CingiltiləĢmə qanunu Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri
də cingiltiləşmədir. Başqa fonetik hadisələrdən fərqli olaraq,
ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün
qanun şəklinə düşmüşdür.
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən
bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir; mə-
sələn:
K -> y –inək – inəy + i kəpənək – kəpənəy + i qəpik – qəpiy + i və s. T -> d – get –ged +im – ged + ək yarat – yarad + ım – yarad + aq və s. Cingiltiləşmə hadisəsində kar səs, düşdüyü şəraitlə əlaqədar
cingiltiləşir. Bu və ya başqa samit eyni şəraitdə bəzən
cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn:
Et – ed + im – ed + ək Ət – ət + im – ət + in və s. Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir .