Mövzu 2: Dil və dilçiliyin funksiyaları, onun ünsiyyət vasitəsi
və ictimai hadisə olması, mənsub olduğu xalqın həyatı ilə
bağlıolması, fikir ifadə etməsi və S.Vurğunun ―Azərbaycan‖
şeirinin öyrənilməsi barədə söhbət açmaq lazımdır.
Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədim-
dir. Bu sənət xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta
əsrlərdə yazıçı və şairlərin şərh, risalə, təzkirə, bədii əsərlərində
yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə sözün qüdrəti ilə
141
bağlı dəyərli fikirlər söylənilmişdir.
Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq
qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmişdir. Ulu
əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək
qiymətləndirmişlər. İnsan cismən yox olsa da, onu tarixdə yaşa-
dan sözdür. Bizim çağdaş tariximiz sözün tarixidir. Məsələn,
Nizaminin, Füzulinin, Xətainin, Vaqifin, M.F.Axundovun və baş-
qalarının dövrü… Nizaminin dövründə yaşamış sənətkarlar,
hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Söz mü-
qəddəs, sözü cilalayan ustad isə müqəddəslərin müqəddəsidir.
Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid ve-
rir. Söz var dağa çıxarar, söz var dağdan endirər. Söz bir olsa dağ
yerindən oynayar. Söz həm məlhəmdir, həm də yara.Söz var
gələr keçər, söz var dələr keçər. Antik dövrünqüdrətli loğmanı
Hippokrat demişdir ki, təbabət üç nəhəngin çiynində dayanır:
bitki, bıçaq, söz. Min il bundan əvvəl Firdövsi yazırdı: ―Sözün
qədrini bilin, həyatda ancaq söz yadigar qalır‖.
Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biiri olan
Nəsrəddin Tusi özünün ―Əxlaqi-Nasir‖, ―Abad-ül-mütəllimin‖ və
digər əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiy-
mət vermişdir. O, gözəl nitqi birinci növbədə dilin səlisliyi, ifadə
imkanlarının genişliyi kimi diqqətə çatdırır. O, nitq mədə-
niyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə
xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni
dərəcədə riayət etməsini zəruri saymışdır. İnsan öz-özü ilə də,
Allahı ilə də, insanla da ünsiyyətdən çox böyük fərəh duyur,
çünki o bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, Allaha
qovuşmuş olur. Tusiyə görə, natiqlik müqəddəs sənət, söz söy-
ləmək, danışmaq möcüzəsi qabiliyyət sayılır.
Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə
yüksək qiymət verənlər çox olmuşdur. Fələki, Şirvani, İzzəddin
Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xəqani. Nizami
142
Gəncəvi, Həsənoğlu, Nəsrəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadə-
ddin Nəsimi, Məhəmməd Füzuli, Sahib Təbrizi, Molla Pənah
Vaqif, Qətran Təbrizi, Şah İsmayıl Xətai, Marağalı Əhvədi və
başqa böyük natiqlər olmuşdur. Onların yazdıqları bədii əsərlərdə
natiqlik məharəti, nitq kamilliyi mədəniyyəti, nitqin təsir qüvvəsi,
nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi və s. haqqında
janrın verdiyi imkan ölçüsündə elmi-nəzəri fikir və mülahizələr
söylənilmiş, söz sənətinə yüksək qiymət verilmişdir. Nizami
Gəncəvi ―Sirlər xəznəsi‖ndə ―Sözün qüdrəti‖ adlı ayrıca fəsil
vermişdir:
Sözün qızıl yatağı altunla tutdu qoşa,
Dedi söz sərrafına: ―De hansı gəlir xoşuna?
İncə, köhnə qızılmı, təzə sözmü yaxşıdır? ‖
Söz sərrafı söylədi. ―Söz dünyanın naxşıdır…!‖
Söz qasidi bələdsiz başa vurar yolları.
Söz hünər meydanında yenər mərd oğulları…
Söz hər yerdə hakimdir. Hamıdan başda olur.
Dünyanın sərvətidir, inci qaş-daş da odur.
Nizami deyir ki,
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.
Nizaminin ―İsgəndərnamə‖ epopeyasında natiq surətini ya-
ratmış, onu mütəfəkkir, dərin hikmət sahibi kimi səciyyələn-
dirmişdir. Nəsimi ―Məndə sığar iki cahan, mən bu cahana
sığmaram‖ deyərək sözün zirvəsində dayanır. Onun söz sənəti,
sözün qüdrəti ilə bağlı olduqca dəyərli fikirləri vardır.
Füzuli sözə, nitqə yüksək qiymət vermişdir
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz?
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa da əhlin eylər ol miqdar söz…
Füzuliyə görə, söz müqəddəs bir ilahi varlıqdır, canlı varlıq
143
kimi yaşayır. Söz olmadan real varlıq, cisim mövcud deyil.
Dostları ilə paylaş: |