157
tatar, başqırd, qumuq dilləri qıpçaq qrupuna aiddir. Qarluq qru-
puna isə özbək, uyğur, salur və s. dillər daxildir.
Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci
minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan
dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və
qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.
Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından forma-
laşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas fondu (leksikası) və
qrammatik quruluşu müəyyənləşir
Dünyada nə qədər azərbaycanlı yaşayır? – Almaniyada yaşa-
yan soydaşımız Əli xan İqbal bu suala cavab vermək məqsədilə
araşdırma aparmışdır. Bütün dünyada azərbaycanlıların ümumi sayı
48.703. 575 nəfər təşkil edir Azərbaycan dilində dünyanın 85 öl-
kəsində danışılır. 45 milyondan artıq adam bu dildə danışır, talışlar,
tatlar, ləzgilər və başqa xalqlar da ikinci dil kimi istifadə edirlər.
Türk dilləri qrupu 5 yarımqrupda formalaşmışdır:
1.Oğuz dilləri yarımqrupuna (4 dil), 2.Qıpçaq dilləri yarım-
qrupuna (5 dil), 3.Bulqar dilləri yarımqrupuna (6 dil), 4.Qarluq
dilləri yarımqrupuna (3 dil), 5.Tukay dilləri yarımqrupuna (5 dil).
Dostları ilə paylaş: