96
üçün səciyyəvi deyildir. Məhz elə buna görə də bunlar semantik
dialektizmlərdir. Ədəbi dilə məxsus olmayan sabit ifadə və
ibarələr isə frazeoloji dialektizm adlanır. Bunlardan da bədii
əsərlərdə geniş istifadə olunur.
Hazırda Azərbaycan ədəbi dilindən fərqli olaraq, dialekt və
şivələrdə çoxlu miqdarda səciyyəvi sözlər vardır; məsələn: cələf-
siz (arıq), zağar (qısa boy), salaxana (avara), ətmək (əppək, çö-
rək), taytamaq (axsamaq), cöyüz (qoz), zərdə (yerkökü), tüpü
(qar boranı), şoqqax (qırıq, sınıq); cinqoy (əsəbi) və s.
Dialekt sözləri bədii üslub üçün yararlı ifadə və təsvir
vasitələrindən sayılır. Buna baxmayaraq bədii əsərin dilinə hər
cür dialekt sözünü gətirmək olmaz. Bədii ədəbiyyatda həmin
sözlərdən başlıca olaraq, yerli kolorit yaratmaq, surətin nitqini fərdiləşdirmək, hadisəni real əks etdirmək üçün istifadə olunur.
Bu məqsədlər üçün bədii əsərin dilində dialektizmlərin
işlədilməsi yazıçıdan olduqca böyük sənətkarlıq tələb edir. Çünki
həddindən artıq dialekt sözü işlətdikdə yazıçının dili qəlizləşir və
anlaşılmazlıq yaradır; bu isə əsərin bədii effektini azaldır, onun
təsir gücünü zəiflədir.
Azərbaycan dilinin zəngin dialekt vəşivələri, demək olar ki,
bütün dövrlərdə söz sənətkarlarının nəzər – diqqətini cəlb etmiş-
dir. Klassik şair və yazıçılarımız bu vasitələrdən geniş istifadə
etmişlər.
Dildə ifadə etdiyi mənasına görə nisbətən elvarı, saya xarak-
terli olan söz qrupu da vardır ki, bunlar loru sözlər adlanır;
məsələn:
Nə deyim, Hacı Cəlalın pulu məndə olaydı, görərdin lələĢin nə lələĢdir. (Ə.Haqverdiyev)
...Vəqta ki, danışdız, vüzəra oldu xəbərdar,
Mütləq görəcəklər ki, cibişdana zərər var.
(M.Ə.Sabir)