Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə28/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   166
2015-332

                                            Səsartımı 
 
Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni 
hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu 
saitlə  bitən  sözlərə  saitlə  başlayan  şəkilçi  qoşulduqda  iki  sait 
arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir. 
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: 
n, y, s. Bir neçə misal göstərək: 
y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s. 
S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s. 
N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s. 
Ədəbi  dildə  ancaq  samitlərin  artırılmasına  təsadüf  edildiyi 
halda,  danışıq  dilində  sözlərə  saitlərin  də  artırılması  geniş 
yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs 
artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2 
halda özünü göstərir. 
1)  R səsi ilə başlanan sözlərdə. Məsələn: 
Rza əvəzinə İrza,  
Rayon əvəzinə İrayon və s. 


 
43 
2) Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: 
Şkaf əvəzinə İşkaf,  
Rast əvəzinə İrast və s. 
Ümumiyyətlə, alınma sözlərin dilimizə uyğunlaşdırılmasında 
səsartımı  hadisəsinin  də  xüsusi  rolu  vardır.Belə  ki,  dilimizdəki 
bir  qrup  sözlər,  o  cümlədən  şəhər,  fikir,  isim  kimi  söz  qrupları 
mənbə dildə şəhr, fikr, ism formasında olduğu halda, bizimdildə 
işlənərkən  onlara  i  saiti  artırılmış  və  beləliklə  də,  həmin  sözlər 
Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılmışdır. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin