35
Müasir Azərbaycan danıĢıq dili və onun xüsusiyyətləri Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq di- li adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir.
Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki,
bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən
təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdud-
laşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə
edirlər.
Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki,
həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:
1)danışıq dili xalqın mədəni tələblərini ödəmir, lakin ədəbi
dil bütün mədəni tələblərin ödənilməsinə kömək edir;
2)danışıq dilinin yazılı forması yoxdur. Ədəbi dil isə yazı
ənənələri ilə sıx bağlıdır;
3)ədəbi dilin bütün milli dil vasitələri hamı üçün eynidir.
Lakin danışıq dilinə aid bəzi dialekt sözləri və formaları isə
cəmiyyətin ancaq məhdud bir hissəsinə məxsusdur;
4)danışıq dili ədəbi dilə nisbətən çox mühafizəçi olur. Bu-
rada dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman
saxlanıla bilir;
5)ədəbi dil müəyyən normalara əsaslandığı halda, danışıq dili
qeyri-normativdir. Buna görə də danışıq dili fonetik və orfoepik,
leksik və frazeoloji, morfoloji və sintaktik əlamətlərinə əsasən ədə-
bi dildən fərqlənir. Bunu aşağıdakı müqayisələrdə aydın görmək
olur: