Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə60/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   166
2015-332

 Neologizmlərin  növləri.  Azərbaycan  ədəbi  dilinin  lüğət 
tərkibində mövcud olan neologizmlər  məna  və formalarına görə 
müxtəlif şəkillidir.Bunlar təxminən üç növə bölünür. 
1)Leksik-semantik neologizmlər. Dildə həm məna, həm də for-
ması yeni olan neologizmlər leksik-semantik neologizmlər adlanır; 
məsələn, artel, proletar, diktatura, feodalizm, kommunizm və s. 
2)Leksik  neologizmlər.  Ancaq  formaca  yeni  olan  neolo-
gizmlər  leksik  neologizmlər  adlanır.  Məsələn:  şura  (hökumət)  – 
sovet (hökuməti), darülfünun – universitet və s. 
 Bu  misallardakı  sovet  və  universitet  sözləri  dilimizdə  son-
radan meydana çıxmışdır. 
 3)Semantik  neologizmlər.Yalnız  mənası  təzə  olan  neolo-
gizmlər semantik neologizmlər adlanır. Məsələn: müqəddəs, yol-
daş və s. 
 Bunlardan  müqəddəs  sözü  keçmişdə  dini  anlayışla  bağlı 
olaraq toxunulmaz mənasını ifadə edirdi; hazırda isə hər şeydən 
üstün, əziz mənasında (müqəddəs ana, müqəddəs vətən) işlənilir. 
Həmçinin  yoldaş  sözü  əvvəllər  birgə  səfərə  çıxan,  yol  gedən 
mənasını bildirdiyi halda, indi həyat yoldaşı, həmfikir və s. mə-
naları ifadə edir. 
 Azərbaycan  dilində  neologizmlərin  birinci  tipinə-leksik  se-
mantik neologizmlərə aid sözlər daha çoxdur. 
 Lüğəvi  neologizmlərin  taleyi.  Dildə  meydana  çıxan  neolo-
gizmlər  bütün  fəaliyyətləri  boyu  neologizm  olaraq  qala  bilmə-
dikləri üçün iki istiqamətdə dəyişilir: 
a)bunların  bir  qrupu  dilin  lüğət  tərkibinin  fəal  hissəsinə 
keçərək  ümumişlək  xarakter  alır.  Müxtəlif  dövrlərdə  əmələ  gəl-
miş  və  yarandığı  dövrlərdə  neologizm  kimi  tanınan  həmin  söz-
lərin əksəriyyəti bu yolu keçmişdir. 


 
87 
b)neologizmlərin  digər  qrupu  az  müddətdən  sonra  köhnəlir, 
arxaikləşir.  Bunlardan  bəziləri  əvvəl  dilin  lüğət  tərkibinin  fəal 
hissəsinə  keçir,  sonradan  köhnəlir.  Bəziləri  isə  passiv  lüğətdə 
olduğu zamandan arxaikləşir. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin