Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə32/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   166
2015-332

                                       Saitlərin ahəngi 
 
Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini 
izləməsinə saitlərin ahəngi deyilir. 
Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə gö-
rə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir. 
1.  Dilin  vəziyyətinə  görə  saitlərin  ahəngi.  Dilin  vəziyyətinə 
görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dil arxası ahəng. 
Dilönü  ahəngə  görə  sözdə  və  sözə  bitişən  şəkilçi  şəkilçi-
lərdəki  saitlərin  hamısı  dilönü  (incə)  sait  olmalıdır;  məsələn: 
məktəb + li +lər, iş + çi + lər, ördək + lər və s. 
Dilarxası ahənginə görə sözdə və sözə qoşulan şəkilçilərdəki 
saitlərin hamısı dilarxası (qalın) sait olmalıdır; məsələn: arı + çı + 
lıq, armud + dan, ağır + lıq və s.  
Dilimizdə bu qaydaya tabe olmayan bir sıra sözlər vardır; mə-
sələn:  partiya,  respublika,  kino,  teatr,  ticarət,  təşkilat,  işıq,  ilxı, 
ildırım və s. Bu qrup sözlərin əksəriyyəti başqa dillərdən alınmadır. 
2.  Dodaqların  vəziyyətinə  görə  saitlərin  ahəngi.  Dodaqların 
vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və 
damaq ahəngi. 
Dodaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan 
şəkilçidəki  saitlərin  hamısı  dodaqlanan  olmalıdır;  məsələn:  o  + 
dun, uzun + çu + luq, öz + ümüz və s. 
Damaq ahəngi. Damaq ahənginə görə sözdə və sözə bitişdi-
rilən  şəkilçidəki  saitlərin  hamısı  dodaqlanmayan  sait  olmalıdır; 
məsələn: gəmi + çi, geniş + lik, gənc + lər və s. 
Dildəki sözlərin hamısı dodağın vəziyyətinə görə iki yerə bö-
lünmür.  Belə  ki,  bəzi  sözlərdə  həm  dodaq,  həm  də  damaq  saiti 
ola bilir; turac, ocaq, ördək və s. sözlərdə olduğu kimi. Belə söz-
lər dodaq və ya damaq ahənginə tabe deyildir. Lakin dilin vəziy-
yətinə görə birincisi dilarxası, ikinci isə dilönü ahəngə tabedir.  
Dilimizdəki sözlərə şəkilçi qoşularkən şəkilçidəki sait həmin 


 
48 
sözün son hecasındakı saitə həmahəngləşir; məsələn: ədəbiyyat + 
çı, kolxoz + lar, lüğət + lər, məktəb + dən, bağça + ya, baba + sı, 
düşmən + imiz və s. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin