Mövzu 6: Dil və mədəniyyət. Dil və xalqın tarixi. İctimai hadisə olan dil başqa ictimai hadisələrlə qarşılıqlı
əlaqədə inkişaf edir. Dil müstəqil inkişaf qanunlarına malik olsa
da cəmiyyətin bütün sahələrindəki dəyisiklərə reaksiya verir.
Müəyyən köhnəliklərlə bağli dilin lügət tərkibində bir sıra sözlər
arxaikləşir. İstehsalin, sənayenin inkişafi yeni anlayışların yaran-
masına səbəb olur ki, bunlarda dil vasitəsilə ifadə olunur. Mədəni
inkisaf genis anlayışdır. Cəmiyyətin bütün sahələrini əhatə edir.
Adi məisət və ailə səviyyəsində də yüksək əqli intellektual in-
kişafda da mədəniyyət nizamlayıcı bir faktordur. Təsadüfi deyil
ki, dildə mədəniyyət anlayışı ilə bağlıçoxlu ifadələr var. Əmək
mədəniyyəti, iş mədəniyyəti, istirahət mədəniyyəti və s. Mədəni
inkisaf dildə yeni terminlərin yaranmasına səbəb olur, bu dilin
lüğət tərkibinin zənginləşməsi deməkdir. Beləliklə, dilin inkişafı
bilavasitə xalqın tarixi ilə bağlıdır. Bu bağlılığı 2 istiqamətdə
görmək mümkündür. Biri odur ki, bir dövlətin ərazisində qohum
tayfaların birləşməsi nəticəsində xalq formalaşdığı kimi bu
tayfaların dilidə birləşərək həmin xalqın dilinə çevrilir. Dilimizdə
ərəb və fars sözlərinin işlənməsi Azərbaycan xalqının tarixən hə-
min xalqlarla olmus əlaqəsinin nəticəsidir. Məsələn: İslam dinini
qəbul etdikdən sonra türkcə uçmaq, damu, tanrı, yalavac sözlə-
rinin əvəzinə müvafiq olaraq cənnət, cəhənnəm, Allah, Peyğəm-
bər sözləri işlənməyə başlamışdır. Dil faktları xalqın mədəni