56
MÜASĠR AZƏRBAYCAN DĠLĠ ORFOEPĠYASININ ƏSAS QAYDALARI
Müasir Azərbaycan dili tarixən sabitləşmiş və fikrin ədəbi
ifadə olunmasına xidmət edən bir sıra vahid tələffüz qaydalarına
malikdir. Bu qaydalar həm sait, həm də samit səslərə, həm qram-
matik formalara, həm də başqa dillərdən keçmiş və tələffüzündə
fərqli cəhətlər olan sözlərə aiddir. Dilimizdəki ədəbi tələffüz
normalarının xüsusiyyətlərini nəzərə alaraq Ə.Əfəndizadə onları
3 səkildə qruplaşdırmışdır:
1. Saitlərin tələffüzünə aid qaydalar.
2. Samitlərin tələffüzünə aid qaydalar.
3. Bəzi qrammatik formaların tələffüzünə aid qaydalar.