Mövzu 7: Dilin tarixi xalqın tarixidir
Azərbaycan ədəbi dilinin hərtərəfli elmi tədqiqi sovet döv-
rünün nailiyyətidir. Bu, həm müasir Azərbaycan ədəbi dilinə,
həm də ədəbi dilimizin tarixinə aiddir.Şübhəsiz, hər hansı bir
dilin müasir səviyyədə tədqiqi ilə tarixi aspektdə öyrənilməsi
eyni dərəcədə güc tələb etmir. Ədəbi dilin tarixini düzgün və
yüksək səviyyədə öyrənmək üçün ilk növbədə müəyyən ərazidə
yaşayan xalqın tarixini araşdırmaq vacibdir və ümumən xalqın
tarixini bilmədən ədəbi dilin tarixini öyrənmək olmaz. Bizim
tariximiz isə əsl elmi inkişaf üçün imkan yarandığı dövrdə –
sovet dövründə, demək olar ki, ‖ustanovka‖ ilə yazılmışdır və bu
cəhət xalqın tarixinin şüurlu surətdə saxtalaşdırılması ədəbi dilin
tarixini, onun inkişaf yolunu obyektiv müəyyənləşdirməyə imkan
verməmişdir. Hələ 30-cu illərdə B.Çobanzadə ədəbi dilimizin
tarixini ilkin dövrləşdirmə təşəbbüsündə olmuşdur. Az sonra
ədəbi dil tarixi üzrə müstəsna tədqiqatçı kimi yetişən Ə.Dəmir-
çizadə bu sahədə proqram hazırlamış, dəfələrlə dövrləşdirmə
168
aparmış və nəhayət, çox qiymətli ―Azərbaycan ədəbi dili ta-
rixi‖nin I cildini nəşr etdirmişdir (1979). T.Hacıyev 60-cı illərdən
bu sahədə araşdırmaları genişləndirərək iki hissədən ibarət
―Azərbaycan ədəbi dili tarixi‖ kitabını oxuculara təqdim
etmişdir.B.Çobanzadə 1936-cı ildə çap etdirdiyi məqalədə
özünün, bir alim kimi, bir sıra ‖qüsurlarını‖ qeyd etsə də, 37-ci il
‖təmizlənməsi‖ndən xilas ola bilmədi. Türkçülüyü təbliğ, türk
dillərini qohum hesab etmişdi. dövrün siyasi mənzərəsi elə idi ki,
‖türk‖ sözünü dilə gətirmək olmazdı. Bu proses 50-ci illərə qədər
davam etdiyindən Ə.Dəmirçizadənin böyük zəhmət hesabına
yazdığı ―Azərbaycan dilinin tarixi‖ (1944) əsərində də dilin
mənşəyi dolayı yollarla – akademik H.Y.Marrın nəzəriyyəsinin
prinsipləri əsasında axtarılır. Ə.Dəmirçizadə Midiya və Alban
dövrü abidələrinin köməyi ilə bir sıra sözlərin etimologiyasını
araşdırsa da, yalnız 70-ci illərin materialları əsasında hazırkı
ədəbi dilimizin köklərini uzağı Atropatena dövrü ilə
əlaqələndirmiş, dilimizin mənşəyini oğuz və qıpçaq tayfa dilləri
ilə bağlı izah etmişdir.60-cı illər ədəbiyyatşünaslıq elmi, bədii
nəsr və poeziya sahəsində yeniliklər dövrü olduğu kimi,
dilçilikdə də yeni, cəsarətli addımların atıldığı, tarixi tədqiqatın
düzgün istiqamət almağa başladığı dövrdür. 70-ci illərin
ortalarında T.Hacıyev türk mənşəli Azərbaycan dilini beş min il
əvvəlki şumer dili faktları ilə sistemli şəkildə müqayisə edir,
xeyli miqdarda leksik müvazilik əsasında Azərbaycan ərazisində
hələ o dövrlərdə türk tayfa dillərinin mövcudluğunu qətiləşdirir.
Şumer dilinin türk mənşəli olduğunu sübut etmək mümkün
olmasa da, onun paraleli olan türk tayfa dillərinin qonşu
Azərbaycan ərazisində mövcudluğuna şübhə qalmır. T.Hacıyev
bunu sonrakı minilliklərin onomastik leksikasının etimoloji təhlili
ilə də əsaslandırır. Bu, 60-cı illər oyanışının ilk nəticələri idi və
bu cür tədqiqat meyl və cəsarəti bu dövrün səciyyəvi əlamətidir –
müstəqilliyə aparan yoldur. 70-80-ci illər xalqın tarixinin və
169
dilinin minilliklər boyu keçdiyi həqiqi, təbii inkişafın tədqiqi
sahəsində böyük yeniliklər dövrüdür. Bu dövrdə bir sıra tarixçilər
tədqiq və araşdırmalarını yenə köhnə ən’ənə və ‖ustanovka‖ ilə
davam etdirirlər. Bu cür əsərlərdə onomastik leksika yalnız İran
dilləri əsasında izah edilir; bu, mümkün olmadıqda Qafqaz
dillərinə müraciət edilir, lakin sözün çox hallarda aşkar türk
mənşəyi qətiyyən yaxına buraxılmır. Bu zərərli meylin hazırda
yenə tərəfdarları var və onlar qədim Azərbaycan ərazisində türk
tayfaları mövcudluğunun qəti əleyhdarlarıdır. Bu konsepsiya ona
görə zərərlidir ki, xalqın və dilin tarixini şüurlu surətdə təhrif
edir, obyektiv tədqiqata imkan vermir; irqi ayrıq – seçkiliyə
səbəb olur, ―ari‖ saydıqları ilə digər xalqları qarşı-qarşıya qoyur,
etnolinqvistik faktorlara həqarətlə baxır. Bir sıra tarixçilər bu
cəhəti görürdülər. Onlar tarixin dərinliklərindən işıq saçan türk
leksikasını da görürdülər. Bu sahədə 60-cı illərdən başlayan
tədqiqat 70-ci illərdə gücləndi və son dövrlərdə xüsusi bəhrə
verdi. Elmə zidd konsepsiyanın 80-ci illərin əvvəllərində ilk
geniş tənqidini bədii yolla görkəmli yazıçı İsa Hüseynov verdi.
Yaxşı niyyətlə yazılmış bütün tarix və dilçilik ədəbiyyatı göstərir
ki, türklər bu yerlərin ən qədim sakinləridir; dəfələrlə türk
tayfalarının gəlişləri, gedişləri olmuş və onlar tədricən
qüvvətlənmişlər. Tədqiqatlar dərinlərə getdikcə sirlər açılır,
müxtəlif ölkələrin ərazilərindəki aborigenlərin etnik tərkibi daha
aydın müəyyənləşir. Türk tayfalarının əksərən Orta Asiyadan
gəlmə olduqları göstərilir. Mövcud tədqiqatlara əsasən kitabda
türk – Azərbaycan dilinin inkişaf yolu belə təsəvvür edilir: e.ə.
IV və III minilliyin əvvəlləri protürk dövrü olmuş və məhz bu
dövrdə türk dilləri kök dildən ayrılıb parçalanmağa başlamışdır.
Bu baxımdan e. ə. III-I minilliklər protoazərbaycan dili dövrü
olub, e.ə. V əsrə qədər davam etmişdir. E.ə. V əsrdən eramızın X
əsrinə qədər qədim Azərbaycan dili, X əsrdən sonrakı dövr Orta
və yeni Azərbaycan dili dövrü sayılır.
170
Türk tayfalarının Azərbaycan ərazisinə III əsrdən, daha pis
halda isə XI-XII əsrlərdən gəldiyini iddia edənlərin fikirlərini dil
və tarix təkzib edir, qədim sak-massaket tayfalarının, hunların,
oğuz-qıpçaqların tarixi bu cür mülahizələri alt-üst edir. Qədim
onomastik leksika, Sak-Turan hökmdarı Alp Ər Tonqanın ölü-
münə ağılar, Kaşğari divanının faktları, ‖Oğuznamə‖ material-
ları, Orxon-Yenisey abidələri belə bir ağlabatan qənaətə gəlməyə
imkan verir ki, Azərbaycanda ən qədim dövrlərdən e.ə. I minil-
liyin ortalarına qədər müxtəlif türk etnoslarının konsolidasiyası
dövrü, e.ə. I minilliyin ortalarından eramızın ilk əsrlərinə qədər
türk etnoslarının ictimai-siyasi nüfuzunun güclənməsi, III-VII
əsrlər isə Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin
formalaşması dövrüdür. Azərbaycan ədəbi dili IX-XI əsrlərdə
tam təşəkkül tapmışdır. XVI əsrin ilk günlərindən Şah İsmayılın
fəaliyyəti ilə başlayan hərəkat milli oyanışın başlanğıcı idi. Şah
İsmayıl da, Füzuli də, Qurbani də üç müxtəlif üslubun zirvəsində
durmaqla ədəbi dilin axarını yeni mərhələyə – milli mərhələyə
ötürmüş oldular.Ümumiyyətlə, Azərbaycan dili Azərbaycan Res-
publikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə
yaşayan azərbaycanlıların ana dilidir. Hazırda dünyanın müxtəlif
yerlərində yaşayan 30 milyondan çox azərbaycanlı bu dildə danı-
şır. Bu dil müstəqil respublikamızın da dövlət dilidir. Azərbaycn
dili türk dilləri ailəsinin oğuz qrupuna mənsubdur. Morfoloji qu-
ruluşuna görə iltisaqi dillərə daxildir. İctimai hadisə olan dil baş-
qa ictimai hadisələrlə qarşılıqlı əlaqədə inkişaf edir. Dil cəmiy-
yətin bütün sahələrindəki dəyişikliklərə, geriləmə və irəliləyişlərə
reaksiya verir. Müəyyən köhnəliklərlə bağlı dilin lüğət tərkibində
bir sıra sözlər arxaikləşir, elmin, texnikanın, bütövlükdə mədə-
niyyətin inkişafı yeni anlayışların yaranmasına səbəb olur. Dildə
mədəniyyət anlayışı ilə bağlı çoxlu ifadələr var: əmək mədə-
niyyəti, iş mədəniyyəti, siyasi mədəniyyət, dövlətçilik mədə-
niyyəti, dil mədəniyyəti, nitq mədəniyyəti, hərbi mədəniyyət və s.
171
Mədəni inkişaf dildə yeni terminlərin yaranmasına səbəb
olur, bu da dilin lüğət tərkibinin zənginləşməsi deməkdir. Müasir
radio-televiziyanın kütləviləşməsi xalqda nitq mədəniyyətinin
yüksəlməsinə güclü təsir göstərir. Cəmiyyətdə insanların mədəni
səviyyəsinin qalxması ədəbi dilin fəaliyyət dairəsini genişlən-
dirir, ədəbi dilin orfoqrafik, orfoepik və qrammatik normalarını
möhkəmləndirir. Nəticədə dialektin sosial işlənməsi məhdudlaşır.
İnsanların ümumi mədəni səviyyəsinin inkişafı elmin genişlən-
məsini şərtləndirir. Bununla da ədəbi-kitab dili ilə xalq danışıq
təzahürünün yaxınlaşması, özünəməxsus şəkildə sintezi gedir və
bu prosesin nəticəsi kimi dilimizdə bu gün xüsusi elmi-kütləvi
üslub deyilən nitq forması müəyyənləşir.
Dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır. Bu bağlılığı
iki istiqamətdə görmək mümkündür. Biri budur ki, bir dövlətin
ərazisində qohum tayfaların birləşməsi nəticəsində xalq forma-
laşdığı kimi, bu tayfaların dili də (buna dialekt dili deyirlər, yəni
dialekt tayfa dilinə bərabərdir) qarışaraq-birləşərək həmin xalqın
dilinə çevrilir.
Məsələnin başqa tərəfi odur ki, müəyyən mədəni-tarixi ha-
disələrin aydınlaşmasında dil faktları mühüm rol oynayır.
Dilimizdə ərəb və fars sözlərinin işlənməsi Azərbaycan xal-
qının tarixən həmin xalqlarla olmuş əlaqəsinin nəticəsidir.
Məsələn, islam dinini qəbul etdikdən sonra türkcə uçmaq,
damu, Tanrı, yalavac sözlərinin əvəzinə müvafiq olaraq cənnət,
cəhənnəm, Allah, peyğəmbər isimləri işlənmişdir.
Rus dilindəki tovar (əmtəə) sözünün bizim dildə və başqa
türk dillərində xırdabuynuzlu heyvan mənasında işlənən ―davar‖,
karandaş sözünün ―qara(n)daş‖dan yaranması türk xalqlarının
qüdrətli dövlətçilik tarixi haqqında dolğun təsəvvür yaradır. Şah
Abbasın adı ilə bağlı yaranmış şahı, abbası pul vahidləri XVI əsr
Azərbaycan dövlətçiliyi barəsində özlüyündə müəyyən təsəvvür
yarada bilir. XI əsrin görkəmli alimi Mahmud Qaşğarlı yazırdı ki,
172
türk və ərəb dilləri atbaşı (bərabər) gedir.
Qurani-Kərimin 112-ci surəsi olan İxlas surəsinin ―Kitabi-
Dədə Qorqud‖dakı Azərbaycan türkcəsinə tərcüməsi həmin fikri
təsdiqləyir.
Ahəng qanunu sözdə qalın və incə saitlərin bir-birini izlə-
məsi deməkdir. Dilimizin əsas fonetik qanunu kimi, ahəng qanu-
nu fonetikada öyrənilir. Lakin ahəng qanunu dilimizin morfoloji
quruluşu ilə də birbaşa bağlıdır. Dilimizdə milli sözlərdə ahəng
qanunu gözlənilsə də, bir çox alınma sözlərdə pozulur. Məsələn:
kitab, alim, dünya, vəfa, radio və s. Bu kimi sözlərə öz dilimizə
məxsus hər hansı bir şəkilçi artırdıqda həmin şəkilçi söz kökün-
dəki son hecanın ahənginə mütləq uyuşmalıdır. Məsələn: kitab-
lar, alim-lə-rimiz, dünya-da, vəfa-lı, radio-ya və s. Deməli, ahəng
qanunu köklə şəkilçi arasında daha möhkəm və dəyişməz olur.
Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng
qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oy-
nayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm
də morfoloji hadisədir. Məhz bu xüsusiyyətinə görə ahəng qa-
nunu dilçilikdə morfonoloji (morfologiya və fonetika dilinı bir-
ləşdirən) hadisə sayılır. Morfologiya iki sözdən ibarətdir:
morfologiya və fonetika.
Nitq mədəniyyəti dilçiliyin praktik (təcrübi) sahəsi olub,
dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq
mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və
orfoqrafik), leksik və qrammatik qayda-qanunlarını bilmək və
nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli (praktik)
şəkildə həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin
nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı
dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları
sistemi öyrənilir. Nitq mədəniyyətinin konkret predmeti yoxdur.
Natiqlikdə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik
173
də şairlik, rəssamlıq kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə
bilər, lakin hamı natiq ola bilməz. Ədəbi dilə yiyələnməyin özü
nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır.
Bir sıra Avropa xalqlarında bizim ―ədəbi dil‖ dediyimiz
anlayışa ―mədəni dil‖, ―mədəniyyət dili‖ deyirlər. Yəni nitqin
mədəniliyi, dilin-danışığın gözəlliyi bütövlükdə millətin mə-
dəniyyətinin tərkib hissəsidir.
―Mədəniyyət‖ sözü ərəbcə şəhər mənası verən mədinə sö-
zündəndir.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri
də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1. Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı
bir fikri ifadə etmək imkanının olması;
2. Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə
imkanlarından düzgün şəkildə istifadə etməsi.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna
görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu
dil özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti
cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədə-
biyyatı nümunələri, sonra isə yazılı ədəbiyyat yaranmışdır.
Bu dildə ―Dədə Qorqud kitabı‖ kimi dünya mədəniyyətinin
nadir incisi yaranıb.
Böyük türk alimi Fuad Köprülü ―Dədə Qorqud kitabı‖nı
bütün türk xalqlarının ən sanballı əsəri adlandırıb.
İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl
və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qo-
ruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nüma-
yəndəsi nitq mədəniyyətinə dərindən yiyələnməli və onu layiqli
şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yay-
maqda söz ustalarının böyük xidmətləri olmuşdur.
Nitq mədəniyyətinin ən mühüm şərti, ədəbi dilin normalarına
|