Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Saitlərin tələffüzünə aid qaydalar



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə41/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   166
2015-332

                    Saitlərin tələffüzünə aid qaydalar 
 
 Saitlərin  tələffüzünə  dair  ən  ümumi  və  xarakterik  qaydalar 
aşağıdakılardır: 
A  saitinin  tələffüzü.  Sözdəki  yerindən  və  düşdüyü  şəraitdən 
asılı olaraq a saiti bir çox hallarda uzun tələffüz edilir. Azərbaycan 
ədəbi dilində a saiti aşağıdakı qrup sözlərdə uzun tələffüz olunur: 
1. Ahəng qanununa tabe olmayan sözlərdəki a saitli hecadan 
sonra incə saitli heca işlənən sözlərdə. Məsələn: 
 
Yazılır:   
 
 
Tələffüz olunur: 
 
 Nadir 
 
—  
 
N[a]dir] 
 Sakit 
 
—  
 
s[a]kit 
qiraət 
 
—  
 
qir[a ]ət 
mane 
 
—  
 
m [a ]ne 
2. Fars dilindən keçmiş və əslində müvafiq tələffüz olunması 
tələb edilən sözlərdə: 


 
57 
 Qanun 
 
— 
 
 q[a]nun 
 asudə  
 
— 
 
 [a]sudə 
 zalım 
 
—  
 
z[a]lım  
 razı  
 
—  
 
r[a]zı 
3.Sözün əvvəlində gələn fars mənşəli –na şəkilçisində: 
 namərd    
—  
 
n[a]mərd  
 narazı  
 
—  
 
[ na]razı  
 narahat    
— 
 
 [ na]rahat  
4.  Sual  məqsədi  ilə  işlədilən  cümlələrin  xəbərindəki  son  a 
səsi uzun tələffüz edilir. Məsələn: 
 O baxar?   
—  
 
[ O bax[a]r ?]  
 Bu yazar?  
— 
 
 [ Bu yaz[a]r ?] 
Rus dilindən və rus dili vasitəsilə başqa dillərdən alınmış bə-
zi sözlər [o] ilə yazılır, [a] kimi tələffüz olunur. Məsələn: 
 Samovar  
—  
 
sam [ a]var  
 Moskva    
—  
 
M[a]skva  
 professor  
—  
 
pr[a]fessor  
 protokol   
— 
 
 pr[a]takol  
 apostrof   
—  
 
ap[a]strof  
 proqram   
— 
 
 pr[a]qram  
 
I  saitinin  tələffüzü.  Bu  sait  aşağıdakı  hallarda  uzun  tələffüz 
edilir: 
1. Sadalama zamanı sözün sonuncu [ı] səsi uzun deyilir. Mə-
sələn: arı, sarı, barı, yağı və s. 
2.  Sual  məqsədi  ilə  işlədilən  cümlələrin  xəbərindəki  son  [ı] 
səsi uzadılır. 
 Mən danışım?    — 
 Mən [danış[ı]m ? 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin