98
yemək əvəzinə
tıxmaq, gumbuldatmaq,
çoxdanıĢan əvəzinə
heyvərə sözləri işlədildikdə məna kobud ifadə edilmiş olur. Eyni
zamanda bunların vasitəsi ilə haqqında danışılan əşya və ya şəxsə
müraciət olunan şəxsə mənfi münasibət bəsləndiyi bildirilir:
məsələn;
İndi, ey
heyvərə, varınsa hünər,
Söylə, təbirini bilirsən əgər ?!
(S.Vurğun)
Misaldakı heyvərə sözü ilə müraciət olunan şəxsə qarşı
təhqiramiz məna, mənfi münasibət ifadə edilmişdir.
c) Söyüş xarakterli sözlər. Vulqarizmlərdən bu qrup sözlərin
ifadə etdikləri mənada söyüş çalarlığı mövcud olur; məsələn:
Görsən tanımazsan yarımsaqqalı,
Çıxıb
əndazədən dövləti, malı.
Xandəmirov çaldı, çapdı mahalı,
O,
ki var tutub özün keçəl qurumsaq.
(Q.Zakir)
İtil, cəhənnəm ol,
nadürüst! Mən səni tanıyıram, sən nə yu-
vanın quşusan.
(A.Səhhət).
Gəl bundan sonra
nanəcibə yaxşılıq elə. Çörəyini belə
adama yedirincə, itə tullasan bundan min dəfə yaxşıdır.
(Ə.Haqverdiyev)
Bu misallardakı
qurumsaq, nadürüst, nanəcib sözləri öz
mənalarına görə söyüş xarakterli vulqarizmlərdir.
Bədii əsərlərdə vulqar sözlərin əsas üslubi vəzifələri surətin
nitqini fərdiləşdirməyə, onun daxili aləmini açmağa, mədəni
keyfiyyətini müəyyənləşdirməyə kömək etməkdən ibarətdir. Bu
qrup sözlər də bədii üslubda müəyyən bədii zərurət və tələb
əsasında işlənilir.
99
Bədii əsərlərin dilinə hər cür vulqar sözü gətirmək olmur.
Çünki vulqarizmlər ehtiyatla işlənilmədikdə əsərin bədii keyfiy-
yətinə təsir edir, onu zəiflədir. Ədəbi janrlardan, xüsusən dra-
matik əsərlərin dilində vulqar sözlərin işlənilməsi müsbət hadisə
deyildir. Belə ki, dram əsərləri kütləvi tamaşa əsəri olduğundan,
hətta aktyorun ifadə edə bildiyi vulqar sözlər belə tamaşaçıya pis
təsir göstərir. Buna görə də dramaturqlar bu qrup sözlərə daha
ehtiyatla və daha məsuliyyətlə yanaşmalı olurlar.
Ümumiyyətlə, həddindən artıq şit və biədəb olan vulqar
sözlərin ədəbi dildə işlənilməsinə qətiyyən yol verilmir.
Müasir dövrdə xalqımızın mədəni səviyyəsinin sürətlə inkişaf
etdiyi bir zamanda yüksək nitq mədəniyyətinə nail olmaq üçün
nitqdə vulqar sözlərə qarşı ciddi mübarizə aparmaq lazımdır.
Dostları ilə paylaş: