Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


  əməl etməkdir.  Mövzu 8: Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə117/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   166
2015-332

 
174 
əməl etməkdir. 
Mövzu 8: Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. 
Nitq mədəniyyətinin (yaxud yüksək mədəni səviyyəli nitqin) 
əsas  şərtləri  bunlardır:  nitqin  düzgünlüyü,  nitqin  dəqiqliyi  və 
nitqin ifadəliliyi. 
Nitqin  düzgünlüyü  dedikdə  dilin  fonetik,  leksik  və  qram-
matik  qayda-qanunlarına  əməl  etmək  nəzərdə  tutulur.  Məsələn, 
―öyə  getmək‖  düzgün  deyil.  Burada  dilin  fonetik  (orfoepik) 
qaydası pozulmuşdur. Bu ifadəni ―evə getmək‖ kimi dedikdə nitq 
düzgündür. 
Nitqin  dəqiqliyi  dedikdə  fikrin  ifadəsi  üçün  birbaşa  tələb 
olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur. 
Məsələn, ―Uşaq dərsdən gəlir‖ – cümləsi düzgündür, ancaq də-
qiq deyil. ―Uşaq məktəbdən gəlir‖ – cümləsi isə həm düzgündür, 
həm də dəqiqdir. 
Yaxud  mal  sürüsü,  at  sürüsü  düzgündür,  ancaq  naxır,  ilxı 
düzgün olmaqla yanaşı, həm də dəqiqdir. 
Nitqin  ifadəliliyi  isə  üslub  baxımından  ən  uğurlu  bədii  dil 
vahidinin işlədilməsi deməkdir. 
Nitqin  ifadəliliyini  nitqin  dəqiqliyindən  fərqləndirmək  o 
qədər də asan deyil. 
Məsələn,  ―O,  klassik  ədəbiyyatı  çox  sevir‖  cümləsi  düzgün 
və  dəqiqdir,  lakin  ifadəli  deyil.  ―O,  klassik  ədəbiyyatın  vur-
ğunudur‖  cümləsi  isə  düzgün  və  dəqiq  olmaqla  yanaşı,  həm  də 
ifadəlidir. 
Yaxud: ―Bizim eşqimiz xalq arasında məşhurdur‖ da demək 
olar,  ―Bizim  eĢqimiz  dillərə  düĢüb‖  də.  Ancaq  Səməd  Vurğun 
daha gözəl (ifadəli) deyib: ―Bizim eşqimiz bir el nağılıdır‖. 
Nitqin düzgünlüyünə hamı əməl etməlidir, nitqin dəqiqliyinə 
isə hamı əməl etməyə çalışmalıdır. Nitqin ifadəliliyi isə daha çox 
şair və yazıçılara məxsusdur. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin