54
Orfoepik normalardan uzaqlaşmaq ümumi anlaşma işinə
mane olur. Buna görə də orfoepik normaların pozulmasına qarşı
müntəzəm mübarizə aparmaq, onu qorumaq lazımdır. Çünki bu
yüksək nitq mədəniyəti uğrunda mübarizənin bir növüdür.
Orfoepiya ilə orfoqrafiya arasında həm fərq, həm də möh-
kəm əlaqə var. Orfoqrafiya sözlərin düzgün yazılışını, orfoepiya
isə düzgün tələffüzünü tələb edir. Buna görə də düzgün yazmaq
üçün düzgün danışmağı, düzgün tələffüz etməyi bacarmaq la-
zımdır.
Orfoepiya ilə orfoqrafiyanın fərqi ondan ibarətdir ki, dildəki
söz və ifadələr heç də həmişə yazıldığı kimi tələffüz olunmur.
Belə ki bəzən söz və ifadəyə bu və ya başqa səs müəyyən fonetik
vəziyyətə düşərək yazıdan fərqli şəkildə tələffüz olunur. Lakin bu
fərqlər çox böyük deyildir.
Orfoepiya ilə orfoqrafiya arasındakı fərqlərin silinməsi dil
üçün mühüm əhəmiyyətə malikdir. Hazırda qanunauyğun şəkildə
bunlar arasında yaxınlaşma prosesi surətlə davam edir. Şübhəsiz
ki, nəticədə bu proses bərabərləşməyə, yaxud da əhəmiyyətsiz
dərəcəli fərqlərə aparıb çıxaracaqdır. Bunu dilin indiki vəziyyəti
aydın göstərir.
Dostları ilə paylaş: