20.Uyğur dili. Yeni uyğur dili Orta Asiya və Qazaxıstanda,
habelə Çin Xalq Respublikasında yaşayan uyğurların milli
dilidir.Bu
dilin
öyrənilmə
tarixi
XIX
əsrdən
başlanmışdır.Uyğurların
rus
qrafikası
əsasında
əlifbası
mövcuddur.Çindəki uyğurlar isə ərəb əlifbasından istifadə
edirlər. 21.Xakas dili. Xakasda habelə Yenisey çayı sahillərində ya-
şayan Xakaz xalqının dilidir.Xakas dilinin əsaslı şəkildə öyrənil-
məsi son dövrlərə təsadüf edir.Bu dilin ilk əlifbası rus qrafikası
əsasında olmuşdur.1929-cu ildə həmin əlifba latın qrafikası ilə
əvəz olundu.1939-cu ildə xakaslar yenidən rus qrafikasına
keçdilər.Müəyyən olunmuşdur ki, xakas dilinin xüsusiyyətlərini
rus qrafikası daha düzgün əks etdirir.