Azərbaycan ədəbi dilinin inkiĢafında
görkəmli yazıçıların və milli mətbuatın rolu
Müasir Azərbaycan ədəbi dilinin hazırkı yüksək inkişaf
səviyyəsi uzun əsrlərin məhsuludur. Ədəbi dilimiz tarix boyu
mürəkkəb inkişaf prosesi keçirmişdir.
Azərbaycan ədəbi dilinin inkişafı aşağıdakı dövrlərə bölünür:
1)ədəbi dilin formalaşması və tədrici inkişaf dövrü (XIX əsrə
kimi);
2)ədəbi dilin sabitləşməsi dövrü (XIX əsrdən 1920-ci ilə
qədər);
3)ədəbi dilin geniş inkişaf yolu keçməsi dövrü (sovet dövrü).
Ədəbi dilimizin bu inkişaf mərhələlərində yazıçıların, alim-
lərin, ictimai xadimlərin, müəllimlərin, milli mətbuatın və mət-
buat işçilərinin xüsusi rolu olmuşdur. Bunlardan, xüsusən yazı-
çılar ədəbi dilimizin formalaşmasında, onun sonrakı dövrlərdəki
inkişafı üçün ümumxalq dilindən söz və formalar, yaxud yeni söz
və ifadələr yaratmaqda daha böyük rol oynamışlar.
XIII əsrdə Azərbaycan ədəbi dilinin formalaşmasında şair
Həsənoğlunun xüsusi rolu olmuşdur. Həmin dövrdə işğalçıların
və din xadimlərinin apardıqları siyasətlə bağlı olaraq Azərbaycan
dilində yazıb-yaratmağa imkan verilmişdi; bu dildə yazılan əsər-
lər saray nümayəndələri tərəfindən pis qarşılanırdı. Şairin ancaq
aşağıdakı qəzəli bizə gəlib çatmışdır.
Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər,
Nə dilbər, dilbəri –şahid, nə şahid şahidi –sərvər.
30
Mən ölsəm sən bütü-şəngül, sürahi söyləmə qül –qül,
Nə qül –qül, qül-qüli –badə; nə badə, badeyi -əhmər.
Başımdan getmədi hərgiz səninlə içdiyim badə,
Nə badə, badeyi –məsti, nə məsti, məsteyi-sağər.
Şahə, şirin sözün qılur Misirdə bir zaman kasid,
Nə kasid, kasidi –qiymət; nə qiymət, qiyməti –şəkkər.
Tutuşmayınca dəraməş bəlürməz –xisləti -ənbər,
Nə ənbər, ənbəri suziş; nə suziş, suzişi məcmər.
Əzəldə canım içində yazıldı surəti –məni,
Nə məni, məniyi surət: nə surət, surəti dəfmər.
Həsənoğlu sana gərçi duaçıdır, vəli, sadiq,
Nə sadiq, sadiqi bəndə; nə bəndə, bəndeyi çakər.
XIV əsrdə şair İmadəddin Nəsimi ədəbi dilin formalaşma-
sında xüsusi rol oynamışdır. Nəsimi öz əsərlərində Həsənoğluya
nisbətən ərəb və fars sözləri əvəzinə, Azərbaycan söz və ifadə-
lərinə daha çox yer vermişdir. Beləliklə, o, ədəbi dilə xalis Azər-
baycan sözlərinin daxil olmasına xüsusi səy göstərmişdir.
XV əsrdə Azərbaycan dili sarayda işlənmiş və onun təsir dai-
rəsi tədricən genişlənmişdir. Bu əsrdə ədəbi dilimizin formalaş-
ması və inkişafında Şah İsmayıl Xətayinin böyük xidməti olmuş-
dur. O, Azərbaycan dilini hətta dövlət dili səviyyəsinə qədər yük-
səltməyə xüsusi səy göstərmişdir.
XVI əsrdə Azərbaycan ədəbi dilinin inkişafında böyük şair
Məhəmməd Füzulinin xüsusi rolu olmuşdur. Məlum olduğu üzrə
XVI əsrdə də Azərbaycan dilində əsər yazmaq dəb deyildi (bu
dövrdə ərəb və fars dillərində yazmağa böyük əhəmiyyət veri-
31
lirdi) Füzulinin ədəbi dilimizin inkişafındakı rolu bir neçə cəhət-
dən xarakterizə olunur, belə ki, o, ilk dəfə olaraq: a)Azərbaycan
dilində boyük həcmli əsərlər yazmışdır. b)müxtəlif janrlarda
əsərlər yaratmışdır; c)qəzəl janrını ən yüksək zirvəyə ucaltmışdır.
Böyük şair Füzuli öz əsərlərində ümumxalq dilinin incəlik-
lərindən məharətlə istifadə etmiş, beləliklə, yazılı ədəbi dilin
şifahi ədəbi dilə yaxınlaşmasında onun xüsusi xidməti olmuşdur.
Ədəbi dilin yazılı və şifahi formaları arasındakı fərq XVI-XVII
əsrlərdə nisbətən XVIII əsrdə daha çox azalmışdı.
XVIII əsrdə Azərbaycan ədəbi dilinin inkişafında Molla Pə-
nah Vaqif yeni bir dövr açmışdır. Vaqifin bu sahədəki fəaliyyəti
aşağıdakı cəhətdən özünü göstərir:
1.M.P.Vaqif özündən əvvəlki dil ənənələrini, xüsusən Füzuli
irsini davam etdirmişdir.
2.Dilin xəlqiliyini əsas tutaraq dilimizdəki ərəb və fars söz-
lərinə qarşı mübarizə aparmış, öz əsərlərində xalis Azərbaycan
sözlərinə daha çox yer vermiş və yazılı ədəbi dilimizin şifahi dilə
daha da yaxınlaşmasına nail olmuşdur. Elə buna görədir ki, şairin
yazdığı şeirlərdən əksəriyyətinin dili tamamilə aydın və sadədir.
Bunları oxuduqda canlı Azərbaycan dilinin ruhu, ahəngi və
gözəlliyi çox aydın şəkildə hiss olunur.
3.Vaqif qoşma üslubunun formalaşmasında və inkişafında xü-
susi rol oynamışdır. Onun qələminin qüdrəti sayəsində XVIII
əsrdə qoşma üslubu bədii üslublar sisteminin zirvəsinə ucalmışdır.
Bu dövrdə Vaqiflə bərabər Molla Vəli Vidadinin də ədəbi
dilimizin inkişafında rolu az olmamışdır.
XIX əsr Azərbaycan ədəbi dilinin sabitləşməsi dövrüdür. Bu
dövr öz xüsusiyyətləri ilə digər əsrlərdən əsaslı surətdə fərqlənir.
Belə ki, həmin dövrdə kapitalizmin inkişafı, Azərbaycanın digər
ölkə və xalqlarla mədəni əlaqələrinin yaranması və s. dilimizin
inkişafına da müsbət təsir göstərmiş, Azərbaycan ümumxalq dili
inkişaf edərək milli ədəbi dilə çevrilmişdir.
32
XIX əsrdə Azərbaycan ədəbi dilinin sabitləşməsi və inkişaf
etməsində M.F.Axundovu xüsusi olaraq qeyd etmək lazımdır.
M.F.Axundov bütün fəaliyyəti boyu Azərbaycan dilinin milli
müstəqilliyini qorumuş və onun inkişafı uğrunda ciddi mübarizə
aparmışdır. Dil sahəsində M.F.Axundovun fəaliyyəti çoxcəhət-
lidir. O, dilin elə bir sahəsi, elə bir mühüm məsələsi yoxdur ki,
ondan bəhs etməmiş olsun; belə ki ərəb əlifbasının dəyişdirilməsi
sahəsində, orfoqrafiya məsələlərinin qaydaya salınmasında, ədəbi
dilin terminlərlə zənginləşməsində M.F.Axundovun çox böyük
və xüsusi xidmətləri olmuşdur; o ilk dəfə olaraq dildə dram
üslubunun əsasını qoymuşdur.
M.F.Axundov, hər şeydən əvvəl, ədəbi dilin xalqa daha yaxın
olmasına, ondan hamının asanlıqla istifadə edə bilməsinə xüsusi
fikir verirdi. O, dili həqiqi mənada xəlqiləşdirməyə çalışırdı. Bu
məqsədlə o, ədəbi dil haqqında bir sıra nəzəri fikirlər irəli sürmüş
və həmin fikirlərini öz yaradıcılıq fəaliyyətində əməli surətdə
həyata keçirməyə nail olmuşdur. Onun komediyalarının dili bunu
aydın surətdə sübut edir. Ədəbi dilimizin xəlqiliyi, sadəliyi, saflığı
uğrunda M.F.Axundovun apardığı mübarizəni onun xələfləri olan
N.B.Vəzirov, H.B.Zərdabi kimi maarifçilər davam etdirmişlər.
Məlumdur ki, ədəbi dilin lüğət tərkibinin, üslublarının inki-
şafında orfoqrafik və digər ədəbi normalarının səlisləşməsində,
sabitləşməsində mətbuat xüsusi rol oynayır. Bu cəhətdən ədəbi
dilimizin inkişafında 1875-ci ildə nəşrə başlayan ―Əkinçi‖ qə-
zetinin böyük rolu olmuşdur. Həmin qəzetin vasitəsilə müxtəlif
sahələrə dair bir sıra yeni-yeni terminlər ədəbi dilimizə daxil
olmuş və onun lüğət tərkibini daha da zənginləşdirmişdir.
―Əkinçi‖ qəzetində müxtəlif üslublarda dərc edilən məqalələr
ədəbi dilimizin, eyni zamanda, üslublarının inkişafına da təsir
göstərmişdir. Bütün bu məsələlərdə qəzetin redaktoru H.B.Zərda-
binin böyük xidməti olmuşdur. O, dil məsələsini də qəzetinin
ümumi məqsədindən kənarda qoymamışdır.
33
XX əsrdə Azərbaycan ədəbi dili öz inkişafının çox mürəkkəb
bir dövrünə qədəm qoyur. Bu dövrdə dilimizə qarşı hücumlar
daha da qüvvətlənmişdi. Burjua millətçiləri, pantürkistlər
Azərbaycan dilinə qarşı həyasızcasına hücum çəkir, bu dili hər
vasitə ilə pisləməyə, onu sıradan çıxarmağa çalışırdılar. Dövrün
qabaqcıl adamları doğma dilimizi hər addımda müdafiə edir və
onun inkişafına mane olanlara müntəzəm və ciddi mübarizə
aparırdılar. Belə şəxsiyyətlərdən biri C.Məmmədquluzadə idi.
C.Məmmədquluzadə ədəbi dilimizin inkişafında həm nəzəri,
həm də əməli cəhətdən fəaliyyət göstərirdi. Onu həmişə dilin
təmizliyi, saflığı düşündürür və buna görə də dildə lüzumsuz
olaraq ərəb və fars sözləri işlədilməsinə qarşı ciddi mübarizə
edirdi O deyirdi: ―Bəzi yazıçılar dilimizdə olan sözləri dəyiş-
dirirlər, habelə Azərbaycan dilinin tərkiblərini və qanunlarını
kənara qoyub, fars və ərəb tərkibləri qanunlarını işlədirdilər.
Hələ ―pədər‖, ―madər‖, ―nan‖ kimi sözlər səhldir, ərəb və fars
dilindən elə bir xoruz səsi eşitməyən kəlmələr və ibarələr lü-
zumsuz yerə işlədirdilər ki, dəxi onları ərəb və farsca az savad-
lılar oxuyub başa düşmür və bu icad etdikləri qatış –bulaş dilin
adını ədəbi dil qoyub, açıq ana dilini çoban dili adlandırdılar...‖
C.Məmmədquluzadə öz bədii yaradıcılığı ilə bərabər, redak-
toru olduğu ―Molla Nəsrəddin‖ jurnalının vasitəsi ilə dilimizin
inkişafı tarixində böyük fəaliyyət göstərmişdir.
―Molla Nəsrəddin‖ jurnalı: a) Azərbaycan dilinin milli müs-
təqilliyi, orijinallığının mühafizə olunmasında və b) ədəbi dilimi-
zin daha da sadələşdirilməsində, onun şifahi danışığa yaxınlaş-
masında xüsusi rol oynamışdır.
XX əsrin əvvəllərində mürtəce fikirli millətçilər digər mənfi
ideyaları ilə yanaşı, Azərbaycan ədəbi dilinin inkişafına da mane
olmaq üçün öz mətbuatlarını yaratmışlar. Millətçilərin 1906-cı
ildə nəşrinə başladığı ―Füyuzat‖ jurnalının əsas məqsədlərindən
biri Azərbaycan dilinin müstəqilliyini inkar etmək, onu os-
34
manlılaşdırmaqdan ibarət idi. Buna görə idi ki, həmin jurnal
osmanlı dilində, həm də çətin ərəb və fars sözləri ilə dolu olan
dolaşıq və anlaşılmaz bir dildə dərc olunurdu.
Eyni ildən, yəni 1906-cı ildən nəşr olunan demokratik
―Molla Nəsrəddin‖ jurnalı həmin mürtəce xarakterli jurnalın
tamamilə əksinə bir istiqamət və mövqe tuturdu. Bu jurnalın
məqsədi xalqın mənafeyinə xidmət etmək, o cumlədən dilimizi
qorumaq və inkişaf etdirməkdən ibarət idi.
―Molla Nəsrəddin‖ jurnalı xalqın başa düşəcəyi dildə yaz-
mağı özü üçün yeganə prinsip qəbul etmişdi. Jurnal 1913-cü ildə
nəşrə başlayan və ―Füyuzat‖ın ideyasını davam etdirməyə çalışan
―Şəlalə‖nin də dilini tənqid edərək onun nöqsanlı olduğunu gös-
tərirdi,
XX əsrin əvvəllərində ədəbi dilimizin inkişafında, onun daha
da püxtələşməsində və sadələşməsində M.Ə.Sabirin, Ə.Haqver-
diyev və başqalarının da xüsusi rolu olmuşdur. Sovet dövründə
Azərbaycan ədəbi dilinin nə qədər sürətlə və hərtərəfli inkişaf
etməsini aşağıdakılarla səciyyələndirmək olar:
a) ədəbi dilimizin lüğət tərkibi yeni-yeni sözlərlə zənginləş-
mişdir;
b) bütün elm sahələrinə aid saysız-hesabsız terminlər yara-
dılmışdır;
c) ədəbi dilimiz xalqa daha da yaxınlaşdırılmışdır;
d) yazımız asan və mükəmməl əlifba əsasında qurulmuşdur;
e) dilimizin orfoqrafiyası elmi əsaslar üzərində qurulmuş və
onun normaları qaydaya salınmışdır;
f) dilimizin qrammatik quruluşu daha da təkmilləşmiş və
zənginləşmişdir;
g) ədəbi dilimiz ifadə tərzi cəhətdən daha da zənginləşmiş və
müxtəlif üslublar meydana çıxmışdır.
|