üslubiyyat; c) Norma.
103
ÜSLUB VƏ ÜSLUBĠYYAT
Dilçilikdə, ədəbiyyatşünaslıqda, musiqidə, vokal sənətində,
memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliy-
yət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə
malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nis-
bətən daha qədimdir,
Stil termini yunan dilindən latın dilinə keçmiş ―Stilus‖ sö-
zündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı ma-
nerası ―Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq
üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtlən-
dirilir.
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yə-
ni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməx-
sus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf
mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş
olsaq, onun ilkin inkişaf mərhələsində hansıı üslubundan bəhs
etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. Üslubun-
dan danışmaq olarmı?
Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi
dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviy-
yəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq aka-
demik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr
üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii
üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı
dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır. Bundan əlavə,
poetik üslub – ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki,
onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunar dilçiliyin-
də Aristotel insan nitqi və onun fəlsəfiproblemlərindən danı-
şarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub
104
anlayışını nitqə tətbiq etdilər. Həm vunanları, həm də romalıları
üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə
alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş
mənada natiqlik sənəti kimi başa duşmələri idi.
Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini
nitq mədəniyyəti ilə əlaqələndirərək yazırdı: «Üslubun qiyməti
onun aydınlığındadır, .. Əgər nitq aydin deyilsə, deməli, natiq öz
məqsədinə nail ola bilməz. Üslub həddindən çox alçaq, həddən
çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna uyğun gəl-
məldir‖.
Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli si-
yasi xadimi Mark Tuli Siseron (e.ə. 106 – 43) natiqlik sənəti
haqqında traktat yazmışdır. Siseronun aşağıdakı sözlərini bil-
məyən üslubiyyatçı və natiq yoxdur: «Əsl natiq o şəxsdir ki, adi
işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli
işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir
üslubla danışmağı bacarsın».
Qədim Hindistanda da üsluba nitq əlaməti kimi baxmışlar.
Üslubiyyatı isə nitqi bəzəyən elementər haqqında təlim kimi qiy-
mətləndirmişlər. Rus alimi A.Barannikov da bu fikri təqdir edir.
Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli,
M.F.Axundov, S.Ə.Şirvani, C.MəmmədquIuzadə va başqa gör-
kəmli nümayəndələri bədii və rəsmi üslubun müxtəlif sahələri
haqqında qiymətli fikirlər söyləmişlər. Məsələn, M.Füzuli bədii
üslublar içərisində qəzələ üstünlük verirdi.
M.F.Axundov bədii üslubların bir çox məsələlərinə toxun-
muşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: ―Şeir
gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə zi-
yadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir‖.
Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid
edərək yazır: ―...və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun
və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki,
105
poeziya ibarətdir bir neçə taqqa-turuqu əlfazı bir vəzni-müəy-
yəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları
qeyri-vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii
teşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın mütəəxxirin
şüərasından Qaani təxəllüsündə bir şairin divanı bir növ cəfən-
giyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmua
gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər
düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola‖.
M.F.Axundov haqlı olaraq belə hesab edir ki, bədii per-
sonajın danışıq üslubu onun hərəkətləri ilə həmahəng olmalı,
obrazın daxili aləminin açılmasına kömək etməlidir, Ədib Mirzə
Ağaya onun pyesləri haqqında verdiyi məsləhətdə deyirdi:
―bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifadə edilməlidir.
İnşallah bu ibarələrlə sizin qələminizin gücünü görəcəyik... Bu
cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun
anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin‖.
Böyük demokrat C.Məmmədquluzadə istər bədii, istərsə də
publisistik yaradıcılığında ana dilinin varlığı, saflığı, xəlqiliyi
uğrunda mübarizə aparmışdır. O, həmişə «türkün ana dili»ndə
yazmış və bunu öz həmfıkirlərindən tələb etmişdir. ―Molla Nəs-
rəddin‖ və onun ətrafına toplaşan Ə.Haqverdiyev, M.Ə.Sabir,
Ö.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla
başqaları ədəbi üslubun xalq qoluna üstünlük verirdilər. Əsrin əv-
vəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsə-
ləsi qoymaqda nə qədər haqlı idilərsə, doğma Azərbaycan dilini
bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-
cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi»
adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin
yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «E1 malı» ola
bilə. Bir əsər də «el malı» ola bilmək üçün elin dilində, elin an-
ladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında
birinci səhifədə «Hirs və tənə» ünvanlı yazılmış məqalənin ilk
106
sətirlərini götürək. Belə qurma dil ədəbi dil ola bilməz!.. Hər bir
qövümün ədibləri və ürəfası tərəfindən o qövmün dilinin ruhuna
və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərbəstləş-
dirilmiş dil o qövmün ədəbi dilidir». Buraya qədər deyilənlərdən
belə bir nəticəyə gəlmək olar ki, üslub anlayışı insan idrakının,
insan fəaliyyətinin bütün sahələrini əhatə edir.
Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı
bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox
vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı
ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.
«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun
tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi
olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim
dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı
prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz
və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. Bu üslub dilin
ictimai vəzifəsini yerinə yetirərkən onda iki mikro üslubu mey-
dana gətirmişdir; Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı
– ana nəvazişi, ata məsləhətı – ana nəsihəti üçün ədəbi səciyyəli
söz və ifadələr – dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-ədəbi
söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, xahişlər üçün
mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur.
Yazıya qədərki Azərbaycan şifahi ədəbi dilində də həm
poetik funksional üslub, həm də ədəbi söhbət funksional üslubu
fəaliyyət göstərmişdir».
İnsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üs-
lubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamil-
ləşdikcə o, nəyin yaxşı, nəyinı pis olduğunu dərk etmiş, özünün
bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə
bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya
digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmiş-
dir. Bu, artıq üslubiyyatın bir elm kimi yaranması demək idi.
|