Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Azərbaycan dilində fonetik hadisə və qanunlar



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə23/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   166
2015-332

 
Azərbaycan dilində fonetik hadisə və qanunlar 
 
Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da 
bir  sıra  hadisə  və  qanunlar  mövcud  ola  bilir.  Bunlardan  ədəbi 
dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək 
ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır. 
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xü-
susiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu 
çox  böyükdür.  Xüsusən  başqa  dillərdən  alınan  sözlərin  ümum-
xalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mü-
hüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bəzi  alınma  söz  dilin  tələb-
lərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu 


 
39 
ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s. 
Müasir  Azərbaycan  dilinin  bir  sıra  fonetik  hadisə  qanunları 
vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və 
tədricən əmələ gəlmişdir. 
Müasir  Azərbaycan  dilindəki  fonetik  hadisə  və  qanunlar 
bunlardır: 
1) 
assimilyasiya, 
2) 
dissimilyasiya, 
3) 
səsartımı, 
4)səsdüşümü,  5)  yerdəyişmə,  6)  ahəng  qanunu,  7)  cingiltiləşmə 
qanunu. 
 Bunların  bəzisi  bütövlükdə  qanun  kimi  sabitləşmiş,  bəzi-
lərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti 
mövcuddur. 
Məsələn,  səslərin  ahəngi  məsələsi  tam  qanun  şəklini  aldığı 
üçün  ədəbi  dildəki  həmin  məsələ  ahəng  qanunu  adlanır.Lakin 
səsartımı  məsələsində  sözlərə  bitişdirici  səslərin  (n,  y,  s)  əlavə 
edilməsi  ədəbi  dildə  qanun  kimi  sabitləşməsinə  baxmayaraq, 
məsələn, ―r‖ səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması 
elə  hadisədir.  Deməli,  səsartımında  həm  qanun,  həm  də  hadisə 
vardır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin