Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə96/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   166
2015-332

Can sözdür, əgər bilirsə insan, Sözdür ki, deyirlər, özgədir can,  
Söz vardır kəsdirər başı, Söz vardır kəsər savaşı,  
Söz vardır ağulu acı, Bal ilən edər yağ bir söz.  
 Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda 
görürdü.  O  belə  bir  qənaətə  gəlirdi  ki,  dil  səni-sən,  məni-mən, 
səni-biz,  bizi-hamımız  kimi  formalaşdırmaqla  millət,  xalq  anla-
yışını  tamamlayır.  O,  elmilik,  aydın  diksiya  və  musiqiliyi  nitq 
üçün vacib şərtlərdən sayırdı. Orta əsrlərdə yaşayıb-yaradan şair-
lər, söz ustaları, natiqlərin söz və onun qüdrəti, tutarlı və orijinal 
fikir  söyləmək  bacarığı,  natiqlik  məharəti,  nitqin  kamilliyi,  təsir 
qüvvəsi,  nitqdə  forma  və  məzmun  vəhdətinin  gözlənilməsi,  söz 
ustası  (suxənvər,  danışığına  fikir  verən,  danışa  bilən  (suxəndan) 
və s. barədə fikir və mülahizələr söyləmişlər.  
 XVII-XVIII  əsirlərdə  aşıq  poeziyasında  da  sözün  tələf-
füzünə,  yatımlı  deyilişinə  çox  fikir  verilmiş,  İmran  dili  dedikdə 
gözəl  danışıq  nəzərdə  tutulmuşdur.  XIX  əsrdə  Azərbaycanda 
M.Ş.Vazeh,  Axundov,  A.A.Bakıxanov,  Q.Zakir  kimi  praktik 
natiqlər,  bu  sahənin  nəzəriyyəçiləri  yetişmişdir.  M.F.Axundov 
özünün bütün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik 
məharəti, fəsahətli kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə 
dili,  dilimizin  orfoqrafiya  və  orfoepiya  normaları  və  s.  haqda 
elmi-nəzəri  fikirlər,  mülahizələr  söyləmişdir.  Onun  ―Kritika  və 
Tənqid‖ risaləsi adlı məqalələrində dilin təkmilləşdirilməsi məq-
sədilə  söylədiyi  fikirlər  eyni  söz  və  ifadələrin  təkrarına  yol 
verməmək,  yazılı  və  şifahi  nitqin  fərqli  xüsusiyyətlərini  nəzərə 
almaq, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları və 
səhnə  nitqi,  sair  bu  gün  də  öz  əhəmiyyətini  itirməmişdir.  Mirzə 
Kazım  bəy,  Mirzə  Şəfi  Vazeh,  Cəlil  Məmmədquluzadə,  Mirzə 
Ələkbər  Sabir,  Aleksey  Çerniyayevski,  Seyid  Əzim  Şirvani, 
Rəşid  bəy  Əfəndiyev,  Soltan  Məcid  Qənizadə,  Həbib  bəy 
Mahmudbəyov,  Nəriman  Nərimanov,  Ömər  Faiq  Nemanzadə, 


 
144 
Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Məmmədtağı Sidqi, 
Seyid  Ünsüzadə,  Firidun  bəy  Köçərli,  Fərhad  Ağazadə,  Bəkir 
Çobanzadə, Hacı Rəhim Əfəndiyev və başqaları yazdıqları məqa-
lələr, dərslik və dərs vəsaiti ilə məktəblərimizə, maarif və mədə-
niyyətimizə  xeyli  kömək  etmişlər.  Bu  ziyalılar  Azərbaycanda 
məktəb  açmaq  sahəsində,  məktəb  üçün  dərslik  yazmaq,  əlifba, 
orfoqrafiya və bu kimi bir sıra məsələləri həll etmək barədə uzun 
illər  boyu  bütün  təzyiq  və  məhdudiyyətlərə  baxmayaraq  yorul-
madan mübarizə aparmış, dilimizin praktik məsələlərindən, lüğət 
tərkibi, üslubiyyətından da bəhs etmiş, məktəblilərin yüksək nitq 
mədəniyyətinə  yiyələnməsinin  vacibliyini  dönə-dönə  vurğula-
mışlar.  XIX  əsrin  ikinci  yarısında  və  XX  əsrin  əvvəllərində 
yaşayıb-yaratmış  görkəmli  alim  M.M.Nəvvabın  sözün  qüdrəti 
barədə,  danışıq  mədəniyyəti  haqda  bir  çox  fikirləri,  nəsihətləri 
olmuşdur.  Nəsihətnaməsində  500  nəsihətin  verilməsi  mədəni 
nitqə aid parlaq nümunədir. 
 XX  əsrdə  yaşanmış  natiqlərdən  Məmməd  Əmin  Rəsulzadə, 
Fətəli  xan  Xoyski,  Nəriman  Nərimanov,  Bəkir  Çobanzadə,  Əli 
Nəzim, Həmid bəy Şaxtaxtinski, Səməd Vurğun, Mikayıl Rəfili, 
Cəfər Xəndan, Əli Sultanlı, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, Xəlil 
Rza Ulutürk kimiləri nümunə ola bilər. ―Nə qədər ali, hissiyati – 
qabiliyyə oyandırtan bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, 
nə qədər əzəmətli bir qüvvə! ―Ana dili! Bir dil ki,  mehriban bir 
vücud  öz  məhəbbətini  sənə,  bu  dildə  bəyan  edibdir.  Bir  dil  ki, 
sənə  hələ  beşikdə ikən  bir layla  şəklində  öz  ahəngi  və  lətafətini 
sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!..‖  
Nəriman  Nərimanov  ana  dilinə  xalqın  varlığını  təşkil  edən 
əsas  amil  kimi  baxmış,  ədəbi  dilimizin  tədrisi,  xəlqiliyi,  saflığı, 
təmizliyi  və  inkişafı  haqqında  bu  gün  belə  aktual  olan  fikirlər, 
mülahizələr söyləmişdir Ağamməd  Abdullayev, Ş.Qurbanov na-
tiqlik  sənətinidən  çoxsaylı  məqalələr  yazmışdır.Yusif  Vəzir  Çə-
mənzəminli ―Dil məsələsi― adlı məqaləsində qeyd edir ki,  – Dil 


 
145 
çirklik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə bitər, 
qalxar, qol-qanad açar və bu asudəlik, təbiilik sahəsində də böylə 
gözəl, zərif və geniş bir halə gələr ki, hamını heyran qoyur―. ―Hər 
bir  xalqın  milliyini,  mənəvi  dəyərlərini  yaşadan,  inkişaf  etdirən 
onun  ana  dilidir‖deyən  ulu  öndərimiz  H.Əliyev  zəmanənin  gör-
kəmli  natiqlərindən  olmuşdur.  O,  müdrik,  ağıllı  qərarları  ilə  ya-
naşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir 
insan,  böyük  mütəfəkkir  bir  alim  idi.  H.Əliyevbir  natiq  kimi 
zəngin söz ehtiyatına malik idi, o, nitqində söz və ifadələrin tək-
rarına  mümkün  qədər  yol  verməzdi.  Onun  nitqində  məntiq  və 
rabitə  vardı.  AMEA-nın  Dilçilik  İnstitutunda  1960-cı  ildən  nitq 
mədəniyyəti  şöbəsi  fəaliyyət  göstərir.  Şöbə  tədqiqatlarla  yanaşı 
mətbuatda,  radio,  televiziya  verilişlərində,  bədii  və  elmi  əsər-
lərdə,  dərsliklərdə,  reklamlarda  nəzərə  çarpan  dil  və  üslub  nöq-
sanlarının  aradan  qaldırılması  üçün  əməli  təkliflər  vermişdir. 
―Nitq mədəniyyəti‖, ―Ana dilinin saflığı uğrunda‖, ―Dilimiz qey-
rətimiz‖ və s. daimi rubrikalar altında yazılar dərc olunmuşdur. 
Ölkə  Prezidenti  İlham  Əliyevin  Azərbaycan  dilinin  qlobal-
laşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə 
dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramı  haqqında  2012-ci  il 
mayın  23-də  imzaladığı  sərəncamında  dilçiliyimizin  başlıca 
rəmzlərindən olan ana dilinin istifadəsinə və təbliğinə dövlət qay-
ğısının  artırılması,  ölkəmizdə  dilçilik  elmi  sahəsində  vəziyyətin 
əsaslı  yaxşılaşdırılmasını  təmin  etmək  baxımından  son  dərəcə 
mühüm bir sənəddir.  
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin