151
danışır.Altay dili fundamental şəkildə əsasən Böyük Oktyabr
sosialist inqilablarından sonra öyrənilməyə başlanmışdır.Bu dil
ən çox Qırğız dilinə yaxındır.Hazırda Altay dilinin əlifbası rus
qrafikası əsasındadır.
3.BaĢqırd dili. Bu dildə Tatarıstan, Özbəkistan, Qazaxıstan,
Tacikistan respublikalarında, habelə ölkəmizin bir sıra diyar və
vilayətlərində danışan başqırdlar mövcuddur.1969-cu il məluma-
tına görə, 1 milyon 300 minə yaxın adam bu dildə danışır.Bu dil
Tatar dilinə daha çox yaxındır.Başqırd əlifbası əvvəlcə ərəb, son-
ra latın, 1940-cı ildən isə kiril qrafikası əsasında meydana çıx-
mışdır.
4.Qaqauz dili. Ukrayna, Moldoviya, Orta Asiya və Qazaxıs-
tanda, habelə Bolqarıstan və Ruminiyada yaşayan qaqauzların
dilidir.Bu dil, əsasən,XIX əsrin ikinci yarısından etibarən
öyrənilməyə başlanmışdır. XIX əsrdən Rusiyada yaşayan qa-
qauzların yazılı dili rus qrafikasında aparılır.
5.Qazax dili. Qazaxıstan, Orta Asiyada, habelə Çində, Mon-
qolustanda və Əfqanıstanda yaşayan qazaxların milli dilidir.Bu
dildə 6 milyondan çox əhali danışır.Qazax dilinin öyrənilmə
tarixi M.Qaşqarlının ―Divani-lüğətit-türk‖ əsərindən başlan-
mışdır.Qazax dilinin əlifbası əvvəlcə ərəb, 1929-cu ildən latın,
1940-cı ildən isə rus qrafikası əsasında aparılmışdır.
Dostları ilə paylaş: