97
Misallardakı lələĢ, cibiĢdanaloru sözlərdir. Dilizdəki lə- limək (yalvarmaq), qanmaq (anlamaq), dartmaq (çəkmək), yol- lamaq (göndərmək), baldır (qıç) və s. kimi sözlər də saya, yəni
loru xarakterlidir.
Loru sözlər, çox güman ki, öz yerlilik xüsusiyyətlərini get-
gedə itirmiş olan dialekt ünsürləridir. Bunu keçid xarakterli bəzi
sözlərdə görmək olur; məsələn:
Yaşıl otlar öpər dəqiqədə bir,
Pənbə tombul lətif ayaqlarını,
Axışıb ən kiçik sular xəndan,
Ninni söylər o şux üçün hər an
(H.Cavid)
Bu misaldakı tombul və ninni sözləri artıq məhdud dairədə
mənimsənilmə çərçivəsindən çıxıb bir çox dialekt və şivələrdə
eyni mənada işlənməkdədir.
Loru sözlə dialekt sözü arasındakı əsas fərq ondan ibarətdir
ki, birinci qrup sözləri, yəni loru sözləri hamı başa düşür, leksik
dialektizmlər isə ancaq müəyyən qrup yerli əhali tərəfindən
işlədilir.
Loru sözlərdən də bədii əsərlərin dilində hadisəni real və
canlı təsvir etmək, surət nitqini fərdiləşdirmək və s. məqsədlər
üçün istifadə olunur.