19.Türkmən dili. Türkmənistanda yaşayan türkmənlərin
milli dilidir.Türkmənlər dünyanın bir çox ölkələrində, o cümlə-
dən İranda, Əfqanıstanda, Türkiyədə, Suriya və İordaniyada da
yaşayırlar.Bu dilin tədqiqinə əsasən XX əsrin əvvəllərindən baş-
lanılmışdır. Lakin türkmən dilinin əsl elmi tədqiqi ancaq Sovet haki-
miyyəti dövründə sürətli vüsət almışdır.Türkmən dilinin əlifbası
da 3 dəfə dəyişikliyə məruz qalmışdır.Ərəb, latın və rus qrafikası
əsasında yaradılmış türkmən dili əlifbası bu dilin inkişafı üçün
əlverişli şərait yaratmışdır.