Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə102/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   166
2015-332

1.Azərbaycan  dili. Yer üzündə Azərbaycan dilində 30 mil-
yona  yaxın  adam  danışır.Bu  dildən  Azərbaycanda,  Orta  Asiya 
respublikalarında, Cənubi Azərbaycanda, İraqda və Gürcüstanda 
ünsiyyət vasitəsi kimi istifadə olunur. 
 Azərbaycan  dili  türk  dilləri  ailəsinin  cənub-qərb  qrupuna 
mənsub olmaqla bu qrup daxilində mərkəzi mövqe tutan möhkəm 
zəmin və geniş nüfuz dairəsinə malik olan bir dildir.Azərbaycan 
dili Türk dilləri ailəsinə daxil olan müasir dillərdən, xüsusən türk, 


 
150 
türkmən və qazax, qismən də qumuq dillərinə normaca daha çox 
yaxındır.Azərbaycan  dilini  səciyyələndirən  bir  sıra  xarakterik 
cəhətləri  mövcuddur.Bu  xüsusiyyətlər  əsasən  özünü  fonetik, 
qrammatik və leksik sistemdə göstərir.Məsələn, ―ə‖ saitinin geniş 
yayılması, söz əvvəlində ―h‖ saitinin işlənməsi, səs düşümü, səs 
artımı,  samit  səsləri  bəzən  qoşalaşması  kimi  fonetik  hadisələr 
dilimizin  fonetik  sistemi  üçün  daha  səciyyəvidir.Azərbaycan 
dilinin morfoloji quruluşunda nitq hisslərinin yeri, hal, kəmiyyət, 
mənsubiyyət  kateqoriyaları,  sifətin  dərəcələri,  say  və  zərflərin 
yaranma  yolları,  felin  zəngin  kateqoriyaya  malik  olması  və  s. 
başqa  türk  dillərində  müəyyən  dərəcədə  fərqli  xüsusiyyətlərə 
malikdir.Bu  dilin  sintaktik  quruluşunda  özünü  gostərən  söz 
birləşmələri,  ifadə  və  ibarələr,  çoxkomponentli  cümlələr  onun 
xarakterik xüsusiyyətlərindən hesab olunur. 
 Azərbaycan dili leksikasının əsasını türk mənşəli sözlər təşkil 
edir.Lakin  bununla  bərabər  burada  alınma  sözlər  təbəqəsi  də 
mövcuddur.Buraya əsasən, ərəb və fars, həmçinin monqol mənşəli 
sözlər,  eyni  zamanda  rus  və  avropa  dillərinə  də  aid  sözlər 
daxildir.Azərbaycan  dili  dünyanın  zəngin  dillərindən  biri  kimi 
vaxtilə  Zaqafqaziyanın  müxtəlif  millətləri  arasında  başlıca 
ünsiyyət  vasitəsi  olaraq  geniş  yayılmışdi.Məşhur  rus  şairi 
M.Y.Lermontov  yazırdı:  ―....mən  bir  çox  dağlar  aşdım,  ...  Azər-
baycanca öyrənməyə başladım.Həmin dil burada və ümumiyyətlə, 
Asiyada  Fransız  dilinin  Avropada  olduğu  qədər  zəruri  bir 
dildir.‖Alman  sairi  F.Bodenştet  qeyd  edir  ki,  ―Qafqazda  yaşayan 
camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edərdi‖.  

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin