Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


  Mövzu 9: Azərbaycan ədəbi dili. Nitq normaları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə118/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   166
2015-332

 
175 
Mövzu 9: Azərbaycan ədəbi dili. Nitq normaları. 
Ədəbi  dil  xalq  dilinin  ciddi  fonetik,  leksik,  morfoloji  və 
sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır. 
Ədəbi dil – milli dilin müəyyən qayda-qanunlara tabe olan və 
xalqın  nümunəvi  ünsiyyətinə  xidmət  edən  nitq  formasıdır.  Başqa 
sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə ma-
lik olan ən yüksək formasıdır. Ədəbi dil dialektdən fərqlənir. 
Ədəbi dil bütün üslubların sistemidir. Ədəbi dilimizin bütün 
üslubları öz dolğunluğu ilə seçilir. Xalqımızın elmi-mədəni yük-
səlişi  ilə,  müasir  dünya  mədəniyyətinə  yaxınlaşma  və  inteq-
rasiyası  ilə  ədəbi  dilimizdə  elmi-kütləvi  üslub  deyilən  bir  üslub 
formalaşır. 
Tarixən  başqa  üslublarla  müqayisədə  nisbətən  zəif  olan 
rəsmi  üslubumuz  indi  müstəqil  dövlətçiliyimizlə  bağlı,  bütün 
rəsmi dairələrdə mütləq və məcburi işlənməsi ilə şərtlənərək daha 
da kamilləşmişdir. Bu gün Azərbaycan dili Azərbaycan Respub-
likasının  dövlət  dilidir.  Bu  həm  ədəbi  dilimizin,  həm  də  bütün 
üslubların sürətli inkişafı üçün təminat yaradır. 
Ədəbi dilin tabe olduğu qayda-qanunlar sisteminə nitq nor-
maları deyilir. 
Norma  sözün  fonetik  (səs)  tərkibinin,  leksik  mənasının  və 
cümlənin  qrammatik  quruluşunun  hamı  tərəfindən  qəbul  olunan 
şəkildə fəaliyyətinə deyilir
Ədəbi  dil  iki  şəkildə  özünü  göstərir:  şifahi  ədəbi  dil,  yazılı 
ədəbi dil. 
Şifahi ədəbi dil səslənən ədəbi dildir.Şifahi ədəbi dil əlifba, 
yazı  yaranmamışdan  qabaq  xalq  yaradıcılığının  dili  kimi  işlən-
mişdir.  Ədəbi  dilin  bu  forması  orfoepik  normalara  tabe  olur. 
Nitq, çıxış və məruzələr şıfahi ədəbi dil normalarına aiddir. Döv-
rümüzdə  ədəbi  dilin  şifahi  forması  radio,  televiziya  dilinin 
hesabına  daha  da  genişlənmişdir.Yazılı  ədəbi  dil  yazılan  dildir, 
orfoqrafik normalara tabe olur. Yazılı ədəbi dilin ilk nümunələri 


 
176 
dövlət  sənədlərinin,  dövlət  başçılarının  məktublarının  və  bədii 
əsərlərin  dili  olmuşdur.  Mədəni  inkişafın  yüksəlməsi  ilə  yazılı 
ədəbi dilin dairəsi daha da genişlənmişdir. 
Bu  gün  bədii  əsərlərlə  yanaşı,  qəzet  və  jurnalların,  elmi  və 
publisist  kitabların,  reklamların,  müxtəlif  məzmunlu  plakatların 
da dili yazılı ədəbi dil nümunəsidir. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin