Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Azərbaycan Respublikasının dövlət dili



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə98/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   166
2015-332

 
Azərbaycan Respublikasının dövlət dili 
 
Azərbaycan dili dilçiliyin sahələrindən etimologiya, leksiko-
logiya,  dialektologiya  və  digər  aparıcı  sahələrini  özündə  birləş-
dirir. Bu dil Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, 
eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana  dilidir. 
Dilimiz  tarixən  türk  dili,  türki,  türkcə  adı  ilə  tanınmış,  indi  isə 
Azərbaycan dili kimi rəsmiləşdirilmişdir. Hazırda dünyanın müx-
təlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə 
danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir. 
Azərbaycan  dili  azərbaycanlıların  ana  dilidir.  Respublika-
mızın qədim sakinlərindən olan azsaylı xalqlar da (ləzgilər, tatlar, 
talışlar,  avarlar,  kürdlər  və  s.)  Azərbaycan  dilindən  ünsiyyət 
vasitəsi kimi istifadə edirlər. 
Hər  bir  dövlətin  dövlətçilik  əlamətlərindən  biri onun  siyasi, 
iqtisadi,  mədəni  fəaliyyətini  cəmiyyətə  çatdıran  dildir:  dövlət 
qanunlarının,  rəsmi  göstəriş  və  sərəncamların,  rəsmi  sənədlərin 
vahid  dildə  olması  mühüm  siyasi  şərtlərdəndir.  Bu  dil  vahidliyi 
dövlət quruculuğunda və idarəçiliyində ünsiyyəti asanlaşdırır, an-
laşmanı  maksimum  təmin  edir.  Bu  əlaqələndirmə  və  ünsiyyət 
vasitəsinə dövlət dili deyilir. ―Azərbaycan Respublikasının dövlət 
dili  Azərbaycan  dilidir.  Azərbaycan  Respublikası  Azərbaycan 
dilinin inkişafını təmin edir‖.
3
 
Azərbaycan Respublikasının bütün dövlət orqanlarında yazılı 
və  şifahi  əlaqə  işləri  Azərbaycan  dilində  aparılacaqdır,  dövlət 
idarələrində  vəzifə  tutan  müxtəlif  xalqların  nümayəndələri  öz 
işlərini məhz Azərbaycan dilində icra edəcəklər. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin