50
Azərbaycan ədəbi dilində heca
Danışıq zamanı tələffüz olunan bu və ya başqa birsöz asan-
lıqla hissələrə bölünür. Tələffüz edilərkən sözün bu cür par-
çalanan hissələrinə heca deyilir; məsələn: yol-daş, jur-nal, əs-gər
və s.
Bir səsli, iki səsli, üç, dörd səsli hecalar: o, at+ta, a+dam,
ü+züm, bu, əl, mən, biz, duz, söz, qəbz, turş, spirt, şmidt...
Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur.
Bunlardan bəzilərinin sonu sait (ancaq saitdən ibarət olan heca da
vardır), bəzilərinki isə samitlə bitir. Bu xüsusiyyətuinə görə
hecalar iki yerə bölünür: a) açıq hecalar, b) qapalı hecalar. Sonu
saitlə bitən hecalara açıq heca deyilir.
Məsələn: a+na, ba+cı, qo+ca, qa+pı, də+ri, a+cı və s.
Sonu samitlə bitən hecalara qapalı heca deyilir;məsələn:
in+san, ic+las, ul+duz, oğ+lan, öv+lad, on+suz, ot+laq, or+du və s.
Sözdəki hecalar onları təşkil edən səslərin sayına, xüsusən
samitlərin miqdarına görə və yerlərinə görə bir-birindən fərqlənir.
Buna görə də hecaların müxtəlif tipləri vardır.
Dostları ilə paylaş: |