Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə107/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   166
2015-332

16.Tofalar  dili.  Krasnoyarsk  diyarında  yaşayan  kiçik  bir 
etnik  qrupun  dilidir.Bu  dilə  Karaqas  dili  də  deyirlər.Fonetik  və 
qrammatik  xüsusiyyətlərinə  görə  tuva  dilinə  daha  çox 
yaxındır.Bəzən  mövcud  ədəbiyyatda  bu  yaxınlığa  görə  tofalar 
dilini yuva dilinin bir dialekti də qeyd etmək meyli vardır.Tofalar 
dilinin  yazısı  yoxdur.Onlar  əsasən  rus  ədəbi  dilindən  istifadə 
edirlər. 
17.Tuva dili. Tuvada yaşayan tuvaların dilidir.Tuva xalqının 
bir  hissəsi  isə  Krasnoyarsk  vilayətində  və  Monqolustanda  ya-
şayır.Ümumiyyətlə  bu  dildə  yer  üzündə  170  minə  qədər  adam 
danışır.Tuva  dili  əsasən  sovet  dövründə  yazıya  malik  olmuş  və 
bir  ədəbi  dil  kimi  çox  sürətlə  inkişaf  etmişdir.Hazırda  bu  dilin 
əlifbası rus qrafikasına əsaslanır.Müasir Tuva ədəbi dilində külli 
miqdarda bədii, elmi, ictimai-siyasi ədəbiyyat, qəzet və jurnallar 
nəşr olunur, radio və televiziya verilişləri aparılır. 
18.Türk dili. Türkiyə dövlətinin dilidir.Bundan əlavə hər iki 
Almaniyada,  Bolqarıstanda,  Yuqoslaviyada,  Kiprdə,  Yunanıs-
tanda,  İranda,  Afrikada  və  Avstraliyada  yaşayan  türklər  də  bu 


 
155 
dildə danışır.1924-cü ilə qədər bu dil Osmanlı dili adlanırdı.Türk 
dilinin  tədqiqi  tarixi  16-cı  əsrə  təsadüf  edir.Avropa  alimləri  bu 
dövrdə  Türk  dilinin  qrammatikasını  hazırlamağa  səy  gös-
tərmişdir. 
 1928-ci ilə qədər türk dilinin əlifbası ərəb qrafikasına uyğun 
idi.1929-cu ildən etibarən latın əlifbasına keçilmişdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin