Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


  d) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı  qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə123/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   166
2015-332

 
179 
d) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı 
qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm. 
 
Mövzu 13: Dilimizdə özləĢmə meyilləri 
Dildə alınma sözlərin əvəzinə milli sözlərin işlədilmə meyli 
özləşmə  meyli  adlanır.  Müasir  Azərbaycan  dilinin  lüğət  tərki-
bində  1960-cı  illərdən  başlayaraq  özləşmə  meyilləri  müşahidə 
olunur. Bu meyillər həmişə özünü doğrultmasa da, ədəbi dili et-
nik  yaddaşına  qaytarıb  başqa  dillərin  təsirinə  məruz  qalmaqdan 
bu və ya digər dərəcədə xilas edir. Özləşmə dedikdə hər cür söz 
yaradıcılığı  başa  düşülmür.  Bu  daha  çox  mövcud  olan  alınma 
sözlərin işlədilməsi əleyhinə yönələn və məhz həmin sözlər üçün 
qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir. 
Özləşmə üç yolla gedir: 
1) Hər  hansı  bir  söz  ustasının  qədim  mənbələrdən,  xalq  di-
lindən  söz  götürməsi  və  ya  mövcud  oxşarlıq  əsasında  söz  yarat-
ması yolu ilə; 
2)  Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı ―söz partla-
yışı‖ yolu ilə; 
3) Türk  dillərinin  təsiri  ilə.  Azərbaycanda  alınma  sözlərin 
türkləşdirilməsi  prosesi  əvvəllər  də  olmuş  və  bu  günə  qədər 
işlətdiyimiz qurultay, bildiriş, görüntü, seçki, ildönümü və s. belə 
yaranmışdır. 
4) Son  vaxtlar  da  həmin  qayda  ilə  bir  sıra  leksik  vahidlər 
meydana  çıxmışdır:  çimərlik,  duracaq,  saxlanc  (maliyyə  termini 
kimi), əyləc (tormoz), dönəm (mərhələ) və s. belə leksik vahidlər 
dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin 
sözlərin sinonimlik imkanlarını artırır. 
Dili  tərk  etmiş  bir  sıra  türk  mənşəli  sözlərin  yenidən 
qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, 
ulu, dürlü, araşdırma və s. Belə sözlərə dirilən sözlər deyilir. 
 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin