83
Sən ağa, mən ağa
İnəkləri kim sağa.
Bu misradakı ağa sözü vasitəsi ilə bütün ifadələrin məz-
mununa kinayə, istehza tonu verilmişdir.
3)Nitqdə təntənə çalarlığı yaratmaq üçün. Bədii üslubda tən-
tənəli nitq yaratmaqda da köhnəlmiş sözlər xüsusi rola malikdir;
məsələn:
Dostun dar günündə dost üz çevirməz,
Ey könül! Bir quş ol, ellər dolan, gəz.
De ki: yağılardan öc almayınca,
Qisas qılıncımız qınına girməz!
Bu misradakı öc sözü qisas mənasını bildirir, şeirə bədii zə-
rurət əsasında gətirilmişdir.Təntənə çalarlığı üçün köhnəlmiş
sözlərdən ən çox nəzm əsərlərində istifadə olunur.
Dostları ilə paylaş: