9.Qumuq dili. Dağıstanda yaşayan qumuqların dilidir.Bu
dildə Çeçen-İnquş və Şimali Osetiyada yaşayan qumuqlar da da-
nışır.Hal-hazırda bu dildən 250 minə qədər adam istifadə
edir.Qumuq dilinin sistemli və elmi şəkildə tədqiqi
H.K.Dmitriyevlə başlanmışdır.Başqa türk dilləri kimi qumuq dili
də ərəb qrafikası bazası əsasında Böyük Oktyabr sosialist
inqilabından sonra yaranmış, sonra latın qrafikasına, 1939-cu
ildən rus qrafikasına keçilmişdir. 10.Yakut dili. Yakutda yaşayan yakutların dövlət
dilidir.Yakutlar eyni zamanda Krasnoyarsk diyarının Taymır və
Evenki milli dairələrində, habelə Maqadan, Saxalin və Amur
vilayətlərində də yaşayırlar.Bu dildə danışanların ümumi sayı
hal-hazırda 300 mindən artıqdır.Yakut dilinin öyrənilməsinə XIX
əsrin ikinci yarısından başlanılmışdır.1922-24-cü illərdə yakut
dilinin əlifbası beynəlxalq transkripsiyaya əsaslanmış, 1924-39-
cu illərdə yazıda latın əlifbasına keçilmiş, 1939-cu ildən rus
qrafikası əsasında yaranmış əlifbadan istifadə olunur.Müasir
yakut ədəbi dili özünün ən yüksək inkişaf mərhələsində fəaliyyət
göstərir.Hal-hazırda bu dildə elmi, ictimai-siyasi və bədii