Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə24/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   166
2015-332

 
                                          Assimilyasiya 
 
Səslərin  məxrəc  və  akustik  cəhətdən  bir-birinə  yaxınlaşıb 
uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -
dən  şəkilçisi  artırıldıqda  sözün  sonundakı  n  səsinin  təsiri  ilə 
şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin 
söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir. 
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana 
çıxır.  Bu  hadisəsəslərin  formalaşmasında,  xüsusən  fəal  iştirak 
edən  bu  və  ya  digər  üzvün  bir  vəziyyətdən  başqa  bir  vəziyyətə 
keçməsi  ilə  yaranmış  olur.  Assilimiyasiyanın  əmələ  gəlməsində 
dilin,  səs  tellərinin  və  damaq  pərdəsinin  bir  səsin  tələffüzündə 


 
40 
düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə 
ki,  bunlardan,  məsələn,  dil  birinci  səsin  tələffüzündə  düşdüyü 
vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir. 
Ədəbi  dilimizin  orfoqrafiyasına  dair  normaların  müəyyən-
ləşdirilməsində  assimilyasiyanın  xüsusi  rolu  vardır.  Lakin  ədəbi 
dildəki  assimilyasiya  hadisəsi  ilə  danışıq  dilinə  məxsus  assimil-
yasiyanı qarışdırmaq olmaz. 
Azərbaycan  dilindəki  assimilyasiya  hadisəsi  istiqamətinə, 
keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin