Mövzu 10:Ədəbi dil və onun normaları (Fonetik, leksik və qrammatik) Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı
funksiyanı yerinə yetirir.Nisbi sabitliyi yaradır. Ədəbi dilin
normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən
asılı olaraq dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik
normalarında daha çox özünü göstərir.
Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərə-
findən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. ―Ədəbi di-
lin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq
dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və
işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən
prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada
aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur‖.
Ədəbi dilin normalarını pozanlar ictimaiyyət tərəfindən mə-
zəmmət olunurlar. Fransa, Latviya kimi inkişaf etmiş ölkələrdə
dil qanunlarını pozanlar hətta cəzalandırılır.Məhz bu normaların
sayəsində nitqin bütün şəraitində – məişətdə, istehsalatda,
ictimai-siyasi mühitdə, təhsildə və s. yerlərdə dil özünün müxtəlif
ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir.