar. Lakin ədib öz çevikliyi ilə bu
təhlükədən canını qurtarır. Nazir Olivaresi tənqid etdiyinə
görə onu həbs edir və dörd il San Marko monastırında
saxlayırlar. Həbsxanada yazıçının səhhəti pozulur. O,
azadlığa çıxdıqdan sonra çox yaşaya bilməyib ölür.
Kevedo siyasi görüşləri baxımından güclü mütlə-
qiyyət hakimiyyəti tərəfdarı idi. O, dövlətə qarşı ona görə
müxalifət mövqeyində idi ki, kral hakimiyyətinin zəifliyi,
ayrı-ayrı fırıldaqçıların əlində oyuncaq olması, yerli
feodallarla bacara bilməməsi ilə razılaşmırdı. Ədəbiyyat
sahəsində isə o, Qonqoranın mürəkkəb, dolaşıq, müəmmalı
üslubunu rədd edirdi. Ədəbiyyatdan həqiqət, sadəlik,
aydınlıq gözləyirdi. "Qoy Lope de Veqa bizə poeziyada
parlaq bir aydınlığı öyrətsin" deyən Kevedo bir şair kimi
daha çox barokko ədəbi cərəyanına meyl edirdi. Burada o
daha çox Kalderona yaxınlaşırdı. Kədərli mənzərələr yaradır,
kədərli əhval-ruhiyyə ifadə edirdi.
Sonetlərinin birində dünyanın get-gedə vəhşiləş-
məsini, abad şəhər və kəndlərin boş səhralara çevrilməsini
şair dərin bir kədər və bədbinlik hiss ilə qələmə alır. Budur,
vaxtı ilə abad olan gözəl bir şəhər viran qalmışdır, onun
keçmiş əzəməti, təntənə və təmtərağı dağılıb getmişdir.
Tarlalarda əvvəlki həyat və sevincdən əsər-əlamət yoxdur.
Günəşin şüaları çayları qurutmuş, heyvanlar susuzluqdan
gileyli-gileyli mələşirlər. Evə qayıdan lirik qəhrəman evdə də
eyni mənzərənin şahidi olur: hər yanı toz basmış, lazımsız
XVII əsr Qərbi Avropa ədəbiyyatı
331
əşyalar səliqəsiz bir şəkildə tökülmüşdür, qılınc pas atmış,
əyri əsa sınmışdır. Sonetin son iki misrasında isə barokko
ədəbiyyatına məxsus ümidsizlik, bədbinlik əhval-ruhiyyəsi
ölüm və qəbiristanlıq sözləri ilə daha da gücləndirilmişdir.
Hara göz yetirirsən, üfunət, zülmət hər yan!
Boylanır hər tərəfdən ölüm, bir də qəbiristan!
Fransisko Kevedo, əlbəttə, nəsr əsərləri ilə şöhrət
qazanmışdır. Onun "Yuxular", "Don Pablos adlı Seqoviyalı
bir tülüngünün həyat sərgüzəşti", "Hər şey və bir çox başqa
şeylər haqqında kitab" kimi nəsr əsərləri yüksək
sənətkarlıqla yazılmışdır.
"Don Pablos adlı Seqoviyalı bir tülüngünün həyat
sərgüzəşti" romanı satirik kələkbazlıq povesti kimi yazıl-
mışdır. Romanda ispan dvoryanlığının süqutu və cəmiyyətin
bütün təbəqələrini bürüyən əxlaqi düşkünlük əlvan
mənzərələrlə əks etdirilmişdir. Güclü satirik ruhda yazılan bu
əsər öz kədərli məzmunu ilə kələkbazlıq romanlarının bütün
əvvəlki nümunələrindən fərqlənir. Əsərin qəhrəmanı Pablo
bərbər oğludur, anası küçə qadını olmuşdur. Pablo
kələkbazdır, onun heç bir əxlaqi prinsipi yoxdur. O, gah
aktyor olur, gah yalandan şikəst dilənçi roluna girir, gah
oğrular dəstəsinə qoşulur, bəzən muzdlu qatil olur. Onu əhatə
edən adamlar da onun özü kimidir. Bunlar əslində əsasən
vəhşiləri xatırladan varlılardır. Bunlarda təmiz, insani bir
cəhət axtarmaq yersizdir.
Həyatın çirkab içərisində ayaqladığı, bədbəxt etdiyi
Pablo bu yola necə düşdüyünü xatırlayaraq deyir: "Bir atalar
sözündə deyilir ki, başqaları necə edirsə, sən də elə hərəkət
et. Doğru da deyir. Məhz bu sözü xatırlayıb mən də
fırıldaqçılar fırıldaqçısı olmaq, əgər mümkünsə, başqaları
arasında ən böyük fırıldaqçı olmaq qərarına gəldim." Roman
mövcud gerçəkliyə qarşı barışmaz ruhda yaradılmışdır. Eyni
Afaq Yusifli İshaqlı
332
zamanda əsərdə xeyirə, namuslu həyata çağırış da güclüdür.
Kevedonun başqa əsərlərində olduğu kimi burada da onun
müsbət idealı aydın deyildir. Katolik dini xadimlərinə qarşı
kəskin mənfi münasibət bəsləyən ədib büsbütün din və
kilsədən ayrıla bilmir. Kral hakimiyyətinin insana zidd
siyasətini, hakim təbəqələrin daş ürəkliliyini cəsarətlə ifşa
edən ədib öz ümidlərini müdrik və xeyirxah kral ideyasına
bağlayır. Onun baxış və görüşlərində XVII əsr ispan
həyatının ziddiyyətləri, onun ən yaxşı adamlarının nəcib
idealları, həm də gücsüzlüyü əks olunmuşdur.
Kevedo yazır: "Üç şey dünyada ən yaxşıdır, bu üç şey
üç qrup insanlar tərəfindən qeyri-adi dərəcədə nifrətlə
qarşılanır: sağlamlıq həkimlər, sülh əsgərlər, həqiqət bəzi
yazıçılar və cızmaqaraçılar tərəfindən." Yazıçının bu qeydləri
göstərir ki, onu insanların sağlamlığı, əmin-amanlığı,
incəsənətdə isə həqiqət, həyatilik daha çox cəlb edir və
sevindirir.
"Yuxular" əsərində Kevedo daha dərin satirik fəlsəfi
ümumiləşdirmələr aparır. Ədib belə hesab edir ki, oğurluqla
məşğul olan, qanunla cəzalandırılan adamlar kimi qanuna
əsaslanıb oğurluq edən dövlət nazirləri də oğrudurlar. Axirət
dünyasında qatillər və həkimlər bir yerdə olduqları kimi
oğrularla dövlət xadimləri də eyni bir yerdə olurlar.
Kevedonun bədii nəsri həm də konseptizmlərlə
zənginləşdirilmişdir. İspaniyada yaranan ən maraqlı ədəbi
hadisələrdən biri olan konseptizm başqa ölkələrin
yazıçılarına da güclü təsir göstərmişdir. Onun banisi şair
Alonso Ledesmadır. Bu hadisənin adı A.Ledesmanın 1600-
cü ildə çap olunan "Konseptos espirituales" adlı şeirlər
kitabının adından götürülmüşdür. "Əqli dərketmələr",
"İntellektual tapmacalar" şəklində tərcümə edilə bilən bu ad
altında toplanan şeirlərdə incə söz, ideya, fikir oyunları əks
olunmuşdur. Bu tipli əsərlərdə əsas fikir incə yarım
XVII əsr Qərbi Avropa ədəbiyyatı
333
eyhamlar, intellektual tapmacalar yolu ilə ifadə olunur.
Kevedo nəsr əsərlərində konseptizmlərdən sıx-sıx
istifadə edir. Məsələn, yazıçı ac adamın dişsiz ağzını təsvir
etmək istərkən yazır: "dişləri işsizliyə və boş-boş
veyllənməyə görə sürgün edilmişdir", heç bir ləzzəti, dadı
olmayan pəhriz bulyonu Nərgizin öz əksini gördüyü saf
çeşmə suyuna oxşadılmışdır. "Bütün adamlar cidaya
oxşayırdılar, həm də elə bil ki, onların üzlərinə aşındırıcı
sirkə turşusu sürtmüşdür." "Bədənin aşağı hissəsi iki uzun və
yastı ayağı olan çəngələ, yaxud kompasa oxşayırdı." "Onun
saqqalı qonşu ağızın qorxusundan rəngini itirmişdi, çünki
adama elə gəlirdi ki, o, aclıqdan əzab çəkdiyi üçün onu
yeməklə hədələyir." Bütün bu bənzətmələr konseptizm
ruhunda yaradılmışdır.
Kevedonun nəsri əqli səciyyə daşıdığından oxucunun
hiss və duyğuları deyil, ağlına xitabən yazıldığından onda
lirik, hissi, emosional cizgilər zəifdir. Buna görə də onun
gözlənilməz bənzətmələri və söz oyunları, ən uzaq hadisələri
yaxınlaşdırmaq, bənzətmək cəhdləri tamamilə yerinə düşür.
O, laqeyd bir təsvirçi, qayğısız-qayğısız nöqsanlara gülən, öz
baxışlarını zorla qəbul etdirməyə çalışmayan bir yazıçı kimi
hərəkət edir. Onun satirik hücumlarında güclü bir kədər və
ümidsizlik duyulur. "Hər şey və bir çox başqa şeylər
haqqında kitab" əsərində müəllif həmin kədər ümidsizliyi
dərin intellektual söz oyunları vasitəsilə ifadə edir.
"Sevilmək üçün nə etmək lazımdır?" sualına Kevedo belə
bədbin bir cavab qaytarır: "Borc ver və geri istəmə, bağışla,
qonaq et, qulluq göstər, sus, səni aldatmağa imkan ver, döz,
iztirab çək." "İnsanlara sənin arzunu yerinə yetirmək üçün nə
lazımdır?" sualına isə yazıçı belə cavab verir: "Onlardan
xahiş et ki, hər nəyin varsa, əlindən alsınlar, onlar həvəslə bu
işi edəcəklər." "Heç vaxt başı ağarmamaq və qocalmamaq
üçün uşaqkən, yaxud anadan olan kimi öl." Kevedonun əsər-
Afaq Yusifli İshaqlı
334
lərindəki bu tipli qeydləri nəzərə alaraq onu mizantrop yazıçı
adlandırırlar.
Onun insan eybəcərliklərinə kəskin tənqidi müna-
sibətini yazıçının insanlara nifrətlə yanaşmasının təzahürü
kimi qiymətləndirirlər. Lakin diqqətlə yanaşılsa, onun
mizantropluğunun kədərli, ümidsiz bir humanizmin nəticəsi,
ifadəsi olduğu aydınlaşır.
Kevedonun yaradıcılığı sonrakı dövr Avropa ya-
zıçılarının yaradıcılığına müəyyən təsir göstərmişdir. Lesaj
özünün "Jil Blaz"ını yazarkən, heç şübhəsiz ki, onun
"Seqoviyalı Don Pablo"sundan təsirlənmişdir.
QEVARA /1579-1644/. XVII əsr ispan nəsrində
konseptizmə meyl edən yazıçılardan biri də Luis Veles de
Qevaradır. Qevara daha çox 1642-ci ildə çap olunmuş
"Axsaq şeytan" romanı ilə məşhurdur. Romanın qəhrəmanı
tələbə Kleofasdır. O, bir dəfə təqibdən yaxasını qurtarmaq
üçün qaçdığı vaxt bir evin damında münəccimin kolbada əsir
etdiyi şeytan Asmodeyi azad edir. Bu xırdalıqlar iblisi,
cəhənnəm birəsi, dedi-qodular, kələkbaz fırıldaqçılarla
məşğul olan şeytan Kleofasa minnətdarlıq əlaməti olaraq
Madridin sirlərini açıb ona göstərir. Asmodeyin köməyi ilə
Kleofas divarlar arxasında baş verən gizli hadisələrin,
dəhşətli insan həyatı mənzərələrinin şahidi olur. Belə bir
üsuldan istifadə edən yazıçı müasir cəmiyyətin satirik
surətlər qalereyasını yaradır. XVIII əsrin başlanğıcında bu
süjet İspaniyadan Fransaya keçir. Lesaj onu yenidən işləyir.
Təsvir edilən hadisələr və yaradılan surətlər oxşar
olsa da, Lesajın yazı üslubu Qevaradan fərqlənir. Lesaj
hadisələri sadəlövh bir yumorla qələmə alırsa, Qevara bir
konseptist kimi incə hazırcavablıq üsullarına müraciət edir,
oxucunun diqqətini addımbaşı hadisələri şərh etməyin incə
formasına yönəldir. "Qoy müqayisənin oynaqlığına görə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
335
məni bağışlasınlar", "bizim metaforaya heyran olmağı tələb
etmirik" kimi cümlələr tez-tez təhkiyəni kəsir. Oxucu bir
tərəfdən hadisələrin gedişini, qəhrəmanların hərəkətlərini
izləyirsə, digər tərəfdən diqqətini təhkiyəçilikdən ayıra bil-
mir.
Yazıçı gah birbaşa müraciətləri, xitabları ilə, gözlə-
nilməz incə metaforaları ilə oxucunu heyran edir, əfsunlayır.
Yazıçının fikrincə, ölüm əhdnaməsini ancaq sadəcə olaraq
ölüm yox, "ölüm vikarisi" axirət hakimi poza bilər. Burada
saxta küçə gözəlçəsi "saxta pul", kabalyero "plaşlı və qılınclı
gəmi", hakimlər isə "ədalət pişikləri" adlandırılır. Belə bir
yazı üslubunun da özünəməxsus gözəlliyi, üstünlüyü vardır.
BALTASAR QRASİAN /1601-1658/. İspaniyada
barokkonun ən böyük nasirlərindən və nəzəriyyəçilərindən
biri Baltasar Qrasian olmuşdur. O, Belmontda həkim
ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində keçmişdir.
Qohumlarının köməyilə yezuit kollecində oxumuş, fəlsəfə və
qrammatikanı öyrənmiş, Saraqossa universitetində isə
ilahiyyat elmləri ilə tanış olmuşdur. 1627-ci ildə Kallatude
şəhər kollecinə qayıdıb orada qrammatika və ritorika üzrə
müəllim işləyir. 1636-cı ildə Ueska şəhərinə dəyişilən
Qrasian burada ədəbiyyat və incəsənət həvəskarları mühitinə
düşür, yazıçı kimi formalaşır. Zadəgan don Vinsensio Xuan
da Lastanossanın ədəbi məclisləri, zəngin kitabxanası onun
dünyəvi meyllərini gücləndirir. Yezuit ordeninin rəhbərliyi
onun dünyəvi meyllərini, ədəbi fəaliyyətini xoşlamırlar.
"Qəhrəman" əsərinin 1637-ci ildə ordendən icazəsiz çap
olunması isə ən ağır bir günah kimi qarşılanır. Onun hersoq
de Noçeranın yanında işləməsi, Terraqona və Leridada
müharibənin dəhşətləri ilə üz-üzə gəlməsi həyat təcrübəsini
zənginləşdirir. 1651-ci ildə Qrasian Saraqossa universitetində
müqəddəs yazılar kafedrasının rəisi təyin olunur. Qrasian
Afaq Yusifli İshaqlı
336
dəfələrlə etdiyi kimi yezuit ordeninin icazəsi olmadan
"Tənqidçi"
romanını nəşr etdirir. Buna görə onu
Salamankada təhqiredici istintaqa cəlb edir, məhkəmənin
qərarı ilə Qraus şəhərciyinə sürgün edirlər. Burada ona
yazmağa icazə vermir, pəhriz saxlamağa məcbur edib
acından öldürürlər. Yezuit ordeni mütəfəkkir yazıçıya belə
divan tutur. Salamanka məhkəməsindən bir il keçmiş o,
Qrausda 1658-ci ildə vəfat edir.
Qrasianın ədəbi irsi "Qəhrəman", "Siyasətçi", "Hazır-
cavablıq sənəti", "Xoşrəftar", "Gündəlik kahin, yaxud
ehtiyatlı olmaq sənəti" əsərləri və üçhissəli "Tənqidçi"
romanından ibarətdir. Filosof yazıçının əsərlərində insan
həyatının müxtəlif cəhətləri və problemləri əks etdirilir.
"Gündəlik kahin" əsəri XVII-XVIII əsrlərdə Avropa
ölkələrində ən çox yayılan əsərlərdən biri olmuşdur.
Nəsihətamiz aforizmlər şəklində yazılan bu əsərə tutqun bir
kədər və bədbinlik hakimdir. "İndiki dövrdə müdrik olmaq
üçün o qədər bilmək lazımdır ki, qədim dövrdə bu bilik
yeddi adama bəs edərdi." "Bizim günlərdə bircə adamla
danışmaq üçün əvvəllər bütöv bir xalqla danışmaq üçün
lazım olandan daha çox bacarıq işlətmək lazım gəlir." Hər
cür azadfikirlilik və əqli sərbəstlik təzahürlərinin təqib
olunduğu bu dövrdə Qrasian da fikirlərini üstüörtülü,
eyhamlı şəkildə deməyə məcbur olmuşdur. Ədib öz
oxucularına məsləhət görür ki, həddindən artıq aydın
danışmasınlar, səmimi olmasınlar. "Susmaq ehtiyatlı olmağın
ən müqəddəs sığınacağıdır", çünki açıq deyən hər bir kəs
təqib olunur, izlənir. "Öz niyyətlərini açma, çünki
düşündüyünü həyata keçirməyə mane olacaqlar, həyata
keçməyən planlara görə isə sən bədbəxt olacaqsan."
"Dünyada hökm sürən dəyişkənliyə qarşı laqeydlik əsl
müdriklik əlamətidir." "Nə qədər adama sirrini açsan, o
qədər adamdan asılı olacaqsan." "Bir sirri olmayan ürək açıl-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
337
mış məktub kimidir." "Kim xoşbəxtlik evinə zövq-səfa
qapısından girsə, oradan kədər-qüssə qapısından çıxacaqdır
və əskinə." Bu aforizmlərdə kədərli bir həyat təcrübəsi
ümumiləşdirilmişdir. Məcazilik, rəmzilik barokko ədibləri
tərəfindən sistem halına salınır. Lakin bu cəhət XVII əsrin
Avropa ölkələrində hökm sürən dəhşətli tarixi gerçəklik
şəraitindən irəli gəlir.
Qrasian həyatı boyu İspaniyanın, demək olar ki, hər
yerini gəzmiş, bütün siniflərin, təbəqələrin nümayəndələri ilə
tanış olmuşdur. Bir ruhani kimi, adamların tövbələrini
dinləyən bir keşiş kimi o, insanların əməllərini hərəkətə
gətirən səbəbləri öyrənmiş, zəngin həyat təcrübəsi
qazanmışdır. İspan cəmiyyətinin hakim təbəqələrində hökm
sürən soyuq haqq-hesab, vəzifəpərəstlik, ümumi mənafeyə
qarşı laqeydlik prinsipləri Qrasianın aforizmlərində müxtəlif
formalarda
əks olunmuşdur. Uzun müddət böyük
diplomatlar, hərbi sərkərdələr, aristokratlar mühitində
dolaşan ədib xalqın hansı üsullarla itaətdə saxlanıldığını
görmüş və öyrənmişdir. "İdarə etmək və tabe olmağa məcbur
etmək də sənətdir, adamdan qətiyyətdən çox çeviklik istəyir,
insanların varlığına hakim kəsilən alçaq ehtirasları
öyrənmək, öz xeyrinə istifadə etmək bacarığı tələb edir.
İnsanların ehtirasları müxtəlif olsa da, bütün insanlar
bütpərəstdirlər, kimi şöhrət, rütbə, kimi qazanc güdür. Hakim
təbəqələrin çevikliyi ondadır ki, bu ehtiraslar və bütləri
yaxşı-yaxşı öyrənir, adamların zəifliklərini bilib, onların
iradəsini öz əlində saxlayır."
"Gündəlik kahin" əsərində əksər halda bədbin əhval-
ruhiyyədə olan çoxlu incə psixoloji müşahidələr əks
olunmuşdur, xüsusən, hakim təbəqələrdə hökm sürən
ikiüzlülük, riyakarlıq tənqid edilmişdir.
Qrasianın "Tənqidçi" romanı da Avropa oxucuları
arasında böyük müvəffəqiyyət qazanmışdır. Orijinalda "El
Afaq Yusifli İshaqlı
338
kritikon" adlanan bu əsər forması etibarilə Volterin
"Sadəlövh", D.Defonun "Robinzon Kruzo", C.Sviftin
"Qulliverin səyahəti" əsərlərinin ən layiqli sələfi olmuşdur.
Müəllifin yezuitlər tərəfindən təqib edilməsinin səbəbi, baisi
də məhz "Tənqidçi" romanıdır. Əsərin əsas qəhrəmanları
olan Kritil və Andrenio ata və oğuldur. Gəmi qəzası
nəticəsində Andrenio insan yaşamayan bir adaya düşür.
Uşağı vəhşi dağ keçisi öz südü ilə böyüdür və ölümdən xilas
edir. Əlvan cənub təbiətinin qoynunda böyüyən Andrenio
müasir insan cəmiyyətinin kinli, fırıldaqçı təbiətindən xəbər-
sizdir. Mədəniyyətdən kənarda böyümüş Andrenionun gözü
qarşısında XVII əsrin ortalarının İspaniyasının canlı
mənzərələri gəlib keçir. O, gördüyü hadisələrə bir vəhşi və
təbii insan gözü ilə baxır. Müəllif alleqoriyadan istifadə
edərək ispan cəmiyyətinin vəhşi təbiətini açıb göstərir.
Madridin küçələrində pələnglər, şirlər, meymunlar və
başqa vəhşi heyvanlar gəzişir. Təbiətin bütün nemətləri
varlılara qismət olur, yoxsullar haqqında heç kəs düşünmür.
Müdriklərə nifrət edirlər, axmaq və nadanlar isə böyük
hörmət sahibidir. Küçələrin labirintlərində paxıllıq, kin-
küdurət, yaltaqlıq gizlənmiş, hər yerdə şər simvolu olan
şeytanlar ağalıq edirlər. Mənşəyi etibarilə antik yunan
ədəbiyyatına gedib çıxan roman-səyahət formasından istifadə
edən yazıçı onu müasir həyatdan götürülən, tez-tez dəyişən
rəngarəng
səhnələrlə
zənginləşdirilmişdir.
Onun
alleqoriyaları çox vaxt ciddi sosial məna məzmun daşıyan
rəmzlərə çevrilir. Onun bədii üslub və düşüncəsinin bu
keyfiyyətləri maarifçilik dövrünün bir çox yazıçılarına
faydalı təsir göstərmişdir.
Ədibin "Hazırcavablıq, yaxud iti ağıl sənəti" traktatı
onun estetik görüşlərini əks etdirir. Qrasian belə hesab edir
ki, antik ritorika heç də incəsənətin bütün hadisələrini,
dünyanın estetik dərkinin bütün xüsusiyyətlərini əhatə etmək
XVII əsr Qərbi Avropa ədəbiyyatı
339
iqtidarında deyildir. Onun fikrincə, qədim müəlliflər məntiqi
idrakın
qanunlarını
tapmış,
sillogizmlər
sistemini
yaratmışlar. Lakin bu sillogizmlər iti ağıl üçün yaramır.
Qədim müəlliflər iti ağılı ancaq dahilərə xas olan keyfiyyət
saymış, onun təzahürlərinə heyranlıqlarını bildirməklə
kifayətlənmişlər, onun hansı qanunlara riayət etdiyini isə
göstərməmişlər. Sillogizmlər sahəsində tapılan qanunları nə
üçün burada da tapmaq, müəyyənləşdirmək mümkün olma-
sın. Öz estetik görüşlərinin yeniliyi, dərinliyi ilə də Qrasian
sonrakı dövrlərin bir çox elmi axtarış və kəşflərini
qabaqlamışdır.
Qrasian yazır: "Həqiqət nə qədər çətin dərk edilirsə,
onun dərk edilməsi bir o qədər xoşdur. Uğrunda mübarizə
aparılan hər bir yenilik bizdə daha artıq maraq doğurur və
bizə daha artıq məmnunluq bəxş edir." Qrasianın bütün
yaradıcılığı üçün epiqraf ola bilən bu sətirlər ömrü boyu öz
istedadı uğrunda mübarizə aparan bu görkəmli sənətkarın
ədəbi simasını çox dəqiq müəyyənləşdirir. Bütün bunlarla
yanaşı qeyd edilməlidir ki, Qrasianın yaradıcılığı onun
yaşadığı mühitin təsiri ilə insana inamsızlıq, bədbinlik,
ümidsizlik ruhu ilə aşılanmışdır.
LOPE de VEQA
/1562 - 1635/
XVII əsr ispan və dünya dramaturgiyasının ən
tanınmış nümayəndələrindən biri Lope de Veqadır. Həyatının
və ədəbi fəaliyyətinin daha çox hissəsini İspan İntibahı ilə
Afaq Yusifli İshaqlı
340
bağlı olan Servanteslə yanaşı İspan İntibahının ən parlaq
abidələrini yaradan bu dahi dramaturq həm də XVII əsrin
görkəmli mütəfəkkir sənətkarlarındandır. O öz zəngin ədəbi
fəaliyyəti ilə XVII əsrin ədəbi fikrinə də güclü həyat eşqi,
nikbinlik, oynaqlıq, xəlqilik gətirmişdir. İspan milli
dramaturgiyası məhz onun yaradıcılığında inkişafının ən
yüksək mərhələsinə qədəm qoyur. Müasirləri Lope de
Veqanın qaynar yaradıcılıq hünərinə heyran qalmış, onu
"təbiətin möcüzəsi", "poeziya okeanı", "feniks" adlandırmış-
lar.
Lope de Feliks de Veqa Karto 1562-ci ildə noyabrın
25-də Madriddə anadan olmuşdur. Onun atası kəndli
ailəsindən çıxmış olsa da, varlı adam idi. Madriddə xüsusi
tikiş müəssisəsi var idi. O, oğluna dvoryan rütbəsi almış və
əməlli-başlı təhsil görməsinə nail olmuşdur. Lope de Veqa
əvvəlcə yezuit kollecində oxumuş, universitetdə təhsilini
davam
etdirmiş, bir müddət Kral riyazi elmlər
akademiyasında mühazirələrə qulaq asmışdır. Dilləri
öyrənməyə xüsusi qabiliyyəti olan Lope de Veqa bir sıra
xarici dilləri yaxşı bilirdi. Gənc yaşlarından bəzi məsul
şəxslərin yanında katib işləmiş, bir müddət əsgər olmuş,
aktyor truppaları ilə yaxın əlaqə saxlayıb onlar üçün pyeslər
yazmışdır.
"Məğlubedilməz Armada"nın İngiltərə sahillərinə
uğursuz yürüşündə /1588/ iştirak edən ədib həmin vaxt
"Ancelikanın gözəlliyi" adlı poema yazmışdır. Əsl İntibah
şairi kimi bu əsərdə o, insan gözəlliyini tərənnüm etmişdir.
Qaynar, odlu, həyatsevər və şən təbiətə malik olan
Lope de Veqa qocalana qədər aşiqanə macəralarla dolu bir
həyat keçirmişdir. Bir neçə dəfə evlənmişdir. Qəlbən bağlı
olduğu aktrisa Yelena Osoryo daha varlı bir pərəstişkanının
xatirinə onu atanda Lope de Veqa ona bir neçə kəskin
epiqram yazmış, bunun üstündə məhkəməyə cəlb edilərək
XVII əsr Qərbi Avropa ədəbiyyatı
341
səkkiz il Madriddən sürgün olunmuşdur.
Əlli yaşlarında o, inkvizisiyanın əməkdaşı, sonra
keşiş rütbəsi almışdır. Lope de Veqa bu dövrlərdə də dünyəvi
həyatdan əl çəkməmişdir. Ancaq ölümündən bir qədər əvvəl,
şəxsi həyatında baş verən uğursuzluqlar nəticəsində, daha
doğrusu, oğlunun ölümü və qızının monastırdan qaçmasının
təsirilə asketizmə qapanmış, tərki-dünya bir həyat
sürmüşdür. Katolik irticası onun həyatının son dövrlərində
yaradıcılığına müəyyən təsir göstərsə də, onu büsbütün
özünə tabe edə bilməmişdir. 1635-ci ildə ölümün astanasında
olduğu bir vaxtda yazdığı "Fillida" poemasında da biz onu
şən, gülər və zarafatcıl bir adam kimi görürük.
1635-ci ilin 27 avqustunda Lope de Veqanın ürəyi
dayanır. Yüz əlli üç ispan, yüz dörd italyan şair və ədibi onun
ölümünə şeir və başqa yazılar həsr etdilər.
Lope de Veqa dünyanın ən məhsuldar yazıçı və
dramaturqlarından biri olmuşdur. artıq beş yaşından şeir
yazmağa başlayan ədibin on iki yaşında yazdığı komediya
səhnədə oynanılmışdır. Lope de Veqanın özünün qeyd etdiyi
kimi bəzən bir gündə bir pyes yazırmış. Lope de Veqa bütün
nəsr və nəzm janrlarında qələmini sınamışdır. Ədibin qeyri-
dramatik əsərlərini iyirmi bir cilddə çap etmişlər. Bunların
arasında poemalar, pastorallar, romanlar, novellalar,
məktublar, ekloqlar, romanslar, sonetlər, odalar, elegiyalar və
başqa janrlarda yazılmış əsərlər vardır. Əsas yaradıcılıq
sahəsi olan dram janrında o, min səkkiz yüz komediya, dörd
yüz dini pyes və çoxlu miqdarda intermediyalar yazmışdır.
Bunlardan çoxu mənzum şəkildə yazılan 426 dram və qırxa
yaxın dini pyes qalmışdır. İki yüz əlli dramının isə adı
məlumdur. Lope de Veqa komediyalarının saxlanması
qeydinə qalmamışdır. Əgər poemalarının ümumi həcmi 50
min misradırsa, 2989 sonetinin həcmi 42 min misradır.
Lope de Veqa dramaturgiyası əhatə dairəsinin
Afaq Yusifli İshaqlı
342
genişliyi, mövzularının rəngarəngliyi ilə seçilir. Onun tarixi,
əfsanəvi, əsatiri, pastoral və məişət mövzusunda yazdığı
dram əsərlərində bütün silklər və təbəqələrin nümayəndələri
iştirak edirlər. Müəllif əsərlərinin mövzusunu müxtəlif
mənbələrdən götürür, müşahidələrdən alır. Burada ispan
tarixi xronikaları da, italyan novellaçılarının əsərləri də,
səyyar lətifələr də, səyyahların söhbətləri və bibliya
mövzuları da iştirak edir. O müxtəlif xalqların və dövrlərin
həyatını eyni təbiilik və məharətlə əks etdirir. Ruslar
haqqında yazdığı əsərlərdə yalançı Dmitriyə həsr etdiyi
"Böyük Moskva hersoqu" pyesini xatırlamaq yerinə düşər.
Yazıçının maraq dairəsinin genişliyi, bəşər tarixini bütün
genişliyi ilə əks etdirmək arzusu, müstəsna dərəcədə zəngin
təxəyyülü indi də adamı heyran edir. Onu da nəzərə almaq
lazımdır ki, Lope de Veqa heç vaxt müasir ispan gerçəkliyini
unutmur, dövrün qarşı-qarşıya qoyduğu tələblərə cavab
verməyə çalışır. Hər bir dövrün və xalqın ruhunu saxlamaqla
müasir insanların hiss və duyğularını qələm alır.
Lope de Veqa özünün dramaturgiyaya aid nəzəri
fikirlərini 1609-cu ildə yazdığı "Bizim günlərdə komediya
yazmağın yeni sənəti" adlı mənzum traktatında şərh etmişdir.
Qərbi Avropanın ölkələrinin ədəbiyyatında realist poetikanın
ilk nümunələrindən olan bu əsərdə ədib, bir növ, öz
yaradıcılıq təcrübəsini ümumiləşdirmişdir. İlk sətirlərindən
o, komediyanın müasir oxucu və tamaşaçının tələblərinə
uyğun olması prinsipini irəli sürür. "Xalq qaydaları sevmir"
deyən dramaturq klassisizmin ciddi qayda-qanunları əsasın-
da yazılmış əsərlərin tamaşaçılara istənilən səviyyədə təsir
göstərmədiyini, qəhrəmanların təmtəraqlı nitqlərinin soyuq
qarşılanmasını qeyd edib kütlələrin xoşuna gəlməyi yeni
teatrın əsas tələbi sayır, Lope de Veqa ilk növbədə xalq üçün
yazır, tamaşaçıların verdiyi qiyməti hər şeydən üstün tuturdu.
Qaydaları hər şeydən üstün tutan pedant alimlərin narazılığı,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
343
etirazı, onun əsərlərinin tamaşasına gəlib gəlməməsi isə ədibi
az maraqlandırır. Dramaturq yazır: "Mənə komediya yazmaq
lazım olanda, qaydaların qapısını üç qat qıfılla bağlayıb,
Plavt və Terensini iş otağımdan qovuram." Məhz buna görə
də o, zaman və məkan vəhdəti prinsiplərini cəsarətlə pozur
və öz hərəkətini belə bir dəlillə əsaslandırır: "İspaniyanın
qızğınlığının ona dünyanın yaradılmasından qiyamət gününə
qədər olan bütün hadisələri iki saat ərzində göstərməsələr,
soyumadığını görüb mən belə deyərəm: bir halda ki, teatrda
zövq vermək lazımdır, onda bu hansı yolla əldə edilirsə-
edilsin yaxşıdır."
Lope de Veqa klassist dramaturgiyanın əsas tələb-
lərindən birinə qarşı çıxaraq göstərir ki, həyatda təbiətdə
olduğu kimi komediyanın süjetində də faciəli və komik
ünsürlərin qarışıq şəkildə təqdim və təsvir edilməsi daha
məqsədəuyğundur. Bununla da ədib yaratdığı surətlərin
canlı, təbii və mürəkkəb çıxmasına nail olmuşdur. yaratdığı
surətlər birtərəflilikdən yaxa qurtarmışdır.
Lope de Veqa pyesin pərdələrə bölünməsi, quruluşu
və ekspozisiyanın, intriqa düyününün, sonluğun əhəmiyyəti,
ayrı-ayrı rolların yazılması üslubları, səhnələrin maraqlı
qurtarması, pyesin məqsədəuyğun həcmi, tamaşaçının
diqqətini cəlb edən üsullar və sair haqqında maraqlı fikirlər
yürüdür. Dramaturqun fikrincə, intriqa pyesin beynidir.
Lope de Veqanın yaradıcılığını səciyyələndirən key-
fiyyətlərdən biri onun işıqlı və həyatsevər olmasıdır. Yazıçı
iradəli, sağlam, cəsur və qalib gələn qəhrəmanları sevir.
Onun əsərlərində müsbət surətlərin təsvirinə daha çox yer
verilir. Sevdiyi insanların surətlərini yaratmağa o, daha çox
meyllidir. Belə surətləri xalq da sevir. Buna görə də Lope de
Veqanın əsərlərində şərəf, namus və qəhrəmanlıq mövzuları
əsas yer tutur.
Dramaturqun komediyaları XVI-XVII əsrlər ispan
Afaq Yusifli İshaqlı
344
həyatının aynasıdır. Bu əsərlərdə təsvir edilən insanlar duyğu
və düşüncələrinin zənginliyi, xarakterlərinin mürəkkəbliyi,
ən çətin dəqiqələrdə belə ruhdan düşməmələri ilə seçilirlər.
Dramaturqun əsərlərində hadisələr sürətlə inkişaf etdirilir,
tez-tez bir yerdən başqa yerə köçürülür, onlarda çoxlu
surətlər iştirak edir, dil sadə olmaqla, əlvan boyaları ilə
diqqəti cəlb edir. Lope de Veqa antik müəlliflərdən də,
onların italyan təqlidçilərindən də, xalq teatrından da öyrən-
mişdir, lakin onların hamısından ən yaxşı cəhətləri, özünün
realist prinsiplərinə uyğun gələn keyfiyyətləri, işıqlı,
həyatsevər cizgiləri götürmüşdür.
Klassisist dramaturgiyanın tərəfdarları Lope de
Veqanın prinsiplərini qəbul etməsələr də, ədəbi ictimaiyyət
onun fikirlərini bəyəndi, dramaturqun pyeslərində onun
nəzəri görüşlərinin parlaq təsdiqini gördülər. İspan teatrı
Lope de Veqanın göstərdiyi və getdiyi yolla getdi.
Lope de Veqa bütün janrlarda qələmini sınayıb gözəl
əsərlər yaratsa da, onun əsas yaradıcılıq sahəsi dramaturgiya
idi. Burada da o, komediya və dini dram /auto sakramentale/
formalarından daha çox istifadə etmişdir.
Klassisist teatrdan fərqli olaraq dramaturq kome-
diyada pərdələrin sayını bir qayda olaraq üçə endirir, özünü
isə faciənin tam əksi olan, komik surətlər və komik səhnələr
göstərən bir janr olmaqdan uzaqlaşdırır. Onun komediyaları
yeri gələndə faciə, yeri gələndə qəhrəmanlıq dramı, yeri
düşəndə isə sadəcə yumor dolu komediyadır. Auto
sakramentale formasına isə o, nisbətən az müraciət etmişdir.
Onun komediyalarında canlı, hərəkətdə olan, danışan, həyə-
canlandıran parlaq bir dünya yaşayır. Bəşər tarixinin
müxtəlif dövrləri, hadisələri gəlib göz önündən keçir.
Ədibin seçilmiş əsərlərinə yazdığı müqəddimədə
K.Derjavin Lope de Veqa yaradıcılığının bir sıra
xüsusiyyətlərini doğru səciyyələndirərək yazmışdır: "Onun
XVII əsr Qərbi Avropa ədəbiyyatı
345
komediyalarının süjeti zaman baxımından dünyanın
yaradılması haqqında bibliyada göstərilən tarixdən başlamış
Lopenin müasiri olduğu dövrə qədərki hadisələri əhatə edir.
Məkan baxımından onlar İspaniyanın sərhədlərindən çox-
çox kənara çıxırlar, tamaşaçını gah Rusiyaya, gah
Albaniyaya, gah Macarıstana, gah Bohemiyaya, gah Polşaya,
gah
Amerikaya
aparırlar.
İspaniya
özü
Lopenin
dramaturgiyasında az qala özünün bütün əsas şəhərləri,
bütün əyalət və vilayətləri ilə təmsil olunmuşdur. Lope de
Veqa teatrında iştirak edən surətlərin qeyri-adi dərəcədə
böyük miqdarı nəinki təkcə çoxlu millətləri, həm də daha
artıq dərəcədə çoxlu tiplərini, peşələrini cəmiyyətin bütün
silk və təbəqələrinin nümayəndələrini əhatə edir. Lope de
Veqanın surətlər aləminin universallığı ilə onun dilinin
universallığı tamamilə uyğundur. O, leksik baxımdan
dünyanın ən zəngin yazıçılarındandır, ən müxtəlif nitq
üslublarından sərbəst və asan bir tərzdə faydalanır."
Dostları ilə paylaş: |