Assimilyasiyanın istiqaməti Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilya-
siya və geri assimiliyasiya.
a) İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticə- sində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assi-
milyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
Səndən — n — d == nn — sən
Sərinlik — n — l == nn — sərinniy
Bu misalların hamısında birinci yerdə duran səs özündən
sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır.
b) assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəti- cəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən
birinci sözə tərəf olur. Məsələn:
Dinməz-n-m-mm = dimməz
Yavaşca-ş-c == cc – yavacca
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya
azlıq təşkil edir.
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam
həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.