154
zamanlarda tədqiqə cəlb olunmuşdur.Bu dilin elmi tədqiqi
E.R.Tenişevin adı ilə bağlıdır.Salar dili əsas etibarilə canlı
danışıq dilindən ibarətdir.Bu dilin özünün əlifbası yoxdur.
15.Tatar dili. Tatar xalqının milli dilidir.Bu dildə danışan
tatar xalqı, əsasən Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Moldo-
vada, Qorki, Tambov, Penza, Ryazan, Ulyanovsk, Samara, Sara-
tov, Omsk, Tomsk, Tumen vilaytlərində yaşayırlar.Bunlardan
başqa Ruminiya, Bolqarıstan, Polşa, Türkiyə
və Çin dövlətlərində
də tatar dilli əhali yaşayır.Hazırda tatarların ümumi miqdarı 6
milyon nəfərdən çoxdur.Bəzi ədəbiyyatda bu dil Kazan-tatar dili
adı ilə də verilir.Tatar dili fundamental şəkildə Böyuk Oktyabr
inqilabından sonra tədqiq olunmağa başlamışdır.Bu dilin əlifbası
1927-ci ilə qədər ərəb, 1927-ci ildən 1939-cu ilə qədər latın,
1939-cu ildən isə rus qrafikası əsasında aparılmışdır.
Dostları ilə paylaş: