44
Yeddi – yeddi(i)nci – yeddinci və s.
3.Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki
zaman şəkilçisi artırıldıqda
sait səslər düşür; məsələn:
Yazma – yazm(a) + (y)ır – yazmır
Bilmə – bilm(ə) + (y)ir – bilmir
Gəlmə – gəlm(ə) + (y)ir – gəlmir və s.
4.Bəzi sifətlərdən
-ar şəkilşisi vasitəsi ilə fel düzəldilərkən
şəkilçinin
saiti düşür; məsələn:
Qara – qara + (a)rmaq – qararmaq
5.Sonu qoşa samitli sözlərə cəm şəkilçisi qoşulduqda qoşa
samitlərin
biri düşür; məsələn:
Fənn – fən(n) + lər – fənlər
Xətt – xət(t) + lər – xətlər
Sirr – sir(r) + lər – sirlər və s.
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səs-
düşümü meydana çıxır.
1.İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gəti-
riləndə sözlər arasında yanaşı gələn
saitlərin biri düşür; məsələn:
Mirzə Əli – Mirzəli,
Ağa Əli – Ağəli,
Əli Əsgər – Ələsgər,
Əli İsa – Əlisa və s.
2.İdi, imiş, isə sözləri bəzən başqa felə bitişdirildikdə bun-
ların
birinci saiti düşür; məsələn:
Gəlmiş + idi – gəlmişdi,
Gəlib + imiş – gəlibmiş,
Görmüş + isə – görmüşsə və s.
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə
yerdəyişmə (metateza) deyilir; məsələn:
Layihə – lahiyə – (yh – hy)
Torpaq – topraq – (rp – pr)
Fərhad – Fəhrad – (rh – hr)
45
Yanlış – yalnış – (nl – ln)
Məşhur – məhşur – (şh – hş) və s.
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmamışdır. Bu, əsa-
sən, danışıq dili üçün xarakterikdir. Dilimizdəki kirpik sözü da-
nışıq dilində kirpik və kiprik formalarında işlənir; məsələn:
Çəkilib bağa divar,
Üstümə yağa divar.
Gözün bağ, qaşın bağman,
Dostları ilə paylaş: