Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Ədəbi  dilin  ictimai-publisistik  üslubu



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə18/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   166
2015-332

Ədəbi  dilin  ictimai-publisistik  üslubu.  İctimai  və  siyasi 
məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah edilməsi 
ictimai-publisistik üslub adlanır. Bu üsluba eyni zamanda kütləvi 
üslub, kütləvi dil də deyilir. Buraya təbliğat, təşviqat məzmunlu, 
adi məlumat xarakterli və tənqidi məqalələrin, yazılı məruzələrin, 
qəzet xülasələrinin və s.dili daxildir. 
İctimai-publisistik  üslubun əmələ gəlməsində  mətbuatın xü-
susi rolu vardır. Buna görə də bu üslubu çox zaman mətbuat üslu-
bu  da  adlandırırlar.  Lakin  qeyd  etməliyik  ki,  qəzet  və  jurnallar-
dakı məqalələrin hamısı publisistik üslubda yazılmır; orada müx-
təlif üslubda yazılan materiallar olur. Elə buna görə də bütün mə-
qalələri mətbuat üslubu adı altında başa düşmək düzgün deyildir: 
mətbuat üslubu başqa anlayışdır. Bunun özü iki yerə bölünür: a) 
qəzet üslubu b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri vardır. 
Bu fərqlər hər şeydən əvvəl ondadır ki, qəzetdə mənası gec başa 
düşülən sözlərə, tərkiblərə yer verilmir. Ancaq jurnalda yeni ter-
minlər, tərkiblər, qısaltmalar və sairə çox işlədilir. 
Azərbaycan  ədəbi  dilinin  ictimai-publisistik  üslubu  əsasən 
XIX  əsrdə  milli  mətbuatın  meydana  çıxdığı  dövrdən  forma-
laşmağa başlamışdır. 
İctimai-publisistik  üslubun  janrlara görə  müxtəlif  qolları  ol-


 
28 
masına  baxmayaraq,  bunların  hamısının  ümumi  və  digər  üslub-
lardan  fərqli  xüsusiyyətləri  vardır.  İctimai  publisistik  üslubun 
səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir: 
1)Sözün istehza ilə işlədilməsi
2)Sarkazmlar yaradılması; 
3)Frazeoloji vahidlərdən geniş istifadə olunması; 
4)Bədii ədəbiyyatdan sitatlar verilməsi; 
5)İfşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi. 
 İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslubdur. Bu-
rada xalq danışıq ünsürləri yox olur. Məsələn, ―Kirpi’’ jurnalın-
dakı  məqalələrin  əksəriyyətində  istənilən  qədər  xalq  ifadə  və 
tərkibləri, adi danışıq dilinə məxsus cümlələr və s. vardır. 
İctimai-publisistik  üslubda  yazılan  oçerklər  bunu  bədii  üs-
luba, xülasə və tənqidi məqalələr elmi üsluba, bəzi materiallar isə 
rəsmi üsluba yaxınlaşdırılır. 
4.Ədəbi dilin rəsmi üslubu. Cəmiyyətdə rəsmi münasibətləri 
bildirmək  üçün  yazılan  dövlət  sənədlərinin  üslubu  rəsmi  üslub 
adlanır.  Buraya  bütün  dövlət  sənədlərinin  –  protokol,  akt,  nota, 
əmr, qərar, bəyanat, qətnamə və s. sənədlərin dili daxildir. 
Azərbaycan ədəbi dilinin rəsmi üslubu əsasən XIX əsrdə, yəni 
milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır. 
Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə iza-
hı  tələb  olunur.  Buna  görə  həmin  üslub  üçün  aşağıdakı  cəhətlər 
xarakterikdir: 
a)  hər bir məsələ aydın və olduqca qısa izah edilir; 
b)  artıq  və  lüzumsuz  sözlərə,  təkrarlara,  bədii  vasitələrə  yer 
verilmir; 
c)  ikimənalılığa,  dolaşıqlığa  yol  verməmək  üçün  hər  bir 
anlayışa dair dəqiq terminlər seçilir. 
d) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik 
normalarına düzgün riayət olunur
e)  ştamp  xarakterli  xüsusi  tərkiblərdən,  ifadələrdən  geniş 


 
29 
istifadə olunur. 
Ədəbi dilin üslubları cəmiyyətin inkişafı ilə əlaqədar olaraq 
dəyişir və inkişaf edir. Sovet dövründə Azərbaycan ədəbi dilinin 
üslubları  hər  cəhətdən  geniş  inkişaf  etmişdir  və  indi  də  bu  iş 
davam edir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin